Elə bil cənnətdi bizim həyətdə
Yaz gəlir ağaclar gül-çiçək açır,
Hər çiçək burada bir ətir saçır,
Böcəklər ağacdan-ağaca qaçır,
Elə bil cənnətdi bizim həyətdə.
******
Bu dəmdə göylərdən gur yağış axır,
Şimşək də zövqlə göylərdə çaxır,
Göy də məhəbbətlə yerlərə baxır,
Elə bil cənnətdi bizim həyətdə.
******
İnsanın bu yerdə ömrü çoxalır,
Bax,bu gözəllikdən insan zövq alır,
Hər kəs mənzərədən çox məmnun qalır,
Elə bil cənnətdi bizim həyətdə.
******
Bu yurdun həm dağı,aranı gözəl,
Bu yurdun istisi,boranı gözəl,
Bu yurdun hər yeri,hər yanı gözəl,
Elə bil cənnətdi bizim həyətdə.
******
Gözəllik nifrəti,kini öldürür,
Gözəllik insanın qəlbin güldürür,
Bütün yamanlığı qəlbdə söndürür,
Elə bil cənnətdi bizim həyətdə.
******
Qəm-qüssə sanki uzağa qaçır,
İnsanın gözləri gur işıq saçır,
Xoşluqlar insana qol-qanad açır,
Elə bil cənnətdi bizim həyətdə,
******
Yazıb-yaratmağı gəlir insanın,
Başına xoş niyyət dolur insanın,
Xəyalı üzünə gülür insanın,
Elə bil cənnətdi bizim həyətdə.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.
Digər Xəbərlər
16 Iyun 2026 09:51
Əbülfət Mədətoğlu: Cavabsız sual
15 Iyun 2026 13:45
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
15 Iyun 2026 12:43
‘’Bizə dedilər ki, daxili işlər naziri dəstəsi ilə iclası dağıtmağa gəlir… ’’
12 Iyun 2026 15:38
Biz nədən qorxuruq? - Tərlanə Yaqubqızı yazır
12 Iyun 2026 12:45
Rafiq ƏLƏKBƏR: Gəl, elə dost olaq ki...
12 Iyun 2026 09:34
“Mədəniyyət sahəsində müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır”
11 Iyun 2026 13:58
Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı - Etibar Əliyev yazır
11 Iyun 2026 10:43


Bakı -°C

