adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 16:35
70
HADİSƏ
A- A+

İki nəfər minaya düşərək ölüb

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olmuş, onlardan 73 nəfəri həlak olmuş, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.