SON DƏQİQƏ:

Bu gün "Murov qartalı"nın doğum günüdür

  6421   |  
Şriftin ölçüsü  
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.

1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 1993-cü ilin 12 iyununda erməni ordusunun Ağdam rayonunun Cinli kəndini işğal etməsi nəticəsində Raquf Orucov anası Raya xanımı itirib.


O, 1995-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub. Bir il sonra həmin məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.


Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub.Düşmənlə qəhrımancasına vuruşan Rquf orucov şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

2016-cı il iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ”- "Dudelanj” (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açılıb.

13 fevral 2017-ci ildə isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi keçirilib.

Raquf Orucovun Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.






Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK