Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.
Adalet.az xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.
Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır.
Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00
Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
22 Sentyabr 2026 23:44
Ukraynada “Patriot” raketləri istehsal edilə bilər - Tramp açıqladı
22 Sentyabr 2026 22:45
Trampla Zelenskinin görüşü oldu - "Artıq vaxtdır"
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

