Axtarışda olan şəxs Çindən Azərbaycana ekstradisiya edildi
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri Çin Xalq Respublikasında müəyyən olunub və o, həbs edilib.
Nazirliyin səlahiyyətli qurum olduğu “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğudan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Çin Xalq Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
İbrahimov Rüstəm Hüseyn oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çin Xalq Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Digər Xəbərlər
28 Oktyabr 2026 21:52
225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
28 Oktyabr 2026 11:51
DYP iki gəncin öldüyü qəzanın səbəbini açıqladı - VİDEO
28 Oktyabr 2026 09:42
Akif Beybutov vəfat etdi
28 Oktyabr 2026 07:08
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27 Oktyabr 2026 18:00
Sərhədi pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı SAXLANILDI
27 Oktyabr 2026 15:19
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
27 Oktyabr 2026 13:06
Siyəzəndə qadın boğularaq öldürüldü - Qohumu saxlanıldı
27 Oktyabr 2026 09:56


Bakı -°C

