SON DƏQİQƏ:

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

  36766   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

Erməni tarixçisi Hrand Mardrosyan yazırdı: -1829-cu ildən 1899-cu illərdə kənd və şəhərlərin adı 95% azərbaycanlı adı olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilin noyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı. 563 min soydaşlarımız erməni vəhşiləri tərəfindən məhv edilmişdi.

Nəhayət "Daşnaksütyun" partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər.

Andronik Tarosoviç Ozanyan kimdir?

Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız desəm yanılmaram.

O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar hökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta "Böyük Ermənistan"ın gələcək hökümdarı olmaq da halaldır. Deməli erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində türkiyənin şərqi-Ərzurum, Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistan" yaradacaq və Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.

Lakin həm erməni quldurlarının, həm də çarın "Böyük Ermənistan" yaratmaq arzuları gözlərində qaldı. Avropa dövlətlərinin xüsusi ilə də İngiltərənin işə qarışması nəticəsində Əbdülhəmid bu fürsəti əldən vermədən Türkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin qulağını kəsir. Amma iki fahişənin fəallığı və erməni qayğısı ilə Andronik türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər danışırdı).

Türk əsgərlərinin erməni qızları özlərinə aşiq etmişlər. Həmin fahişələr əsgərlərin danışığından mətləbi tuturlar, Andronikin yerini öyrənirlər və qaravulçuları ələ almaqla, yumşaq yerlərini onların qucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik əvvəl Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddər silahsız, dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldur hava və su kimi lazım idi. Türkiyə ərazisində erməni könüllərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurumda vuruşur və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini general Baratovun geri çəkildiyini görüb rusların silah-sürsatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S. Şaumyanla əlaqı yaradan daşnak Andronik "Daşnaksütyun" partiyasının "Böyük Ermənistan" yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, "Məni Naxçıvana rəhbər təyin ediblər" Andronik S. Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətləri, fəallığı S.Şaumyana xoş tədir bağışlayır və Androniki "xalq qəhrəmanı" adlandırır. O, bolşevik lideri V.İ.Leninə belə bir teleqramma vurur:

"Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır".

Teleqramma V.İ.Leninə çatar-çatmaz daşnak "əlavə köməyi" təşkil edir.

1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedən qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patron aşkar edir. Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur və onun taleyi bu gün də məlum deyil. Şaumyan daşnağın qeyd etdiyi "Əlavə kömək" azərbaycanlıları qırmaq üçün Andronikə göndərilən silah-sursat idi. Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanırdı.

Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun 1965- ci ildə mənə danışdıqlarından:

-Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Süleyman adlı Ordubad rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfər başına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına düşür. Türk qoşunun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir. O, çox vaxt erməni dilində danışırmış. "Ara, Şudara paxenq, torkeri yeqab" (Ədə, tez olun qaçaq, türklər gəldi.) O, ildırım sürəti ilə dağıara çəkilir.

Bu quldur dəstə Sisiyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın "dostu" Hayrik adlı erməni yaşayır. Andronik hayriki ələ alır. Bir atalar sözü vare, "İt itin ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər hamısı!" məsələni elə qurur ki, Hayrik qonaqlıq təşkil etməli və Süleymanı qonaq çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili Qaçaq Təhməzi xəyanətlə güdaza verən erməni olmayıbmı? Indi də belə deyilmi?

Yeni-yeni böyük cinayətləri bu gün törədən anası erməni milliyətindən olan "qan qardaşlarımız" deyilmi? Nə isə Hayrikin vasitəsiylə Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstəsinin boynu vurulur başları dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin 2500 nəfər əhalisini qılıncdan keçırıb meyidləri Araz çayına atmışlar. Ümumiyyətlə Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli, Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı.

(ardı növbəti sayımızda)

Əvəz Mahmud Lələdağ


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK