SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: TANIDIĞIMIZ RAFİQ HAQQINDA BEŞ CÜMLƏ

  15914   |  
Şriftin ölçüsü  

Nə vaxtdan bəri boynumda bir yük daşıyıram. Əslində o yük boynumda deyil, ürəyimdəki bir istəyin artıq yetişib çiçək dövründən meyvə dövrünə qədəm qoyması deməkdir. Və deməli, belə bir məqamda insan özünü hansı gərginlikdə, hansı narahatlıqda duyursa, mən də eyni durumu yaşayıram. Bax, bu durumdan çıxmağın ipucunu mənə Faiq Qismətoğlu verdi. Bircə kəlmə dedi:

- Bu yazını yaz, sən də rahatlan, biz də bir dostun yanında bir az da ərkli olaq.

Necə deyərlər, düz sözə, düz yaşamaya zənnimcə, burda şərh qalmır...

Onu tanıdığım illərin sayı aramızdakı doğmalığın ölçüsünə, çəkisinə vurulsa, ən azı min il edəcək. Deməli, mən min ildir ki, bu dünyanın Rafiq Hacıyev adlı bir söz, qələm adamını tanıyıram. Və min ildir ki, Rafiq Hacıyev geyindiyi söz biçimli, qələm naxışlı ömrü ağayana, necə deyərlər, olduğu və bacardığı kimi yaşayır. Onun göründüyü və olduğu kimi özü-özünü tamamlaması adamda ümid işığı doğurur. Bilirsən ki, güvənməli, məsləhət almalı, fikirlərini bölüşməli olduğun bir kişiylə yanaşı oturmusan, üzbəüz durmusan. Və xüsusilə burda bir məqamı vurğulamaq zərurəti var. O da Rafiq Hacıyevin içindəki MƏSULİYYƏTDİR! O, sözünə də, vədinə də, işinə də son dərəcə diqqətli və məsuliyyətlidi. Mən onu tanıdığım gündən ancaq belə görmüşəm. Bir də görmüşəm ki, Rafiq həmişə harasa tələsir. Yəni o, dostların, tanıdığı adamların heç bir təqdimatından, heç bir tədbirindən kənarda qalmır. Və bir də...



Rafiq həm də Azərbaycan musiqisinin, xüsusilə muğamlarımızın dəlisidir. Burda bir sirr də açım. O təkcə musiqini dinləmir... o, təkcə musiqinin dilini, sirrini bilmir, o həm də musiqiylə yaşayır... musiqiylə danışır... Yəni onun ruhunun kökləndiyi vaxt, xəyalının qanadlandığı zaman səsinə qoşulub Qarabağa getdiyini görəndə əlini çənənə qoyub heyran qalmamaq mümkün deyil. Deməli...

Mən bu sonuncu fikri təsadüfdən yazıya gətirmirəm. Əslində məqsədim Rafiqin musiqiylə yaşamasını bir azacıq qabartmaqdı. Çünki Rafiqin publisistikasında, ədəbi-bədii yaradıcılığında musiqi bir xətt olaraq keçir. Və onun "Ədalət”in oxucularına təqdim olunan məqalə və oçerklərində bunu hər kəs, təbii ki, diqqətli oxucu görüb, duyub, tutubdu. Yəni Rafiq Hacıyev ən ağır kriminal mövzulu yazısını da işləyəndə həm qatilin, həm də qurbanın ovqatında, obrazında, həyat tərzində bir musiqi xallarını vurğulamağı məharətlə bacarır. Və mən bir oxucu olaraq bu peşəkarlığa heyran qalıram, Və elə hesab edirəm ki, Rafiq həmin an sənədli bir filmin ssenarisini və musiqisini birlikdə, paralel olaraq işləyir. Buna mən birmənalı şəkildə Allah vergisi deyərəm və Tanrının Rafiqə lütfü kimi qiymətləndirirəm.Və...

Başa çatmaqda olan ilimizin qələm dostlarım üçün necə yadda qaldığını özüz-özümdən soruşanda ilk yadıma düşən Rafiqin "Nağıllar”ı oldu. "Min bir gecə” nağıllarının qəhrəmanı Şəhrizadın obrazının fonunda Rafiq Hacıyev öz nağıllarını göydən alma tökmədən, Məlikməmədi quyuya sallamadan elə rahatlıqla bizə söylədi və bizi dinləməyə məcbur etdi ki, bir də baxıb gördük xalq artisti Ramiz Quliyevin bütün yaradıcılığının, bütün həyat yolunun izləyicilərinə çevrilmişik. Elə burdaca qeyd edim ki, Rafiq Hacıyevin bu əsəri nə nağıl deyil, nə hekayə deyil... Bu, əslində nağıldan, hekayədən ötüb keçmiş uzun, oxucunun aurasını alan sənədli povestdir. Mən öz düşüncəmlə, öz bilgimlə həmin sənədli povestin Rafiq Hacıyevə hansı yuxusuz gecələrin, hansı narahat anların hesabına başa gəldiyini təxmin edirəm. Xüsusilə bu anın ən vacib, ən çətin və həm də adamın yaxasından tutub silkələyən məqamı var. Bu da Rafiqin qəhrəmanının gözümüzün önündə olmasıdır, əksəriyyətimizin onu tanımasıdır. Deməli, Rafiq elə ədəbi priyom, elə yanaşma üslubu seçməlidir ki, hamımızın tanıdığımız Ramiz Quliyevin hamımızın bildiyi və bilmədiyi obrazı, bütünlüyü bizdə bu uzun povesti oxumağa maraq yaratsın, bizi özünə cəlb etsin. Bax, nağıl diliylə danışan, publisist qələmiylə yazan Rafiq Hacıyev bunu bacarıbdı. Mən bir oxucu olaraq sözümüzün, mediamızın dəyərlisi olan Rafiq Hacıyevin qabiliyyətinə sadəcə olaraq susmaqla təşəkkürümü bildirirəm. Çünki o, tanınanın daha böyük anlamda, daha böyük cizgilərlə öz oxucusuna tanıdıb və təkrar sevdiribdi. Bax, budur peşəkarlıq, bax, budur qələmlə sözün ağıla və ürəyə tabe olması. Zənnimcə, Rafiqin daimi oxucuları bu nöqtədə mənimlə razılaşar. Mən də öz növbəmdə yaz, yarat, Rafiq! Tanıdıqlarımızı və tanımadıqlarımızı bizə öz baxış bucağın altında tanıt!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK