SON DƏQİQƏ:

Göstəriş üçün yaşayanlar - Eminquey yazır

  17286   |  
Şriftin ölçüsü  

Bahalı bir şey tapdın, bir yerə getdin təsadüfən? Şəkil çəkdir və göstər ki, kasıb deyilsən!

300 manat maaş alırsan? Get, 1200 manatlıq son model telefon götür kreditlə. Göstər ki, kasıb deyilsən!

Brend al, brend! Lap get brendin saxtasını al! Əsas odu ki, brendin adı olsun köynəyində, paltarında. Göstər ki, kasıb deyilsən.

Çağırılan bütün toylara get. Borc tap, 100 manatdan aşağı yazdırma. Camaat nə deyər? Filankəs o qədər kasıbdı ki 50 manat salıb toya. Göstər ki, kasıb deyilsən.

Övladına ən bahalı konfetlər olan xonçanı bəzət. Ən bahalı gəlinliyi seç. Ən bahalı menyulu restoran tut. Qoy bəylə gəlin bahalı maşın karteci ilə gəlsin evə, restorana. Göstər ki, kasıb deyilsən.

Doğman öldü? Birdən çaşarsan, sadə məzar düzəltdirərsən ha, nəbadə. Qaralı-ağlı mərmərdən, mütləq! Camaat nə deyər? Deməzlər ki, atasına hörmət eləmədi, qıymadı?! Göstər ki, kasıb deyilsən.

Balaca evdə yaşa, amma mütləq Cip sür! Qoy kredit olsun, cəhənnəmə. Göstər ki, kasıb deyilsən.

Ailənin boğazından kəs, hər gün bir yığıncaqda dostlarınla keflən. Göstər ki, yeyib-içən adamsan. Göstər ki kasıb deyilsən.

Göstəriş... Göstəriş... Göstəriş...

Bütün bu göstərişlərin alt qatı açılanda da, züy tut, kədərlən.

Məsələn, əslində hər gün bahalı yerlərdə otura bilmədiyin məlum olanda....

Məsələn, o təntənəli toydan sonra borca düşdüyün üzə çıxanda...

Məsələn, düşmənini ciddiyə almayanda, sonra böyük zərbələr yeyəndə...

Və sairə və ilaxır...

Yekəxanalıq üçün edilən göstərişlərin iflasa uğrayanda qəm eləmə. Səbəb sənin özünsən...

Başına dönüm, heç olmasa şəhidini göstəriş xatirinə ziyarət etmə....

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK