Helikopter qəzasında ölən müxalifət liderinə sui-qəsd edilibmiş
2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Muhsin Yazıcıoğlunun sui-qəsd qurbanı olduğu üzə çıxıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "TRT Haber" kanalında canlı yayımda danışıb.
O, Muhsin Yazıcıoğlunun ölümünün istintaqı ilə bağlı təəccüblü məlumatlar açıqlayıb.
Yazıcıoğlunun ölümündə FETÖ-nun (Gülənçi Terror Təşkilatı) iştirakının olduğunu vurğulayan nazir Gürlek bildirib ki, "İstintaq çərçivəsində helikopterin qəzadan bir az əvvəl üzərindən keçən F-4 təyyarəsinin zərbəsi nəticəsində qəzaya uğradığı üzə çıxıb".
O, pilotun həyat yoldaşının barmaq izlərinin qaçaq FETÖ lideri Adil Öksüzün evində tapıldığını vurğulayıb və əlavə edib ki, "Pilotun "gizli imam" (gizli təşkilatın üzvü) ilə görüşləri də müəyyən edilib. Bundan əlavə, həbs olunan FETÖ əyalət imamının ByLock-da "Biz bunu asanlıqla həll etdik, yağdan tük qoparmaq kimi" yazdığı müəyyən edilib".
Qeyd edək ki, 2009-cu ilin martında içində M. Yazıcıoğlunun olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb. Bu günə qədər əməliyyatlar çərçivəsində 19 nəfər həbs olunub.
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

