SON DƏQİQƏ:

Bizə yazırlar

  6503   |  
Şriftin ölçüsü  

Bakı şəhər Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 209095-ci məhəllə, Ə.Qayıbov küçəsində müvəqqəti məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Məmmədova Mahirə İbrahim qızı redaksiyamıza müraciət edib.

Mən Məmmədova Mahirə İbrahim qızı 1993-cü ildən Füzuli rayonundan ailəlikcə məcburi köçkün düşmüşük. Məcburi köçkün kimi yuxarıda göstərilən ünvanda məskunlaşmışıq. Qızım Məmmədova Qönçə Bakı Mühəndis Tikinti Trestində işə düzəldi. Bir müddətdən sonra qızım işlədiyi trestin rəhbərliyinin köməkliyi ilə 1 sot torpaq sahəsi aldı. Rəhbərliyin köməkliyi ilə bu ərazidə taxtadan bir ev tikdik. Ərazini zibillikdən təmizlədik və abadlaşdırdıq. 2000-ci ildə həyat yoldaşım avtomobil qəzasında rəhmətə getdi. Sonrakı illərdə oğlumu evləndirdim, qızım ərə getdi və ailəsi ilə birlikdə özünə ev tikib köçdü. Mən tək qaldım və 26 ildir ki, burada yaşayıram.

2006-cı ildə Metak şirkəti bu ərazidə yer alıb bura köçəndən sonra bizimlə birlikdə bu ərazidə məskunlaşan 30-a yaxın məcburi köçkün ailəsini sıxışdırmağa başladı. Onlar bir neçə idarənin ərazisini pulla alıb ərazilərini böyütdülər. İndi də düşüblər mənim – 78 yaşlı ananın üstünə ki, məni burdan çıxarsınlar. Baxmayaraq ki, mənim yaşadığım ərazinin Metak şirkətinə heç bir aidiyyatı yoxdur, onlar mənim evimin sökülməyini tələb edirlər.

Bununla bağlı onlar məhkəməyə müraciət etmələrinə baxmayaraq, həmin əraziyə dair sənədləri olmadığı üçün hər hansı bir sübut təqdim edə bilmirlər.

2006-cı ildən cənab Prezidentin 2004-cü il tarixli 296 saylı sərəncamı olmasına baxmayaraq, Metak şirkəti mənimlə mübarizə aparır. Ermənilərdən canımızı qurtarıb qaçsaq da, Metak MMC şirkətinin qanunsuz təzyiqlərinə dözə bilmirəm.

Hörmətli redaksiya, sizə müraciət edərək xahiş edirəm ki, mənim müraciətimi qəzetinizdə dərc edəsiniz ki, cənab Prezidentimizin sərəncamına uyğun olaraq məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə salınan yeni qəsəbələrə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-98-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsini Metak MMC şirkətinin nəzərinə çatdırasınız.

Hörmətlə:

Füzuli rayonundan məcburi köçkün Məmmədova Mahirə İbrahim qızı


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK