SON DƏQİQƏ:

Bakıda 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib

  8693   |  
Şriftin ölçüsü  

Bakı şəhərində və şəhərətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib. Həmçinin bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb.

Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK