adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Aprel 2019 17:46
39687
LAYİHƏ
A- A+

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

(əvvəli ötən sayımızda)

Qazağstanın Cənubi Qazaxıstan vilayətinin Türküstan şəhərində yerləşən şair və mütəsəvvif Xoca Əhməd Yəsəvinin məzarı üzərindəki mavzoley "Həzrət - Sultan" tarixi-mədəni muzey-qoruğunun mərkəzi abidəsidir.

İnsanı Tanrıdan qopan nur zərrəciyi hesab etdiyi üçün Yəsəvilik mürşid və mürid münasibətləri üzərində qurulan , şəriət, təriqət, mərifət və həqiqət yolunu işıqlandıran ilahi eşqə və "Vəhdəti-vücud" fəlsəfəsinə əsaslanan irfani görüşlər sistemidir. Xoca Əhməd Yəsəvi Tək Varlıqla vəhdəti-vücud olmağın yolunu zahidlikdən və abidlikdən də yuxarıda dayanıb aşiqlik mərtəbəsinə qalxmaqda gördüyünə, aşiqliyə dəlalət edən eşqin mənbəyini gözəllikdə axtardığına görə XI hikmət silsiləsinin 11-ci bəndində yazırdı:

Zahid bolma, abid bolma, aşiq bolgil!

Möhnət tartıb eşq yolıdə sadiq bolgil!

Nəfsini tifip dərgahiğə layiq bolgil!

Eşqsizlərin həm canı yox, imanı yox.

(Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997. s.42.) Bu məqamda İmadəddin Nəsiminin aşağıdakı dördlüyünü xatırlamamaq mümkün deyildir:

Dərdinə aşiqlərin dərmani yoq!

Zərqi çoq, zahidlərin imani yoq!

Tənləri vardır, vəliykən cani yoq!

Əhdinə sabit deyil, iyqani yoq!

(Bax. Nəsimi.Məndə sığar iki cahan. Bakı, "Gənclik", 1973.səh. 244-245.)

V hikmət silsiləsinin 12-ci bəndində isə ərlik və ərənliyə çağırış motivləri özünü göstərir:

Xacə Əhməd, ər bolmasan, ölgən yaxşı!

Qızıl yüzün qara yerdə solğan yaxşı.

Tofraq sifət yer əstidə bolğan yaxşı!

Zatı uluğ xacəm sığnıp qaldım sanğa.

(Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.38.)

Xoca Əhməd Yəsəvi VIII hikmət silsiləsinin 12-ci bəndində "olanların xudadan" olduğunu, doğulduğu yerin isə "mübarək Türküstan" olduğunu göstərir.

Nələr gəlsə, görmək olar ol xudadan.

Yusifini ayırdılar ol Kən'andan.

Toğğan yerim ol mübarək Türkistandan

Bağırmağa taşlar urup qıldım muna.

(Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.38.)

Xoca Əhməd Yəsəvinin IX hikmət silsiləsinin 1-ci bəndindəki

Könül gözin yarutmayın taət qılsa.

Dərgahlığa məqbul eməs bildim muna.

Həqiqətdən bu sözləmi pak ögrənib

Laməkanda hadan sebak aldım muna.

X hikmət silsiləsinin 10-cu bəndindəki

Başım tofraq, özüm tofraq, cismim tofraq...

Hər vəsliğə yetər deb ruhum müştaq,

Göydüm, yandım, bolalmadım hərgiz afaq,

Şəbnəm bolub yer əstiğə girdim muna.

misraları Xoca Əhməd Yəsəvinin sifi görüşlərini daha da aydın göstərir. Bu nümunələrdəki "işıqlandırmayın" mənasında işlənən "yarutmayın", "alt" mənasında işlənən "əsti" sözlərinin Azərbaycan dilindəki "yarımaq", "yarıtmaq" və "yastı", "yastıq" variantları diqqəti cəlb edir. Bir qayda olaraq Mövlanə Cəlaləddin Rumiyə isnad edilən "Göydüm, yandım, bişdim" formantının ondan xeyli əvvəl "Göydüm, yandım, bolalmadım hərgiz afaq" şəklində Ə. Yəsəvidə işləndiyi də göz qabağındadır.Y.Balasaqunlunun "Qudatqu bilik" əsəri nəzmdə ilk əruzqarışıq türk əsəri olsa da, Ə. Yəsəvinin "Divani-hikmət"i heca vəznində yazılan ilk türk təkkə ədəbiyyatı nümunəsidir.

Xaliqimni izlarmen

Tün-kün cahan içində.

Törd yaşimdin yol indi

Kövnü məkan içində.

Törtdin yettiqə yettim,

Tokkuznu

küzar etdim.

Vəhdət şərabın içtim,

Tüstüm meydan içində.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.62.) Ə. Yəsəvinin "Divani-hikmət"ində əruz vəznində yazılan şeirlərə, hətta qəzələ də rast gəlmək olar:

Hər kişi görsə cəmalin dünya işin bərbad etər,

Keçə-kündüz tinə bilməs, xudayini yad etər.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.64-65.)

Xoca Əhməd Yəsəvi özündən sonra gələn təsəvvüf və irfan ədəbiyyatına güclü təsir göstərmiş və təriqət rəhbəri məqamına yüksəlmişdir. O, ideyaları və əsərləri ilə mütəsəvviflər məktəbi yaratmışdır. Onun yaratdığı məktəb özünün adı ilə Yəsəvilik adlandırılmışdır. Nəqşbəndilik və Bəktaşiliyin Yəsəvilikdən qaynaqlandığını deyənlər də vardır. Onlar bunu Xoca Bəhaəddin Nəqşbəndi ləqəbi ilə tanınan Məhəmməd bin Məhəmməd ül-Buxarinin Yəsəvi şeyxlərindən Kasam Şeyx və Xəlil Ata ilə bir müddət bir yerdə olması və onlardan feyz alması ilə əlaqələndirirlər. 22-23 sentyabr 2010-cu ildəAşqabadda "Xoca əhməd Yəsəvi və Şərq sufi ədəbiyyatı" beynəlxalq elmi konfransı keçirilmişdir. 2016-cı il YUNESKO-nu qərarı il Yəsəvi ili elan edilmişdir. 26-28 sentyabr 2016-cı ildə İstanbul, 24-26 oktyabr 2016-cı ildə Almatı Unuversitetlərində I, 25-26 aprel 2018-ci ildə isə II uluslararası "Keçmişdən gələcəyə" Xoca Əhməd Yəsəvi Simpoziumu olmuşdur.

***

Yunis İmrə. Xoca əhməd Yəsəvidən sonra türkcəni təsəvvüf dilinin ən yüksək qatına qaldıran Yunus İmrəni türk-islam dünyasında belə dəyərləndirirlər: " ... Təkkə şeirinin Anadoludakı ilk təmsilçilərindəndir, o bütün insanlığa xitab edən şairdir, Oğuz lehcesiyle Anadolu Türk edebiyatının kurucusu"dur, Biçim yönünden ... Ahmet Yasev??nin hazırladığı geleneği izlemiştir. ... Oğuz lehcesini, en yüksek edebiyat dili h?linde yazmak ve sonra gelen bütün şairlere en mükemmel örnekler bırakmak gibi bir "möcüzeyi"

(Bax. Ahmet Kabaklı.Türk edebiyatı. II c. İstanbul,1997.s.308,322.) başarmıştır."

Çox təəssüf ki, Azərbaycan ədəbiyyatında indiyədək layiqli yer almasa da, Anadolu- türk ədəbiyyatında daim yer alan Yunis İmrə 1239-1321 və ya 1240/41-1320/21-ci illərdə ömür sürmüşdür. Yunus İmrə tərcümeyi-halının bir çox mübahisəli məqamları (Ətraflı məlumat üçün bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. Səh. 315. ; Vaqif Aslan. Yunus İmrənin XI qəbri. "Elimiz. Günümüz" qəzetinin 2011-ci il mart, aprel, iyun, iyul və avqust sayları. Azərbaycan Müəllimlər İnstitutunun "Xəbərlər"i 2011-ci il, № 2,səh.39-43.; №3,səh. 35-42.) vardır.

Türkiyə Cümhuriyyəti coğrafiyasında onun 10-12 yerdə ziyarətgah kimi fəaliyyət göstərən qəbrinin olması bu qəbildən olan mübahisələri daha da qızışdırır.

Yunus İmrənin daha bir qəbri isə Azərbaycan Respublikası Qax rayonununun Oncallı kəndindəki Oğuz qəbristanlığındadır.

Azərbaycanda Yunus İmrənin qəbrinin bir neçə yerdə deyil, konkret olaraq bir yerdə , üstəlik də mürşidi Şeyx Tapdığın qəbri ilə eyni bir qəbristanlıqda olması , bunlardan da əlavə vəsiyyətinə

Qax. Oncallı kəndi Oğuz qəbristanlığı. Yunis İmrənin qəbri görə mürşidinə gedən yolun üstündə dəfn edilməsi diqqəti cəlb edir. Bəzi qaynaqlarda Yunus İmrənin Anadoluya gələn türk boylarından birinə bağlı olduğunu göstərən məlumatların da yer alması , "Türk edebiyatı"nın özündə belə Yunus İmrənin "kesinlikle ne doğum yerini, ne ailesini, ne de yaşayış tarzını biliyoruz" (Bax.Ahmet Kabaklı. Türk edebiyatı. I cilt. İstanbul-1994.s. 308.) şəklində təqdim edilməsi yuxarıdakı fikri daha da qüvvətləndirir.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

ADPU Şəki filialının baş müəllimi