adalet.az header logo
  • Bakı -°C
10 Oktyabr 2026 12:30
89
DÜNYA
A- A+

Türkiyədə azyaşlıların sosial şəbəkələrdən istifadəsi rəsmən qadağan edildi

Türkiyədə “Sosial Şəbəkə Provayderləri tərəfindən Uşaqlara Xüsusi Təcrid olunmuş Xidmətlərin Göstərilməsi və Yaş Təsdiqi Qaydaları” “Resmi Gazete”də dərc edilərək təsdiqlənib.

Adalet.az xəbər verir ki, yenilənmiş qaydalara əsasən, sosial media şəbəkə provayderlərinin 15 yaşdan kiçik uşaqlara xidmət göstərməsi qadağan edilir.

Yeniliklərə görə, 15-18 yaş qrupundakı uşaqlar üçün təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca xidmət modeli tətbiq olunacaq. Bu model çərçivəsində uşaqların hesabları gizli rejimdə saxlanılacaq, onlar üçün canlı yayım, fərdiləşdirilmiş reklamlar və ardıcıl məzmun axınları məhdudlaşdırılacaq, istifadəçilərin yaşı isə elektron hökumət sistemi vasitəsilə yaradılan xüsusi tokenlərlə doğrulanacaq.

Yeni qaydalar 1 noyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək. Sosial şəbəkələrdə artıq mövcud olan hesablar üçün yaş təsdiqləmə prosesinin 31 mart 2027-ci il tarixinə qədər tam yekunlaşdırılması tələb olunur.