SON DƏQİQƏ:

Aqil ABBAS:SÖYÜŞÜ SÖYƏNLƏ ÇATDIRAN ƏLLİ-ƏLLİYƏDİ

  29939   |  
Şriftin ölçüsü  

«Moderator.az» saytında Tahir Cəfərli adlı birinin müsahibəsini oxudum. Və dostum, həmyerlim, qələminə və özünə böyük hörmətim olan Zülfüqar bəyin saytında belə bir müsahibənin dərc olunmasına çox təəssüfləndim. Özü də o Zülfüqar bəyin ki bütün qarabağlılar kimi yurd-yuvasını erməni-rus birləşmələri viran qoyub. Bütün qarabağlılar kimi nəsil-nəcabətinin sağ qalanları diyarbaydiyar olub. Ölənlərinin sümükləri isə qəbirdə sızlayır.

Əmioğlu, bunu kim dərc etsəydi də gərək sən dərc etməyəydin. Sənin, mənim, bizim babalarımızın, dədələrimizin, yeddi arxa dönənimizin, millətimizin, bu millətin görkəmli şəxsiyyətlərinin, tariximizin sənin saytında təhqir olunmasına gərək yol verməyəydin.

Oğluna babaları kimi at çapmağı öyrədirdin, mən də qürur hissi ilə kənardan seyr edirdim. Atın yalmanına yatıb at çapmağa çalışan o gül balanın babalarını, babalarımızı təhqir edəni, «biqeyrət» adlandıranı niyə qoyursan sənin saytında «at çapsın»?!

Qəribədir ki, müsahibəni alan yuxarıda saydığım faciələrin içində boğulan, çəkdiyi Qarabağsızlıq ağrısından hələ üzünün güldüyünü görən olmayan, istedadlı jurnalist Sultan Laçındır! Qardaşım, sən onu yerində oturtmalıydın! Və yenə təəssüf!

Eşitdim ki, tarixin əlifbasını bilməyən bu adam hansısa universitetdə müəllim işləyir, övladlarımıza dərs deyir.

O, tələbələrinə beləmi vətənpərvərlik öyrədir, millətimizə, tariximizə, xalqın görkəmli şəxsiyyətlərinə beləmi sevgi aşılayır?! Biz universitetdə oxuyanda belə müəllimlərimiz olmayıb, olsa onu auditoriyaya buraxmazdıq, haqqında tədbir görülməsi üçün rektorluğun qarşısında məsələ qaldırardıq.

Tarixin əlifbasını belə bilməyən bu adam doğrudanmı tarixdən bu qədər bilgisiz ola-ola universitetdə dərs deyir?!

Cild-cild tarixi kitabları demirəm, heç əl boyda «Qarabağnamə»ləri də oxumayıb. Qarabağ və Qarabağ tarixi haqqında orta məktəb şagirdləri qədər də məlumata malik deyil. Bu adam heç 260-280 il qabaq bulaq suyu kimi təmiz və dadlı dilimizdə şeirlər yazan, ədəbiyyatımıza yeni nəfəs və yön gətirən dahi şair Vaqifi də doğru-düzgün tanımır. Qacarı kimlərin öldürdüyündən də xəbərsizdir. Və sair və ilaxır, amma çəkinmədən tariximizə dil uzadır.

Mən daha ciddi bir cavab verməyə hazırlaşırdım. Amma elə «Moderator.az»da İlham İsmayılın çox mükəmməl bir cavabını oxudum, mənim demək istədiklərimdən də artıq və məntiqli bir cavab! Ona görə mən öz cavabımı saxladım və İlham bəyin həmin cavabını çap etməyə qərar verdim. Bu nömrəmizdə oxuya bilərsiz.

Sonda. Bəzi hörmət etdiyim saytlarda belə səviyyəsiz adamların palaz-palaz səviyyəsiz yazıları tirajlanır. Deyirsən belə olmaz, cavab verirlər ki, müzakirə üçün dərc edirik, sonra onlara verilən cavabları da sayta qoyuruq. Əladı, hə!

Və unudurlar ki, söyüşü söyənlə onu çatdıran həmin söyüşə əlli-əlliyə şərikdi.

Aypi üçünmü? Reytinq üçünmü? Zülfüqar bəy, sənin saytının belə bir reytinqə ehtiyacı varmı?

«Moderator.az»ın reytinqi onsuz da yüksəkdir!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK