adalet.az header logo
  • Bakı -°C
23 Iyul 2026 22:02
73
İDMAN
A- A+

“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası

Bu gün "Zirə" futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə qarşılaşıb.

Adalet.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb və Pyarnu şəhərindəki "Rannastaadion" arenasında baş tutub.

Moldovalı referi Roman Jitarinin idarə etdiyi matç meydan sahiblərinin minimal qələbıəsi ilə başa çatıb - 1:0. 87-ci dəqiqədə Qambiyalı Pa Abdu Çam vurduğu qolla komandasına qələbə qazandırıb.

Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Andorranın "Santa Koloma" və Avstriyanın "Rapid" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.