Məhərrəmlik nə vaxt bitir?
Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar.
Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxına qədər milli adət-ənənələrə və mənəvi dəyərlərə görə toy məclisləri keçirilmir:
"Miladi təqvimdə aylar 30 və 31 gün olur, yalnız fevral ayı 28 və ya 29 gündən ibarətdir. Müsəlman təqvimində isə aylar 29 və 30 gün olur. Məhərrəm ayı artıq bitib, indi Səfər ayının 11-dir. Adət-ənənəyə görə, İmamın qırxına qədər toy edilmir. İmamın qırxı isə Səfər ayının 20-də çıxır. Ondan sonra da daha on gün gözlənilir. Səfər ayı bəzən bəzən 29, bəzən isə 30 gün olur. Bu il Səfər ayı avqustun 13-də bitəcək. Avqustun 14-ü artıq Rəbiül-əvvəl ayının biri olacaq. Bu, müsəlman təqviminin üçüncü ayıdır. Avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar".
Qeyd edək ki Azərbaycanda Məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.
Digər Xəbərlər
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30
Nazirlik həftəsonu su hövzələrinə üz tutanlara müraciət etdi
24 Iyul 2026 19:04
Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
24 Iyul 2026 19:00


Bakı -°C

