SON DƏQİQƏ:

Səxavət Məmməd: Saxta veteranlar, saxta əlillər

  6878   |  
Şriftin ölçüsü  
Saxta veteranları, saxta əlilləri ifşa edirik. Bu addımı dəstəkləyirəm, hətta özüm də bir neçəsinin saxtakarlığını üzə çıxarmışam. Ancaq haqqını ala bilməyən əlil və veteranlarımız da çoxdur.

Bu gün 10-dam çox Qarabağ müharibəsi iştirakçısı ilə görüşdüm. Maraqlı bir məsələ üzə çıxdı. Təsəvvür edin, adamlar illərlə döyüşüb, ölümdən dönüb, ancaq veteran adı ala bilmirlər. Səbəb isə çox sadədir. Bəzilərinin adında hərf səhvi var, bəzilərinin soyadında, bəzilərinin isə ata adı 1hərflə göstərilib. Ad şərtidir - Məmmədov Səxavət Maqsud oğlu yerinə Məmmədov Səxavət M. oğlu yazılıb. Müdafiə Nazirliyi də deyir ki, ad, soyad, ata adı uyğun gəlmir. İndi bu adamlar kiminsə hərf səvhvinə görə niyə ortalıqda qalmalıdır? Adamların müharibə dövründə çəkdirdiyi şəkillər var, döyüş yoldaşlarından, komandirlərindən sağ qalanlar o şəxslərin döyüşdüyünü təstiq edir. Ancaq nazirlik o hərf səhvi edəni daha üstün tutur.

Niyə? Səbəb nədir? O şəxslərin döyüşüb-döyüşmədiyini təstiq etmək o qədər də çətin proses deyil axı. Aralarında biri var hətta dövlət tərəfindən Türkiyədə kurs keçməyə də göndərilib, nazirlik deyir, arxivdə məlumat yoxdur.

Nazirlik onsuzda maraqlı deyil, bu veteran təşkilatları da belə məsələlərlə maraqlanıb, onların hüquqularının bərpasına çalışmaq yerinə medal (oxu - dəmir-dümür) satıb, pul qazanır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK