SON DƏQİQƏ:

Xaricdəki Azərbaycan evlərinin sayı artır

  9824   |  
Şriftin ölçüsü  

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir. Artıq 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb.

Adalet.az-ın məlumatına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu günlərdə Real TV-yə müsahibəsində Azərbaycan evləri barədə ətraflı xəbər verib və bildirib ki, həmin evlər Azərbaycanın bir parçasıdır.

Komitə sədri belə evlərin açılmasının üstünlüklərindən və onların funksiyalarından danışıb. O bildirib ki, həmin evlər xaricdə yaşayan azərbaycanlıların görüş yeridir. Onlar burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilərlər.

Azərbaycan icmasının hər bir üzvü burada asudə vaxtını səmərəli keçirə bilər. Komitə Azərbaycan evlərini hər cür lazımı vəsaitlə təmin edir.

Fuad Muradov əlavə edib ki, yaxın zamanlarda daha 8 ölkədə Azərbaycan evlərinin yaradılması nəzərdə tutulub. Evlərin Almaniya, İtaliya, Polşa, ABŞ, Türkiyə, Estoniya və bir sıra başqa ölkələrdə açılması planlaşdırılır.

Komitə sədri Azərbaycan evlərində həftəsonu Azərbaycan məktəblərinin də yerləşdiyini diqqətə çatdırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK