SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: YADDAŞIMDA YAŞAYAN FƏRRUX MÜƏLLİM

  16924   |  
Şriftin ölçüsü  

Hər dəfə doğulduğum yurddan, həsrətini çəkdiyim torpaqlardan söz-söhbət düşəndə özüm də bilmədən izinsiz-filansız çıxıb gedirəm bu şəhərdən. Sığışa, yaşaya bilmədiyim bu şəhərdən gedə-gedə də özümlə bir dünya qayğı aparıram. Elə bir qayğı ki, onu ancaq oradakı insanlarla, ağsaqqallarla, dünyagörmüşlərlə, müdriklərlə bölüşə bilərəm. Onların nəsihəti, onların fikirlərilə bir ipucu tapa bilərəm...

Və beləcə, düşüncələrin, qayğıların içərisində gedib çıxıram Qarabağa. Təbii ki, bu gediş xəyaləndi, ruhəndi. Elə məni orda gözləyənlər də ruhlardı - doğmalarımın, el-obamın, ağsaqqalların, seçilənlərin ruhları. O ruhlar ki, nigarandı, narahatdı... o ruhlar ki, bizi gözləyir. Özü də ruhumuzu yox, özümüzü, əlində qələbə bayrağı o yerlərə dönəcək insanları...

Onu erkən, yəni gənclik illərindən tanımışdım. Orta məktəbdə sonuncu siniflərdə oxuyurdum. Ailəmizdə eşitmişdim onun adını. Doğma kəndimizdə rəhbər vəzifədə işləyən əmim telefonla danışanda adını çəkmişdi onun. Və sonra da marağımı görüb bildirmişdi ki, Fərrux müəllim yaxşı kişidi, dizi bərk adamdı. Stepanakertdə işləyir. Bu mənim Fərrux müəllim barəsində eşitdiyim ilk informasiya idi. Həyat elə gətirdi ki, kənd məktəbimizin direktoru, sevimli müəllimim, Qarabağ hadisələrinin başlandığı illərdə el-obamıza ağsaqqallıq etmiş, rayon icra hakimiyyətində müavin kimi fəaliyyət göstərmiş Niyaz Cahangirov da Fərrux müəllimlə bağlı həmişə xoş sözlər söyləyirdi. Onun nə qədər millətsevən, torpaqsevən, qanuna, dövlətə sədaqətli bir insan olduğunu xüsusi vurğulayırdı. Bax, bütün bu bilgilərin içərisində mənim də taleyimə onunla görüşmək, onunla həmsöhbət olmaq yazıldı. Daha doğrusu, o alın yazısı gerçəkləşdi.


İndiki kimi yadımdadı, Xankəndində ermənilər ilk mitinqlərinə başlamışdılar. Hadisələrin axarı bizim üçün yaxşı olmayacaq bir məcraya yön almışdı. Belə bir vaxtda erməniləri onların özlərindən də yaxşı tanıyan, əqidələrinə, kimliklərinə ovcunun içi kimi bələd olan Fərrux müəllim söhbətlərimizin birində vurğuladı ki, bu gün (yəni 1988-ci ildə - Ə.M.) Azərbaycana Heydər Əliyev lazımdır. Ermənilərə yerlərini yalnız o göstərə bilər. Bu dığaların, bu tör-töküntülərin qorxduqları, çəkindikləri bir kişi var - o da Heydər Əliyevdir!

Sonra söhbətimiz bir az da əhatə dairəsini genişləndirdi, yəni şaxələndi. Və mən Fərrux müəllimdən eşitdiklərimi yaddaşıma köçürməyə başladım. Öyrəndim ki, 1979-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin sədrin birinci müavini işləyir. Vilayətdə ən yüksək rəhbər vəzifədə çalışan yeganə azərbaycanlıdır. Bütün hadisələr onun gözlərinin qarşısında baş verir. O, vilayət rəhbərliyinin xəyanətlərini, Azərbaycan xalqına və dövlətinə qarşı etdikləri cinayətləri bütün detallarıyla görür, öz gücü daxilində onlara yerlərini göstərməyə çalışır... Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi Heydər Əliyev siyasətindən, idarəçilik məktəbindən uzaq olduqları üçün ona dəstək vermirlər. Onun informasiyaları, etdiyi məruzələr Bakıda ən yüksək səviyyələrdə belə etinasızlıqla qarşılanırdı. Çünki Vəzirov və onun ardınca gələnlər ermənilərin məqsəd və məramlarını ya görmürdülər, ya da Moskvanın diqtəsindən, təsirindən xilas ola bilmirdilər. Ona görə də xalqdan uzaq düşürdülər...

Bir dəfə Fərrux müəllimi baş verən hadisələrin bütün cizgilərini, necə deyərlər, dioqnostikasını araşdırmaq üçün söhbətə çəkdim. İndiki kimi yadımdadı. İlk sözü bu oldu ki, Kamran Bağırov Azərbaycan milisini (polis) Dağlıq Qarabağdan çıxarmamalıydı. Çünki Qarabağa ezam edilmiş polislər burada qanunçuluğu bərpa etmişdi. Ermənilər qorxularından nəfəs də çəkə bilmirdilər. Hadisələrdə iştirakı olan dığaların hamısı artıq Qarabağı tərk edirdi. "Krunq" təşkilatının üzvləri hətta ailələrini də Qarabağdan çıxarmışdılar. Hər dəqiqə həbs olunacaqlarını gözləyirdilər. Mən Kamran Bağırovun bu qərarını eşidəndə onun yanındaydım. Vilayətdəki vəziyyəti məruzə edirdim. Özümdən asılı olmadan çox sərt şəkildə bu qərara etiraz etdim. Söhbətimizin bir məqamında Mərkəzi Komitənin katibi vəzifəsində işləyən Həsən Həsənov da Kamran Bağırovun iş otağına gəlib həyəcanla dedi:

- Kamran Mamedoviç, siz bu qərarı qəbul edə bilməzsiniz. Bununla siz ermənilərə şərait yaratmış olursunuz.

Kamran Bağırov çarəsiz bir şəkildə bildirdi ki, Qorbaçov iki dəfə zəng vurub tapşırıq verib ki, milisləri Qarabağdan çıxarın. Burada onu da əlavə edim ki, Kamran Bağırov Vilayətə yeni rəhbər təyin edərkən öncə məni qəbul etdi.Vilayətə yeni rəhbərin kimin ola biləcəyini soruşdu. Mən mövcud namizədlərin hamısının "Daşnak” partiyasının təmsilçiləri olduqlarını söylədim. Xüsusi vurğuladım ki, Poqosyanı təyin etmək ümumiyyətlə olmaz. Təəssüf ki, Bağırov elə Poqosyanı təyin etdi. O da seçilən kimi "Obko"nun balkonuna çıxıb oradan meydana yığışmış ermənilərə müraciətlə "biz qalib gəldik" - dedi.

Fərrux müəllim bu sözləri deyəndə həyəcandan dodaqları əsirdi. Hiss edirdim ki, hadisənin bütün mahiyyətini bilən bu insan əlində iynə ucu boyda imkan olsa, heç kimin qərarına, sözünə baxmadan bütün Azərbaycanın milisini bir anın içərisində Dağlıq Qarabağa yeridib orda haqq-ədaləti bərpa edər, hər kəsə layiq olduğu yeri göstərər.

Bax, bu söhbətdən sonra mən Fərrux müəllimin yaddaşında, saxlancında nə qədər sirrin yatdığını hiss etməyə başladım. Ona görə də onun ətəyini buraxmadım. İstədim ki, bir az da danışsın, bir az da gerçəkliklərin üstünün örtüyünü qaldırsın, biz bilmədiklərimizdən xəbərdar olaq. Fərrux müəllim bildirdi ki, həyatında ilk dəfə ermənilərin qarşısında sıxılmışam, özümü təhqir olunmuş hiss etmişəm.

Nədən? Nə vaxt? - deyə soruşdum. İçindəki dağ ağırlıqdakı "ah"ı köksündən qoparıb həmin məqamı danışdı mənə. Dedi ki, Vəzirov özünün xidməti "Çayka" maşınlarını Xankəndinə göndərmişdi ki, vilayət rəhbərliyi Bakıya görüşə gəlsin. Ermənilər Vəzirovun göndərdiyi maşından imtina etdilər. Öz maşınlarında Azərbaycan milisinin müşayəti ilə Bakıya gəldilər. Yolda, yəni Ucar rayonunda ermənilərin şərəfinə ziyafət qurulmuşdu. Ermənilər Vəzirovun bu süfrəsinə də əl uzatmadılar. Mərkəzi Komitənin kiçik zalında şirniyyat süfrəsi açılmışdı. Vəzirov ermənilərə şirniyyatı özü bir-bir paylayırdı. Onlara dostluqlarından, komsomoldakı birgə fəaliyyətlərində xatirələr danışırdı. Lakin ermənilər əllərini şirniyyatlara uzatmadılar. Elə onların yanındaca Vəzirov üzünü mənə tutub dedi ki, səni ora işləməyə göndərmişik, ermənilərdən bizə "donos" verməyə yox!

Bu, Vəzirovun bəlkə də təkcə azərbaycanlı kimi yox, təkcə rəhbər kimi yox, həm də insan kimi etdiyi ən böyük namərdlik idi. O, bu sözlərilə həm də ermənilərlə birlikdə işləyəcək bir insanın, yəni Fərrux Hüseynovun həyatını təhlükə qarşısında qoydu...

... Mən Fərrux müəllimlə Qarabağdakı təmaslarımda onu bir insan kimi, bir ağsaqqal kimi, bir ziyalı kimi də yaxından tanıdım, onun daxili aləminə yaxından bələd oldum. Hətta iş otağında, dövləti vəzifəsini icra etdiyi zaman ermənilərin onu dəfələrə təhqir etməsinə, ölümcül vəziyyətə düşənə qədər döymələrinə, dişlərini vurub tökmələrinə baxmayaraq, o, Xankəndini axırıncı tərk edən azərbaycanlı oldu. Məhz onun köməyi, onun şəxsi nüfuzu hesabına neçə-neçə vətəndaşımız girovluqdan, əsirlikdən xilas oldu. Hətta bir dəfə döyülüb tanınmaz hala salınmış iki azərbaycanlı qadını özünün geyindiyi əsgər paltarları ilə büküb rus əsgərlərinə məcburi şəkildə Xankəndindən Ağdama, xəstəxanaya çatdırmağa nail olmuşdu.

Gecələri kabinetində, stolların, döşəmənin üstündə mürgüləyib, səhəri yenə öz işini davam etdirən azərbaycanlı soydaşlarımıza həmişə ümid verən Fərrux Hüseynov hərdən fikirlərini misralara çevirirdi. Özünü ovutmaq istəyirdi bu misralarla. Və hətta Qarabağın işğalından sonra təqaüdə çıxıb Bakıda məskunlaşdığı ünvanda da rahatlıq tapmırdı. Sözü-söhbəti ancaq Qarabağ idi. Son nəfəsində də inamını itirmədi. Doğmalarından eşitdim ki, Fərrux müəllim son sözündə vurğulayıb ki, ümidinizi itirməyin. Mən inanıram, siz də inanın ki, Qarabağa dönəcəyik!

... Mən Fərrux müəllimlə bağlı yaddaşımda, ürəyimdə olanların ancaq bir qismini kağıza köçürdüm. Özü də bunu ilin sonunda etdim. İstədim ki, Qarabağda haqqı olanların unudulmayacağına özüm inandığım kimi sizi də inandırım. Və xatırladım ki, bu mövzu bir yazıyla bitən deyil. Axı, 2019-cu ilin fevralı gəlir qarşıdan. Mən onda da bu mövzuya qayıdacam...

Əbülfət MƏDƏTOĞLU

P.S. Aşağıda Fərrux müəllimin arxivindən götürdüyüm şeiri oxuculara təqdim edirəm. Vurğulamaq istəyirəm ki, Fərrux müəllim şair deyildi, sadəcə Xankəndində yaşadıqlarını şeirə çevirməyə çalışmışdır.

Dedim - Dedilər

Dedim: Vətən gedir əldən!

Dedilər ki, Biz bilirik əvvəl səndən!

Dedim: Çox zəifdir tədbirlərimiz!

Dedilər ki, qorxma dayan,

tükənməzdir səbrimiz!

Dedim: Qalmayıbdır səbr daha:

Dedilər ki, ası düşmə sən allaha!

Dedim: Allah bizə ağıl verib, kamal verib,

Deməyib ki, gedin yatın, yasa batın,

Vuruşmağın daşın atın,

Yurdumuzu yada satın!

Dedilər ki, təmkinli ol, məsləhətli don gen olar!

Moskvadan göstəriş var, sakit olaq!

Dedim: Moskvada, MK-da əlləşirlər ermənilər,

Arkadilər, Genrixlər, Qriqaryanlar, Dadamyanlar,

Petrosyan və Köçəryanlar,

nə bilim mən nə yanlar, ilanlar,

İlanlar və onlara oxşayanlar boğuşurlar,

dalaşırlar amma yenə

Bizə qarşı çevriləndə göz-göz edib

barışırlar, birləşirlər,

Bir cəbhədə cəmləşib,

şüurlarda silahlara sarmaşırlar,

Canımıza darışırlar !

Dedilər ki, səf eləmə

mərkəz düz həll edər məsələni!

Mən yanırdım, yaxılırdım,

Ət tək şişə taxılırdım.

Heç kəs mənə inanmırdı.

Deyəndəki gunah elə mərkəzdədir,

Mərkəz özü sərsəridir!

Dedilər ki, bir az dayan, görəcəksən

Nələr olur, ermənilər şər qüvvə tək

sakitləşib, məzlumlaşıb,

yazıq-yazıq susacaqlar,

xəyanətlə yediklərin yaxınlarda qusacaqlar!

Bu minvalla hər gün, hər an, yavaş-yavaş,

başımıza düşdü daş!

Tənqid edib qohum, qardaş dedilər:

ermənidən olmaz yoldaş!

Bizdə buna inanırdıq,

yaxılırdıq və yanırdıq.

Dedilər ki, başlayıblar qayıtmağa,

ermənilər axışmağa,

Bakıdakı evlərinə yığışmağa!

Muştuluq da istədilər sonra,

hədə-qorxu gəlib yüksək tonla bildirdilər:

"Ermənilər bizə qardaş,

etməyəcəyik onlarla savaş!

Utanmayıb, qızarmayıb,

bilməyərək nədir abır,

bu sözləri lap ekrandan söylədilər,

kökümüzə bir balta köklədilər.

Dedim: inanmayın,

ermənini dost sanmayın.

Qəlbi qara, özü xain, dili yaman zəhərlidir,

məqsədi də məkirlidir,

o ilandır, yatağandır,

çox zəhərli bir heyvandır!

Fürsət düşə qalxacaqdır,

zəhərli ox atacaqdır!

Anlamayıb dərdimizi,

bilmədilər qədrimizi!

Bizim vətən torpağında,

doğma ana qucqğında

böyütdülər əqrəb, ilan.

Yandırıldıq oda yaman!

Beləliklə günlər ötüb, aylar keçdi,

Torpağımız qarış-qarış əldən getdi.

Ağdərədə, Sırxavənddə, Quşçularda, Malıbəylidə,

Xocalıda, Qayıblıda, Umudluda, Çərəkdarda,

Tuğuda onun ətrafında,

hər gün oldu bizə savaş,

dinlənildik yavaş-yavaş!

Böyük, kiçik qanan vətən!

od tutub yanan vətən!

Harayına gecikdilər,

Niyə belə atıldın sən!..

Teleqrafla, telefonla

haraylayıb çağırırdıq,

təlaşdan da bağırırdıq,

kömək verin! kömək verin!

canlı qüvvə, texnika!

Vətən əldən gedir baxa-baxa!

Yolumuzu bağlayıblar,

sinəmizi dağlayıblar,

zirehli tank, top çatışmır,

olanlar da yaxşı atmır!

Atan yoxdur, vuran yoxdur,

məsləhətsə verən yoxdur!..

Xankəndi 1989-cu il


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK