Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbindən azad etmə haqqında Saziş"i imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi X-də məlumat yayıb.
Sənəd rəsmi təmasların gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.
İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan-Banqladeş münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Digər Xəbərlər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 22:12
“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO
22 Sentyabr 2026 21:00
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
22 Sentyabr 2026 19:58
Tramp İlham Əliyevdən sitat gətirdi
22 Sentyabr 2026 19:28
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - FOTO
22 Sentyabr 2026 17:35
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
22 Sentyabr 2026 16:37


Bakı -°C

