Günel Zeynalova: “O, nüfuzundan istifadə edib yolumu kəsirdi”
Azəriqızı Günel türkiyəli müğənni Ebru Gündeşlə illər əvvəl yaşadığı problemlərdən danışıb.
Adalet.az xəbər verir ki, o, həmkarının hər yerdə onun yolunu kəsdiyini söyləyib:
“Hadisənin “Ara beni” mahnısını ifa etdim. Deyirdilər ki, guya bu mahnı Ebru Gündeşə “mesaj” olaraq yazılıb. Ancaq sizi əmin edirəm ki, belə bir şey yoxdur. Mən öz rahatlığım üçün hər kəsi bağışlamışam. İndi 2026-dır, insan bu qədər kinlə, nifrətlə yaşamamalıdır axı. Türkiyədə bir zamanlar yüksək nüfuza sahib idi. O, nüfuzundan istifadə edib mənim yolumu kəsirdi. Ancaq məni xalq sevir. Hamı mənə “evimizin qızı” deyirdi. Hətta Türkiyə şou- biznesində mənə dəstək olub, mənim haqqımda “ o, gözəl insandır” deyən dostlarım var idi. Onsuzda həyatda hər nə olursa olsun, haqq öz yerin tapır. Kim nə qədər kin bəsləyir bəsləsin, nə qədər yol kəsir kəssin, yaradan bizə yol açırsa, heç kəs o yolu bağlaya bilməz”.
Əntiqə
Digər Xəbərlər
06 Noyabr 2026 13:39
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
05 Noyabr 2026 21:56
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - VİDEO
05 Noyabr 2026 13:29
Aktrisa: “Avtomobil idarə edən qadınlar haqda mənfi fikirlər yaranır”
05 Noyabr 2026 12:14


Bakı -°C

