Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında
Azərbaycan Xarici İşlər Nazirliyinin müxtəlif idarələrindən gənc diplomatların NATO mənzil-qərargahı və NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığına (SHAPE) növbəti iki günlük səfəri başlayıb.
Adalet.az xəbər verir ki, Belçikanın Krallığının Brüssel şəhərində yerləşən NATO mənzil-qərargahına səfər çərçivəsində gənc diplomatlar Alyansın cari gündəliyi, tərəfdaşlıqları, tərəfdaş dövlətlərlə praktiki əməkdaşlığı, ictimai kommunikasiyası, enerji təhlükəsizliyi və dayanıqlılıq istiqamətində siyasəti mövzuları üzrə NATO tərəfindən təşkil edilmiş seminarlarda iştirak edir.
Gənc diplomatlar səfər çərçivəsində, həmçinin Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) Komandanlığın strukturu, Alyansın cari əməliyyatları, beynəlxalq sülh və təhlükəsizlik sahəsində rolu ilə bağlı seminarlarda iştirak ediblər.
Səfər çərçivəsində, gənc diplomatların, həmçinin Azərbaycanın NATO yanında Nümayəndəliyinə ziyarəti nəzərdə tutulub.
Digər Xəbərlər
13 May 2026 13:47
Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək
13 May 2026 13:42
Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı
13 May 2026 12:05
Rixard Raşi Zəfər parkını ziyarət etdi - FOTOLAR
13 May 2026 11:45
Prezident Rixard Raşini qəbul etdi - FOTOLAR
13 May 2026 10:55
Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib
13 May 2026 10:43
Zakir Həsənovun Slovakiyaya səfəri davam edir
13 May 2026 09:46
“İran xalqı “Hörmüz” ilgəyini Trampın öz boğazına keçirməyi bacardı”
13 May 2026 09:30


Bakı -°C

