WUF13-də konkret qərarlar qəbul ediləcək
"WUF13 platformasında şəhərlərimizin daha əlverişli və uyğun olması üçün konkret qərarlar qəbul ediləcək".
Adalet.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.
“BMT olaraq biz də bu prosesə böyük dəstək verəcəyik və imkanların hər kəs üçün bərabər olması prinsipini daim dəstəkləyəcəyik”, - o vurğulayıb.
İqor Qarafuliçin sözlərinə görə, şəhərlər inkişaf edir və artıq təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də sosial həyatın əsas hissəsi kimi formalaşır:
“Bu baxımdan baryerlərlə bağlı məsələlər olduqca vacibdir. Xüsusilə imkanları məhdud şəxslər üçün cəmiyyətdə bərabər imkanların təmin olunması böyük əhəmiyyət daşıyır. BMT-nin konvensiyalarında da qeyd olunduğu kimi, bütün vətəndaşlar sosial, iqtisadi və mədəni həyatda fəal iştirak etməlidirlər. Bakıda bu istiqamətdə çox gözəl imkanlar mövcuddur və bütün bu imkanlar daha inklüziv hala gətirilməlidir. Gənclər, yaşlılar, miqrantlar — hər kəs bir araya gələrək mövcud baryerlərin aradan qaldırılması üçün çalışmalıdır”.
Digər Xəbərlər
27 Iyun 2026 17:00
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı - VİDEO
27 Iyun 2026 16:43
"Təhsil möhlətlərinin əsasında xidmətdən yayınma korrupsiyaya şərait yaradır" - General
27 Iyun 2026 14:15
AZAL Naxçıvan reyslərini ləğv etdi
27 Iyun 2026 13:40
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
27 Iyun 2026 10:16
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
27 Iyun 2026 10:11
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
26 Iyun 2026 22:15
Mürsəl İbrahimov: “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - VİDEO
26 Iyun 2026 21:40


Bakı -°C

