SON DƏQİQƏ:

Aqil Abbasın deputat olmağını niyə istəyirəm? - Ulucay Akif yazır

  5266   |  
Şriftin ölçüsü  

Yaxşı, gəlin zarafatı qoyaq bir qırağa, seçkilərlə bağlı ciddi söhbət edək.

Deyin görək, siz bu seçkilərdə kimin millət vəkili olmağını istəyərdiniz?

***

Mənim millət vəkili kimi görmək istədiyim bir namizəd var, o da Aqil Abbas.

Bu fikirlərimi kim necə istəyirsə, elə də qəbul edə bilər, amma mən yenə də bunları demək istədim.

***

Əgər bircə gün gəlib bizim redaksiyada otursanız, gün ərzində Aqil müəllimin yanına problemi olan neçə vətəndaşın gəldiyini görərsiniz. Və mən "Ədalət" qəzetində çalışdığım bu müddətdə hələ bir dəfə də olsun Aqil Abbasın kimisə qəbul etmədiyini görməmişəm.

Qəbul etmədiyini deyəndə ki, onsuz da öz otağı yoxdu, hərəmizin otağında 5 dəqiqə oturub gedir.

Ağlınıza gələ biləcək hər cür problemlə müraciət edən adamlar olur. Problemin Aqil müəllimə aidiyyatı oldu, ya olmadı, fərq etmir. O da həmin problemi mütləq həll etməyə çalışır.

Telefonuna gələn bütün zəngləri "bu kimdi?" deyəndə belə, yəni zəng edən adamı tanımayanda belə açır. Vallah, indiki dövrdə bu çox böyük şeydi. Bütün zəngləri görməzdən gələn o qədər xırda "vəzifəlilər" var ki.

***

Aqil müəllim parlament buraxılandan sonra da vətəndaşları qəbul etməyə davam edirdi. Yəni kömək etmək onun ürəyindən gələn bir şeydi, vəzifə gərəyi deyil.

Özü də fikir vermişəm, kiminsə probleminə qulaq asanda, həmin adamdan daha çox kədərlənir.

***

Hə, bax bütün bu səbəblərə görə Aqil Abbasın millət vəkili seçilməsini canı-könüldən istəyirəm. Bacardığı qədər adamların problemlərini həll edəcəyini bilirəm deyə.

Ulucay Akif

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK