SON DƏQİQƏ:

Sahib MƏMMƏDOV: Kirayə mənzillər necə verilir?

  7734   |  
Şriftin ölçüsü  

Əksəriyyət jurnalistlər telefonla hər hansı məsələləyə mühasibət öyrənirlər. Sualı verəndə bilirsən ki, sual verdiyi sahədə nə dərəcədə biliklidir. Mən xəbərdarlıq edirəm, bəzən telefonla qısa "seminar" da keçirəm. Çox vaxt xeyri olmur. Dünən bir neçə mediadan zəng oldu. Kirayə mənzillərin satılma mərhələləri və şərtləri ilə bağlı. Deməli kirayə mənzil almaq üçün şərtlərdən biri də "ərizəçinin məhkumluğunun olmaması"-dır. Jurnalistlər bunu düz anlamırdılar. Mən də izah etdimki, məhkumluq nədir, onun ödənilməsi nə deməkdir və s. Yəni şərtlərdən görünüən budur ki, şəxs məhkumluğunu ödəməyibsə kirayə mənzil ala bilməz. Məhkumluq ödəndikdən sonra isə ala bilər. Onu da izah etmişdim ki, filan hallarda cəza başa çatsa da məhkumluq müəyyən müddətə qalır. Yenə öz bildikləri kimi yazıblar.

83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: [115]

83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;

83.3.1-1. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; [116]

83.3.1-2. ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə;

83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; [117]

83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK