SON DƏQİQƏ:

FAİQ QİSMƏTOĞLU: GÜN İŞIĞI VƏ YARASALAR

  13562   |  
Şriftin ölçüsü  

Deyirlər ki, dünyada gün işığından ən çox xoşu gəlməyən yarasalardı. Çünki yarasalar ancaq gecə vaxtı hərəkətə gəlir, uçur və istədiklərinə nail olurlar. Elə ki gün işığı çıxır, elə ki hər tərəf nura boyanır, bax onda bir belə yarasa tapmaq olmaz. Ən azından ona görə ki, yarasaların günü də, işığı da başqa bir şeydi: yəni onların arzuladığı qaranlıqdı, zülmətdi , gecədi…

İndi də bizim cəmiyyətdə sanki savadlı, ziyalı , təmiz adamlara qarşı bir təpgi var. Elə ki bir savadlı adamı məclisdə görürlər, onun şirin söhbətlərinə qulaq asırlar, dinləyirlər və özlərini çox rahat hiss edirlər. Ancaq məclisdə hər hansı istedadlı bir ziyalının savadlı, elmli söhbətindən narahat olanlar da var. Çünki savadlı, işıqlı və elmli adamları heç vaxt idarə etmək , loru dildə demiş olsaq, başına çatı salıb fırlatmaq mümkün deyil.

Bu yaxınlarda «Space» telekanalında istedadlı jurnalist Elçin Əlibəylinin çox maraqlı, maarifləndirici və işıqlı bir verilişinə baxdım. Sözün açığı, bu cür səpgili verilişlər Azərbaycan teleməkanında, xüsusən də özəl kanallarda çox azdır. Elçin Əlibəylinin dediyi bir söz heç vaxt yadımdan çıxmaz: «Cəmiyyət ziyalıdan qorxur». Həqiqətən də belədir. Çünki bu gün cəmiyyət düz söz deyən, haqqı-ədaləti hər şeydən üstün tutan, heç kimə əyilməyən ziyalıdan qorxur. Xüsusən də cəmiyyətin yüksək ranqında vəzifə tutan savadsız, cahil və qanında türk qanı olmayan şəxslər bu cür ziyalılardan daha ehtiyatlanırlar. Çünki onlar məddah deyil, yaltaqlıq eləmir və kiminsə aftafasını götürmür. Amma bu o demək deyil ki, yuxarı təbəqədə ziyalını xoşlamayan adam yoxdur. İstəyir yuxarı, istəyir orta və istəyir də aşağı təbəqədə işıqlı, nurlu , ziyalı adamları sevənlər var. Amma gəlin onunla razılaşaq ki, bunlar çox azdır.

Ziyalılıq, işıqlılıq və nurluluq insana bir istedad kimi bəxş edilir. Əsl ziyalının başını kəssən, dərisini soysan belə heç vaxt ağa qara deməz. Əsl ziyalı heç vaxt vətəninə, xalqına, dövlətinə, millətinə xəyanət etməz. Əsl ziyalı heç vaxt başqasının halal haqqını, isti çörəyini, duzunu, suyunu əlindən alıb basıb yeməz.

Gəlin düz söz deyən, haqqı, ədaləti hər şeydən üstün tutan, heç kimə, heç kəsə əyilməyən, elmi, savadı və kişiliyi önə çəkən ziyalıları qoruyaq və sevək! Bu gün belə ziyalılar ölkədə kifayət qədərdir, dolanışıqları da bir o qədər də yaxşı deyil. Onlar sıxıntı yaşayırlar, ehtiyac içindədirlər və yenə kiminsə yanında ağrısını, acısını və ehtiyacını dilə gətirməz. Heç nəyi dilə gətirməyən, əyilməyən ziyalını isə heç kim susdura bilməz. Çünki o, həmişə haqq-ədalətə sığınıb və düz yol tutub.

Və bir də ziyalı gün işığı kimi bir şeydir. Kim nə qədər istəsə də qara bulud kimi onun qarşısını bir anlıq alsa da, amma o gün işığı yenə o qara buludun arxasından çıxacaq, dünyanı, cəmiyyəti öz nuruna boyayacaq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK