SON DƏQİQƏ:

Aqil ABBAS: BÜLBÜLÜ DİNLƏYİRƏM, GÖZLƏRİM QAPALI

  399625   |  
Şriftin ölçüsü  

Orxan Vəlinin çox məşhur bir şeiri var:

İstanbulu dinliyorum

gözlərim kapalı

Öncə hafiftən bir rüzgar

esiyor

Yavaş-yavaş sallanıyor

Yarpaklar ağaclarda…

… Bu şeiri oxuyalar, sən də gözlərini yumub qulaq asasan. Heç İstanbulda olmaq lazım deyil, heç Türkiyədə də olmaq lazım deyil. Dünyanın harasında istəyirsən orda gözlərini qapa və bu şeiri dinlə. Bütün Türkiyəni görəcəksən. Bütün gözəlliyini, möhtəşəmliyini, dil-dil ötən quşlarını, ormanlarını, çaylarını…

Siz heç gözlərinizi qapayıb Bülbülün «Ölkəm» mahnısını dinlədinizmi? Bir cəhd eləyin.

… Gözləri qapalı olsanız da şiş uclu dağları da görəcəksiniz, meşələrimizi, bulaqlarımızı, çaylarımızı da görəcəksiniz, Cıdır düzünü də görəcəksiniz, Kirsi də görəcəksiniz, Sarı babanı da görəcəksiniz, Daşaltı çayının səsini də eşidəcəksiniz, Qarayazı meşələrini də gəzəcəksiniz, Talış meşələrini də, Teymurləngə baş əyməyən Əlincə qalasını da, Xəzəri də, Araz çayını da, Xudafərin körpüsünü də. Bir cəhd edin. Görün, o qaymaq səs sizin ruhlarınızı haralara aparacaq. O qaymaq səs bütün Vətəni sizin ruhunuza hopduracaq.

Bülbüldən sonra çox adam oxuyub bu mahnını, bu gün də çoxları oxuyur. Amma həmin o oxuyanların xətrinə dəyməsin, nə qədər dinləmişəm, gözləri qapalı da dinləmişəm, musiqisi məni götürüb haralara aparsa da, səslərinin gücü çatmayıb, yarı yolda qalmışam.

Vaqif Cəbrayılzadənin Qədir Rüstəmova həsr etdiyi şeirində belə bir misra var: «Ulu səs gözəldi, qeybdən gələndə, göydən gələndə».

Bülbülün səsi də qeybdən gəlir, göydən gəlir. «Gəlirdi» yazmıram, çünki gəlir. Səslər ölmür, qeybdən, gələn, göydən gələn səslər hava kimi, su kimi millətin qanına hopur və millət nə qədər varsa, o səs də qanındadı.

İlahi, bu nə məsələdi? Bu Şuşa torpağında, havasında, suyunda bu hikmət nədi, hardandı?

Tanrı dünyanı yaradanda Qarabağın havasını, suyunu, torpağını, işığını, nurunu cənnətdənmi pay vermişdi?

Elə isə ermənilər də o torpaqda yaşayır, bəs, göydən gələn, qeybdən gələn bu səs onlarda niyə yoxdu? Onlar da həmin suyu içib, həmin havanı udub, həmin torpağın üstündə gəzmirlərmi? Həmin o dağ çaylarında çimmirlərmi? Bəs, niyə bir Üzeyir Hacıbəyovları, bir Cabbarları, bir Fikrət Əmirovları, bir Qurbanları, bir Bülbülləri, bir Xan əmiləri, bir Qədir Rüstəmovları, bir Arif Babayevləri (siyahını çox uzadıb yormaq istəmirəm) yoxdu? Olmayacaq da! Çünki onların mayası Qarabağ torpağı ilə mayalanmayıb, Qarabağ torpağından yoğrulmayıb. Onlar o torpaqda doğulmayıb.

Bülbülün səsi qeybdən gələn, göydən gələn bir səsdi. Nə oxuyubsa, həmin o qeybdən gələn səslə oxuyub. Qarabağlılar belə səsə qaymaq deyirdilər.

Bülbül 120 il bundan əvvəl Şuşada doğuldu. İndi həmin şəhər mayaları o torpaqdan olmayan ermənilər tərəfindən işğal olunub. Torpağı müvəqqəti işğal edə bilərsən, amma Bülbülün səsini heç vaxt, Xan əminin səsini heç vaxt, Cabbarın səsini, Seyid Şuşinskinin səsini heç vaxt işğal edə bilməzsən. Çünki bu səslər qeybdən gəlir, göydən gəlir.

23 yaşında bu dünyadan köçəsən, amma belə bir mahnı yazıb gedəsən?! Kim bilir Asəf Zeynallı ilə Bülbül Tanrı dərgahında bizlər üçün, Vətən üçün darıxanda qoşalaşıb «Ölkəm»i oxuyurlar!

P.S. Orxan Vəlinin həmin məşhur şeirini bugünki nömrəmizdə oxuya bilərsiniz.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK