SON DƏQİQƏ:

KEÇƏN ZAMAN DEYİL...

  19582   |  
Şriftin ölçüsü  

Sevgi həyatın nüvəsidi, mayasıdı, qapı döymədən insanın qəlbinə girdimi, damarda qanına qədər saflaşdırır, təmizləyir, gözəlləşdirir insanı. Kin-küdurətdən, xırdaçılıqdan, xəbislikdən uzaqlaşdırır, dünya gözündə sehirli bir aləmə dönür. Ən bəsit bir hadisədən kövrəlir qəlblər, həlimləşir, mülayimləşir, ağlamaq – yağışdan sonrakı bulud kimi yüngülləşmək istəyir insan. Sevgi güc verir ən zəif birinə. Ən zərif insan da sevəndə içində dünyanın gücünü hiss edir. Qəlbində daşıdığı hər anı onunla olmaqla həyat, yaşam stimulu verir, nəfəsi, havası olur, bütün pisliklərə qələbə çala bilir içindəki gözəlliklə.

Bu ömür insana veriləndə Yaradanın məqsədi, yaratdığından bəkləntisi başqa olub, amma insan Onun qoyduğu yolu bir az saparaq, öz istədiyi cığırı açaraq getmək istəyib həmişə. Onun göstərdiyi yolu, beyinləri aydınlatmaq üçün göndərdiyi Kitabı önəmsəsə də, içindəki nəfslə, arzuyla, istəklə mübarizə apararaq dünya həyatını da yaşamaq istəyir insan və yaradan bu istəyi ona bəzən çox görür, bəzən bağışlayır, əfv edir. Onsuz da yaradılışın əvvəlində insan nəfsinin qulu olaraq Cənnətdən qovulmadımı? Bunu ilk insan, ilk peyğəmbər etdisə, demək ki, dünyanın sonuna qədər də insan nəfsinin qulu olaraq yaşayacaq...

Gündəlik boz həyatından bezən insanlar bəzən bir yenilik, demək olar ki, bəhanə arayır ki, həyatının o "boz” tərəfini rəngləndirsin. Bu bəhanələrin adı bayramdı, toy-nişandı, ad günləridi.

Dünən çoxlarının qəbul etdiyi kimi "Sevgililər günü” idi. Şəhər qaynayırdı – gül, ətir, başqa hədiyyələr alan kim, süprizlər edən kim. Restoran, kafelər ağzına qədər adamla dolu, yollar tıxacdan partlayırdı...

Dünənki qələbəliyi gördükcə həyatını rəngləndirmək, gündəlik qayğılardan qurtulmaq istəyən insanlara yazığım da gəlirdi. Bir gün həyatında cüzi dəyişiklik etmək istəyən bu insanlara o "dəyişiklik” çox baha başa gəlir. Bu məsələdə qazanan restoranlar, kafelər, dükan-bazarlar olur. Əslində o yerlərin sadə işçiləri də bir parça çörəyi üçün həmin günü səbirsizliklə gözləyirlər. Onları həmin gün nə bayram, nə sevgilisi maraqlandırmır – o gün nə qazanacağını xəyal edib, sevinirlər.

Gələk Sevgililər Gününə. İnternet tv.lərdən birinin aparıcısı şəhərdə ora-bura tələsən bayram əhval-ruhiyyəli insanlar arasında sorğu keçirir – Valentini tanıyırsanmı? Gülməli idi əslində - küçədə biri sənə yaxınlaşıb soruşur ki, Valentini tanıyırsanmı? Təbii onun ilk reaksiyası belə olacaq: Valentin kimdi, əə?

Demək olar ki, sorğuda bir nəfərdən başqa bu bayramın səbəbkarını heç kim tanımadı. Bəziləri yüz illər keçdikdən sonra hətta Valentin haqqında layiqsiz sözlər də işlətməli oldular. Hətta Kəramət Böyükçölün söyüşlərindən də istifadə edən oldu. Yəni, yuxarıda ifadə etdiyim kimi, insanlarımızı maraqlandıran səbəb deyil, nəticədir – qayğılardan, fikir, dolanışıq, problem yükündən bir günlük uzaqlaşmaq.

Katolik kilsəsinin müharibə bitənədək gənclərə evlənməyi qadağa qoyması, gənc keşiş Valentinin o gənclərin halına acıyaraq sevgililəriylə qovuşsunlar deyə onlara gizli nikah kəsməsi, bundan xəbər tutan kilsənin onu edam etməsi və illər sonra onun bu müqəddəs əməli qiymətləndirilərək bayram edilməsinin heç kimə dəxli yox idi, hər kəs yemək-içmək, sevdiyi, ən azından sevdiyini zənn etdiyi insanla görüşmək, yaddaqalan bir gün keçirmək istəyirdi! Hər şeyə səthi yanaşırıq çox zaman, heç kimi mahiyyət maraqlandırmır.

Facebook-da bir qadın: "Bu bayramın bizə dəxli yoxdu ey, o gizli sevənlərin bayramıdı, yasak aşkların yani” yazdı. Amma axşam bu qadının əri evə əliboş gələndə qiyamət qoparacağını dəqiq bilirəm!

Allah insanı sevgiylə yaratdı. Sevginin günü olmamalıdı. Valentin bu dünyaya gəlməsə də sevgi olacaqdı. Doğrudu, bir günü daha qabarıq göstərmək olar, amma insan daim sevgi dolu olmalıdı ki, həyat, yaşam istəyi sönməsin. Heç kimi yamsılamadan öz qəlbinizə düşən sevginin qədrini bilin! Sevgi və hüzurun eskik olmadığı ən gözəl günlər sizinlə olsun! Müqəddəs Valentini də, İlham və Fərizəni də tanıyın, sevgilərinə hörmətlə yanaşın, amma öz fərqli sevginiz olsun. Çünki keçib gedən zaman deyil, ömürdü...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK