ANA SƏHİFƏ / YAZARLAR

SƏNƏ GÜVƏNMƏK OLARMI?..

Bu sualı özümə də verirəm

22845    |   2016-06-03 14:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat insanı hər gün sınamaqdan sanki ləzzət alır. Elə bil ki, ayaqda olduğun bütün müddət ərzində ancaq imtahan verməlisən, ancaq sınanmalısan, hətta yuxuda da. Ona görə ki, yuxuda da beyin yatmır. Yarı yuxulu, yarı oyaq vəziyyətdə sabahı, sabahın işini, sabahın yaşamını düşünür, çək-çevirdə olur. Az qala yuxu sarıdan bir qəribəliyə, lap kobud ifadə etsəm, dovşanlaşmaya doğru gedirik. Axı, dovşan gözləri açıq vəziyyətdə yatır. Biz isə gözümüzü yumsaq da, beynimiz, düşüncəmiz gözüaçıq vəziyyətdə olur. Deməli, hardasa bir yaxınlaşma, hardasa bir üst-üstə düşmə alır başımızın üstünü. Allah sonumuzu xeyrə calasın. Bu  buludu yağış hesab eləmirəm, bu başqa bir buluddu…

Deməli, arxada qalan həftə boyu müəyyən qeydlər aparıram, bir növü monitorinq kimi. Mövzu da güvən idi. Yəni indiki durumda, indiki iqtisadi üzmə meydanında kiməsə söykənmək, kiminsə ətəyindən, kiminsə əlindən tutmuq mümkündürmü? Bax, bu sual ətrafında gəzişmələr etdim, sözarası və yaxud birbaşa fikirlər öyrəndim və sonda bu qərara gəldim ki, «dünyanın malı dünyada qalır» deyənlər hardasa yanılıblar. Çünki dünyanın malına o qədər sahib çıxan var ki, indi həmin o dünyanın malı pay-pürüş olub səpələnib hər tərəfə. Kimi çömçəylə, kimi ləyən-qazanla, kimi də çəngəllə yır-yığış etməklə məşğuldur. Amma əliyalın vəziyyətdə bu mənzərəni seyr edənlər də az deyil. Onları başa düşürəm. Seyrçi mövqeləri bir neçə səbəblə bağlıdır. Birincisi, onlarda tamah dişi deyilən hər nədisə, o, yoxdur. İkincisi, onlarda abır-həya hələ erroziyaya uğramayıb. Üçüncüsü, onlar fiziki cəhətdən zəifdilər, mübarizə apara bilmirlər. Əllərini həmin o dünya malına toxundurmağa gücləri çatmır.

Bəli, bu üç qrupun talanan dünya malı üçün hansı hisslər keçirdiyini və bu talana hansı qiymət verdiyini təxmin etmək də olar. Amma mən bu fikirdən yan keçirəm. Çünki yanıla bilərəm. Ən azından hər kəsin ölçü vahidinə, baxış bucağına görə. O ki, qaldı mənim özümə, bax, elə indiki anda, bu dəqiqə mən sürünməyə yox, mövcud olmağa yox, sadəcə, yaşamağa imkan verən hər bir işin qulpundan tutmağa hazıram. Təkcə yaşamaq, yemək üçün yox ha, sadəcə yaşamaq və ailədəkiləri yaşatmaq imkanı verən bir iş!..

Hərdən bu mövzu dostlar arasında da qabardılır və mənə irad tutanlar da olur. Vurğulayırlar ki, vaxtında özünə ağıllı-başlı bir iş qura bilmədin, sözün ətəyindən yapışdın. Söz də ki, həmişə hörmətdə olmur, matah sayılmır. Və deməli, əhəmiyyəti, mənası, tutumu nə qədər önəmli olur-olsun, neçə əsr yaşayır yaşasın, fərqi yoxdur, fərq etmir. Buna misal Füzuli sözünü göstərmək olar? O boyda şair sonda «axca» umuduna qalır və…

Hə, indi bax, mən də fikirləşirəm ki, umuduna qaldığım sözün görəsən bir qara qəpik dəyəri varmı və yaxud dəyəri olacaqmı? Gülməli sualdı hə?! Amma… Amma həm də düşünüb ağlamalı sualdı. Nə edəsən ki, bu, gerçəklikdi, bu, günün reallığıdı. Həmin reallıqdan çıxış yenə elə  sözün özündədi. Mən də ömrümü, həyatımı, işimi-gücümü, həyatımı həsr etdiyim sözün kölgəsində qalmaq istəmirəm. Ona görə də üz tuturam yenə sözə.

Yuxu olub xoş günüm…

Ötüb gedir boş günüm.

Hər həftədə beş günüm -

Boşa çıxır!

 

Hər xeyirdə, şərdə əl

İş çözür hər yerdə əl!..

Uzadıram dərdə əl -

Boşa çıxır!

 

Umduğum dağ qarı da

İlğım olur – tarı da…

Harda qazsam yarıda -

Daşa çıxır!..

 

*** 

İstənilən adam istənilən yerdə və istənilən vaxtda özünü qayğısız, asudə, rahat saymaq istəyər. Amma istək axı hər şey deyil. İstəyin bir damarında arzu, var, xəyal var. Tutaq ki, mən bu yazını diktə etdiyim məqamda istəyirəm ki, Tuğda olum. Və yaxud Göygöldə Maralgölə tamaşa edim. Lap elə Bakının ən sayılıb seçilən, axarlı-baxarlı guşələrinin birində buğlanan samovarın dibində oturub könül dostumla, ürək verib, ürək aldığım insanla söhbət edim. Gəlin görək bu istəyi gerçəkləşdirmək üçün nələrdən keçmək lazımdır? Kimsə deyə bilər ki, bu nə böyük istəkdi ki? Oturursan maşına, çıxıb gedirsən. Amma bunu deyən öz iqtisadi durumundan çıxış edir. Həmin istəklə xəyal quranın arzularına qanad verənin durumuyla düşünmür. Əgər düşünsə, onda xəzinədən toz qopduğunu anlayar və o sualı da dilə gətirməz. Bir də ki, yeri gəlmişkən, elə bu məqamda da deyiblər ki, «toxun acdan xəbəri olmaz». Necə ki, həqiqətən yoxdur!..

Yaşıma, başıma görə bu həyatla kifayət qədər üz-üzə gəlmişəm və hər qarşılaşmada da dediyim o sınaqlar, imtahanlar, problemlər azalmaq əvəzinə daha da artıb, daha da çoxalıb, elə bil ki, bu dünyanın problem, qayğı istehsal edən zavodları, müəssisələri yağışdan sonra çıxan göbələklər kimi durmadan artır. Könül xoşluğu, rahatlıq, sevinc istehsal etməli olan müəssisələr isə məmləkətimizdəki iş yerləri kimi bir ucdan bağlanır. Amma… Amma ümid yaşayır. Və elə bu yaşayan ümid də ayaq üstdə qalmağımıza, sınmamağımıza sonuncu nəfəs kimi yardım edir. Biz də dözümlü xalqın dözümlü övladları olmaqla, bu dözümü bir az da cilalayırıq, bir az da günümüzə, həyat tərzimizə, yaşamımıza uyğunlaşdırırıq. Sanki həmin o sadaladığım məqamlar boyumuza biçilir, bizim əynimizə ölçülür. Bu yerdə adamın dilinə bir söz gəlir. İstəyirsən deyəsən ki, dərzi sağ olsun!!! Axı köynək tikən, don biçən dərzidi. Özü də əynimizə "qutu kimi olan don!..

Hər günün, hər saatın hökmü var, deyirlər. Biz də həmin o əynimizdəki donla günün, saatın hökmünə müntəzir oluruq. Çünki əvvəli xatırlatdığım, daha doğrusu, qabartdığım çalarlar hökmlərə tabe olmur. Nə qədər kağız üzərində yazılı göstərişlər verilsə də, ölü nöqtəyə işıq düşmür. Elə bil ki, itmiş bir durumun içərisində çabalamalı, götür-qoy etməli olursan. Və o götür-qoy etdiyin anın içində də niyə belə olduğunu düşünməkdən qurtula bilmirsən. Axı, hər şeyi görüb, hər şeyi duyub, anlayıb yenidən onu kimlərəsə təqdim etmək təkcə görünən dağa bələdçilik etmək deyil. Həm də o bələdçinin özünün həmin o dağla necə üz-üzə dayandığını ifadə etməkdir. Məhz bu səbəbdən yenə üzümü sözə tuturam. Demək istəyirəm ki, görünən və göstərilən, heç nəyi dəyişmir. Ən yaxşı halda içinə çəkilib içində danışmağa şərait yaradır. Mən də içimin pıçıltılarını sizə deyirəm.

 

Keçib gəldiyim yolun

Vərəqlədim sağ, solun…

Hər çiçəyin, hər kolun -

Gözündə şəkilin var!..

 

Qoşulduğum dəstənin

«Şikəstə»nin, «Kəsmə»nin…

Səslənən hər bəstənin -

Sözündə şəkilin var!..

 

Qapımı söz döyəndə

Dilim şeir deyəndə…

Məni sevməyənin də -

Özündə şəkilim var!..

 

*** 

Kimsə bu yazını oxuyub, elə bu nöqtəsinə gəlib çatanda bəlkə də məni qınadı. Düşündü ki, maddiyatı qabartmaq, onu önə keçirmək mənəvi kasadlıqdı. Mənəviyyatı aşınmağa vadar etməkdi. Mən həmin adamı da başa düşürəm. Onun niyə bu qənaətə gəldiyini də anlayıram. Amma bir vaxtlar, daha doğrusu, 90-cı illərin əvvəllərində yazdığım şeirlərin birində vurğulamışdım ki, şeir çörək deyil. Uşaq, ailə şeir, kitab, dəftər əvəzinə çörək gözləyir, çörək umur. Amma mən şeir yazıram. Ruhumu, iç dünyamı ovuduram. Elə özüm də ovunuram. Bəs, bu ovunma ailənin digər üzvlərinə nə verir? Ola bilsin ki, bu mənəvi rahatlıq onları sevindirsin. Ən azından bir qayğıları azalsın. Amma…

Dünyada gerçək olan hər şeyi qəbul etmək zənnimcə mütilik, asılı olmaq, boyun əymək demək deyil. Əksinə, həmin o görünənə tabe olmağın özündə də bir mədəniyyət var, bir əxlaq var, bir dərk etmək var. Bu da o deməkdir ki, insan ağla qaranı tək bir rəng kimi yox, həm də gerçəklik kimi seçir və dəyərləndirir.

Bax, bu əhvalımın qarışıq zamanında elə qarışıq bir formada yazdığım yazının özü də bir gerçəklikdir. Elə bir gerçəklik ki, mən bu yazını diktə edəndə nə varsa, necə varsa, necə görünürsə, elə də təqdim etməkdə qərarlıyam. Və düşünmürəm ki, bu yazının rəngi tünddür. Xeyr, əslində bu yazı elə yazıldığı rəngdədi. Ona hansı pəncərədən baxmaq isə oxucunun işidi. Və bir də gəlin etiraf edək ki, yaşımızın bu çağında nağıl dinləmək bizim üçün çox  gecdir. Biz uşaqlığımızı, həmin o uşaqlıq dünyamızı nağılların içində əritmişik. Sabaha, daha yaxşı, daha gözəl məqamlara xəyalən bağlana-bağlana. Elə ona görə də nağılların içində qalmışıq. Alma gözləyə-gözləyə. Hətta mən bunu misralara da daşımışam və yazımşam ki:

Yarımçıq qalan nağılın

Düşmədi alması göydən…

Gəlmədi uşaq ağlına -

Almanı salması göydən…

 

Dərdə əl çalma yanında

Qala ağlında, qanında…

Ümidin alma yanında -

Asılıb qalması göydən…

 

Könlümü verdiyim gülə

Xatırlatdım bilə-bilə…

Buludların mənə belə -

Sirrdi əl çalması göydən!..

 

Bəli, bu, bəlkə də günün yazısıdı, bəlkə də yox... Bu, bəlkə də heç yazı deyil. Eləcə özümün özümlə danışmağım, özümün özümü hər kəsdən, hamıdan ayırıb bir tərəfə çəkib aparmağımdı. Amma…

Amma yenə də «əmmalar» ayrılıb getməyə də imkan vermir. Çünki ayrılmaq, yanlarından getmək istədiklərimin hamısı da elə mənim günümdədi. Onlar da mənim kimi öz-özləriylə danışırlar. Düşünməyin ki, mən də, onlar da dəli olmuşuq, havalanmışıq. Sadəcə olaraq, bütün bu yazılanların, yaşananların kökündə bir sual durur:

- Bu gün sənə güvənmək olarmı?!

 

P.S. Bilgisayar yazarımız dedi ki, indi heç kimə güvənmək olmaz, hətta sizə də!

 

Yaman deyib haa)))))))))

 



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK