SON DƏQİQƏ:

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

  12519   |  
Şriftin ölçüsü  

Majoritar seçki olsa da, parlament seçkilərində hansı namizədin iştirak edəcəyini siyasi partiyalar müəyyənləşdirir. Ona görə də Yeni Azərbaycan Partiyasının seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərlə bağlı qərarı müəyyən vaxt çərçivəsində elan edilməlidir: "Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat-təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

B.Muradova Milli Məclisin buraxılması ilə bağlı artıq bütün hüquqi prosedurların həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək: "Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, eləcə də özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi bu seçkilərə hazırıq, seçkilərdə iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezident və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçkilərdə ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK