Prezident bu əsasnaməni təsdiqlədi
Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Adalet.az xəbər verir ki, fərmanla "İnformasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
RRİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları ilə, yerli özünüidarəetmə orqanları ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmçinin RRİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
RRİS-in sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, nazirlik isə RRİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Digər Xəbərlər
15 Oktyabr 2026 12:55
"Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb" - Dövlət başçısı
15 Oktyabr 2026 12:50
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 12:46
"Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - İlham Əliyev
15 Oktyabr 2026 12:45
"Biz uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident
15 Oktyabr 2026 12:43
Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşdü
15 Oktyabr 2026 12:36
"Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi" - İlham Əliyev
15 Oktyabr 2026 12:35
"Azərbaycan ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Dövlət başçısı
15 Oktyabr 2026 12:31


Bakı -°C

