Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
Təhsil Şurası İctimai Birliyi ölkədə sabitliyi, tolerantlıq mühitini və milli-mənəvi dəyərləri hədəf alan, “hicab” mövzusunun manipulyasiya edilərək ictimai-siyasi gərginlik yaratmaq məqsədilə istifadəsinə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.
Qurumdan Adalet.az-a bildirilib ki, Azərbaycan konstitusion prinsiplərə əsaslanan, dünyəvi və sivil dövlətdir. Ölkəmizdə vicdan və din azadlığı qanunla təmin olunur, müxtəlif dini inanclara malik vətəndaşların dinc yanaşı yaşaması üçün tolerantlıq mühiti mövcuddur.
Qeyd olunub ki, dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.
Bildirilib ki, xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslər xalqın həmrəyliyi, dövlətin qətiyyəti və cəmiyyətin ayıq-sayıqlığı qarşısında uğursuzluğa məhkumdur.
Təhsil Şurasının bəyanatında vurğulanıb ki, Azərbaycan təhsili milli və dünyəvi dəyərlər əsasında formalaşıb. Məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir. Qurum dinin siyasiləşdirilməsinə və dövlətin təməl prinsiplərinə qarşı yönəldilməsinə də etirazını bildirib.
Təhsil Şurası İctimai Birliyi xarici investorları və onların yerli tərəfdaşlarını Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyətin həssas mövzularından istifadə etməklə sabitliyə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.
Eyni zamanda, müəllimlərə, ziyalılara, tələbələrə və valideynlərə bu kimi hallara qarşı diqqətli olmaq, milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumaq çağırışı edilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.
Digər Xəbərlər
06 Noyabr 2026 09:32
LDU-da Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub
05 Noyabr 2026 10:22
“Müəllimə ən böyük qiyməti Atatürk verib”
05 Noyabr 2026 09:45
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28


Bakı -°C

