"Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir" - Komitə sədri
"Korrupsiyaya qarşı mübarizənin nə dərəcədə ciddi getdiyinin hamımız şahidiyik. Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və çox təqdirəlayiq haldır ki, bu mübarizənin qanunvericilik bazası daim təkmilləşir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yeni hazırlanan "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, "Maraqlar toqquşması haqqında" qanun layihəsinin təqdim olunması təsadüfi deyil: "Bu qanunun ideyası üzərində uzun illərdir müzakirələr gedib və hesab edirəm çox təqdirəlayiqdir ki, korrupsiyaya qarşı mübarizənin, dövlət quruculuğumuzun inkişafının indiki mərhələsində belə bir qanun layihəsi təqdim olunub. Bu qanun beynəlxalq təcrübədə mövcuddur və onun müddəaları deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir".
Digər Xəbərlər
29 Oktyabr 2026 12:26
Xidməti avtomobildən şəxsi maraqlar üçün istifadə edə bilməyəcəklər
29 Oktyabr 2026 12:10
Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar
29 Oktyabr 2026 11:28
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
29 Oktyabr 2026 11:02
“Bu problemi yeni ideyalarla birgə yaşayış yolu həll etmək mümkündür”
29 Oktyabr 2026 10:19
Azərbaycanda yeni ombudsman seçiləcək
29 Oktyabr 2026 00:17
Dünyəvi təhsil sisteminin bərqərar edilməsi vacib məsələlərdəndir - Mir Şahin
28 Oktyabr 2026 20:20
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşdü
28 Oktyabr 2026 19:45


Bakı -°C

