SON DƏQİQƏ:

"Məni xalamoğluna verirlər" - Ayrılığın kəlamları

  9800   |  
Şriftin ölçüsü  

Ayrılıq vaxtı baş tutan absurd dialoqları bir yerə yığdıq. Adalet.az saytı həmin dialoqları sizə təqdim edir.


*** 


- Niyə? Niyə mənə xəyanət etdin?

Bu sualdan sonra adətən kişilər deyir:

- Əzizim, hər şey düşündüyün kimi deyil. İmkan ver, izah edim.

Qadın özündən raket yerdən çıxan kimi çıxıb.

- Nə bildiyim kimi deyil? Gözlərimlə gördüm e, gözlərimlə. Mənə bunu necə etdin?

Kişinin hələ ki, başqa cavabı yoxdur. Niyə və sus arasında haça-paça qalıb.

- Əzizim, hər şey düşündüyün kimi deyil. İmkan ver, izah edim.

Qadınsa durmadan sual verir və həmişə bu sonluq seriallarda istifadə olunur:

- Sus, izah eləmə, sus! Niyə? Niyə mənə xəyanət etdin? Mənə bunu necə etdin?

Kişi son bir şansının qaldığına inanır:

- İmkan ver, əzizim, izah...

- Sus! Danışma, çıx get! Rədd ol!


***


Kişi:

- Niyə belə edirsən? Getmə!

Qadın:

- Mən bunu sənin yaxşılığın üçün edirəm. Özün də görəcəksən, rahat olacaqsan. Bizimki əvvəldən alınmırdı. Bunu hiss eləmişdim.


***


Qadın:

- Sən məndən də yaxşılarına layiqsən! Sağ ol!


***


Kişi:

- Nə baş verdi, illərdir sevirik bir-birimizi.

Qadın:

- Məni xalamoğluna verirlər.


***


Qadın:

- Bilirəm, mənsiz çətin olacaq. Amma sağ ol! Bizimki bura qədərdi.


***


Qadın:

- Hər şeyi sən elədin. Eybi yox, qədrimi bilən tapılar.


***


Qadın:

- Sənə xoşbəxt olmağı arzulayıram.


***


Qadın:

- Sənə qarğış eləmirəm, amma səni tanıdığım günə lənət olsun!


***


Qadın:

- Onsuz da sən mənim ürəyimcə deyildin. Bizi xalamqızı tanış eləmişdi.


***


Qadın:

- Məndən istifadə elədin!


***


Kişi:

- Get, səni Allaha tapşırıram.


***


Qadın:

- Səni çox sevmişdim. Yenə də sevəcəm. Amma ayrılmalıyıq.


***


Kişi:

- Heç vaxt səni mənim qədər sevən olmayacaq!


***


Qadın:

- Zorla qal deməyəcəm, amma get də demirəm. Özün bilərsən!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK