adalet.az header logo
  • Bakı -°C
13 May 2026 11:20
76
DÜNYA
A- A+

Tramp BƏƏ prezidentinə zəng vurdu

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.

Adalet.az xəbər verir ki, məlumatı BƏƏ-nin dövlət xəbər agentliyi WAM yayıb.

Məlumatda qeyd olunur ki, liderlər "strateji əməkdaşlığı və hər iki tərəfin maraqlarına uyğun olaraq BƏƏ ilə ABŞ arasında münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər": "Onlar həmçinin Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar".