SON DƏQİQƏ:

MƏNƏ DƏNİZ... VERMƏYİN!

  21826   |  
Şriftin ölçüsü  

Bu ilin istiləri anomal yox, daha çox anormaldır! - kimi səslənsə daha doğru olar. Uzun illərdən bəri belə istilərin olduğunu xatırlamıram. İstidə ilk yada düşən isə su olur - istər içmək üçün, istərsə də yuyunmaq, sərinləmək üçün. Bizdə isə çayların bol, dənizin ən yaxın olduğu halda bu keyfiyyətlərdən məhrumuq.

Yer üzünün sərvətiylə, möcüzələriylə, təbabətiylə, adət-ənənəsiylə, mətbəxiylə və s. seçilən, tanınan guşələri var, amma ən birinci insanı cəlb edən o yerin təbiətinin gözəlliyi olur. ilk ona qiymət verilir. Bəzən çox gözəl təbiəti olan belə bölgəni "Nağıllardan çıxmış", "Yerüstü cənnət", "Möcüzə", "Allahın lütfü" və sair adlandırırlar. Azərbaycan da belə gözəlliklər diyarından bir parçadır. Doqquz iqlim qurşağının verdiyi imkanlar bu balaca ölkədə dağ da, meşə də, çay da, dəniz də, düzənlik də, hətta səhra da görməyə imkan verir. Və zaman-zaman həm bu gözəlliyi, həm də bu gözəlliyə zəngilnik qatan yeraltı, yerüstü sərvətlərimiz üzündən xalqımızın başı çox çəkib. Çəkib, yadellilərdən, amma sapı özümüzdən olan baltaların kəsdiyi yer daha çox acı verir...

Bugünkü yazımın səbəbi də gözəlliklərdən bəhs etmək deyil, bu gözəlliklərə həsrət qoyulmağımız haqdadır.

Türkiyənin ən gözəl guşələrindən biri Qaradənizdə - Trabzonda olarkən, təbiətin bəxş etdiyi gözəlliklərin necə səxavətlə insanların ixtiyarına verildiyini seyr etdikcə, Allahın bizə verdiyi nemətlərin necə insafsızcasına əlimizdən alındığını düşündüm və illərlə əsəblərimi tarıma çəkən bu duruma bir daha qeyzləndim.

Batumidən Türkiyəyə keçən Sarpdan tutmuş, Hopa, Rizə, Çayeli, Of, Trabzon, Akçaabad, Samsun, Gezre, Görele, Giresun, Ordu, Sinop... Qaradəniz boyu ta İstanbula qədər uzanıb gedən bu gözəlliklər orada yaşayanların özlərinə məxsusdu. Bəli, dəniz də, meşə də, dağ da...hər şey xalqın ixtiyarındadı.

Yolboyu dənizin sahilində keçən yolçuların dayanıb istirahət etmələri üçün hər şərait yaradılıb, - taxtadan tikilmiş, günəşdən qorunmaq və yemək üçün kiçik "evciklər" və dənizə girə bilmək üçün şərait, təmiz, bol narın qum. Ərzincanda rastlaşdığım mənzərə isə mənim üçün (bəlkə çoxları üçün!) əsl möcüzə idi. Böyük sahəli, hər bir gözəlliyi ilə istirahət üçün yararlı, yaşıl parkın əsas özəlliyi onda idi ki, bu parkın ətrafında üç möcüzəli su axır - biri acı, biri turş, biri kükürdlü. Turş su təbii qazlı sudur və butulkaya doldurub, qapağını açarkən bizdə satılan süni hazırlanmış qazlı sulardan daha təzyiqlidir. (Qazlı sularımızı açanda hər dəfə ağlıma ilk gələn "Dərviş Parisi partladır" filmindəki: Oğlan, bu qədər də barıt qoymaq olar?- olur). Həm bu suda böyrək daşını düşürmə özəlliyi var (bunu özümdə sınadım). İkinci acı su burun, boğaz yolları iltihabını təmizləyir. Burnuma çəkməyi tövsiyə etdilər. Doğrudu, beynimə qədər yandırdı, amma anında nəfəs almamda elə bir dəyişiklik hiss etdim ki. Üçüncü kükürdlü su isə dəri xəstəliklərinin - qoturun, dəmrovun, ekzemanın və başqa dəri xəstəliklərinin ən təbii müalicəsi üçün yararlıdı. Hər üç suyun özünə məxsus rəngi var.

O suyu seyr etdikcə ilk ağlıma gələn bu oldu: "Nədən buranın "imkanlıları" bu parkı, heç olmasa bu suları hasarlayıb, milyardlar qazanmırlar?".

Amma yelilərdən bir az başqa cür soruşdum: Nədən bütün gün axıb israf olan bu sulardan dövlət istifadə etmir? Cavab əvəzinə mənə parkın ortasındakı bir lövhəni göstərdilər. Lövhə Rumi 1341-ci il tarixdə yapılmış və 1932-ci ildə Ərzincan valisi Ali Kamalin təşəbbüsü ilə vurulmuşdu və orada bütün təbii sərvətlərin xalqa məxsus olduğu bildirilirdi.

Bəli, bu yazıda əsas məqsədim də budu, dövlətə məxsus olan sərvətin həm də xalqa - bizə, mənə, sənə, ona məxsus olması lazım olduğunu hayqırmaq! Hələ başqa sərvətləri demirəm...

Rayondan gələrkən Ələt, Qobustan, Qaradağ ərazisində dəniz boyu hasarların çəkildiyini görməmiş deyilsiniz. Bu hasarlar, hasarların içindəki zəngin villalar xalqın malını insafsızca mənimsəyərək onları bu gözəllikdən, rahatlıqdan təcrid edənlərin özbaşınalığını, gözgörəti qanunlarımızı saymamalarını ifadə edir. Onların el arasında deyildiyi kimi, "dədələrinin malı kimi" istifadə etdikləri bu rahatlıqda milyonların haqqı var. Başqalarının haqqıyla lüks həyat sürənlər, siz ayağınızın altına xalqı qoyub o hasardan boylana bilərsiniz. Bəs biz necə görək dənizimizi?

Türkan, Hövsan, Novxanı (nisbətən), Corat... görmədiyim başqa sahillərdə də - hər tərəfdə dəniz hasarlanıb, yaxud çimərliklər özəlləşdirilib və oraya daxil oldunmu, heç bir şey yeyib-içmədən də boş masada oturma haqqı olaraq müəyyən məbləğ ödəməlisən.

Bir karikatura vardı xalq çöməlib, belindəkilər üst-üstə ucalır, xalq dözür, sonra səbr kasası dolanda ayağa qalxır və o yüksəkdəkilər kəllə-mayallaq aşağı yuvarlanırlar. Bu yuvarlanmaları tez-tez görürük, ölkə rəhbəri onlara layiq olduqları cəzanı verir.

Siz kimsiniz? Özünüzü hansı xalqa məxsus hesab edirsiniz?

P.S. Dəfələrlə yüksək instansiyaların xəbərdarlığına baxmayaraq hasarlar nəinki sökülür, hətta bir az da ucaldılır.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK