Adalet.az | BİR GÖZ QIRPIMI ÖMÜR… Adalet.az | BİR GÖZ QIRPIMI ÖMÜR… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR GÖZ QIRPIMI ÖMÜR…

Mövcudluq yaşamaq deyil...

36827    |   2016-05-27 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əbülfət MƏDƏTOĞLU



Bilmirəm, doğrudan yaşla bağlıdır, ya həyat elə bu cürdür. Yəni hər gün mütləq bir acı qapını döyməlidir… hər gün mütləq bir sevinc yanımdan keçməlidir… hər gün mütləq acıyla şirinin arasında qalmalısan… hər gün mütləq bir gözün gülüb, bir gözün ağlamalıdır… hər gün mütləq… Hə, elə hər gün mütləq özün özünü divara dirəyib suallara cavab verməlisən, cavabaları sualı ünvanlayana şərh edib inandırmalısan!..

Bilmirəm, bu hamıda belədir, yoxsa yox… bilmirəm, hamı bu sualların qarşısında dura bilir, yoxsa yox… bilmirəm, bunlar bütün insanlara aiddir, yoxsa yox… Amma… Hə, amma bütün bunlar var və qaçılmazdır. Var olan, qaçılmaz olan insanı hardasa boğub, yorub yaxalayacaq. Onda başlayacaq bütün suallar, onda tələb olunacaq bütün cavablar. Bax, onda hamını deyə bilmərəm, mən bir anlıq quruyub qalacam. Çünki eşidəcəyim suallar, verəcəyim cavablar mənə o qədər yüklənib ki, mən öz-özümə onu o qədər eşidib cavablandırmışam ki, əsəblərim oyaqdır. Kiminsə tərəfindən o sualları eşidəndə özümü heç də xoş olmayan bir durumda görəcəm və o xoş olmayan durumun yarı hissəsi də don vurmaq, keyləşmək, daha nə bilim nədi. Və mən də elə indinin özündə, bu yazını diktə etdiyim anda belə, həyatla üz-üzə dururam, mənim qarşıma qoyduğu sualların cavabını milyon dəfə verdiyim həyatdan daha bəsdi, nə istəyirsən məndən? - deyib soruşmağa çalışıram. Amma yox, mənim həyata sual vermək gücüm bitibdir. O, mənə güc gəlib. Ona görə də sual sahibi odur. Mən öyrənirəm onu. O, öyrədir məni. Elə bu yerdə yadıma bir müdrik kəlam düşür. Siz də eşitmiş olarsınız. Müdriklər deyib ki, "qırxında öyrənən…"

Hə, həyat olumla ölüm arasındakı məsafə olduğuna görə, o bayaqkı müdrik kəlamın yozumu da elə həyatın özündən gəlir. Çünki ona güvənib, ona pənah gətirib və nəticədə söyləyiblər həmin atalar sözünü. Mən də güvənməyə çalışdım bu həyatdan. İstədim öz sözüm olsun və o söz öncə bir çubuq kimi göyərsin, sonra bir qollu-budaqlı ağaca çevrilsin, həm barı olsun, həm də kölgəsi. Hətta üstündə yuva da qursun quşlar, sığınsınlar mənim sözümə, özümə. Təəssüf ki, bu həyat mənim o qədər də böyük olmayan sözümü də göyərtmədi, çubuq eləmədi. Çünki hər gün daha çox budandım, hər gün daha çox təkləndim. Və gördüm ki, sağım-solum boşalıb. Təkcə doğmalar, dostlar yox, elə tanış-bilişlər də məktəb, universitet yoldaşlarım da ömrün payızına qədəm qoyurlar və…

Bu xəbəri üç gün öncə eşitdim. İşdən evə gəldim, onsuz da sözümə baxmayan qan təzyiqim kəllə-çarxa vurduğu bir zamanda döydü qapımı bu xəbər. Bizim sinifin qızlarından biri dünyasını dəyişmişdi. Özü də çox faciəli bir şəkildə. İnanın ki, xəbəri eşidəndə bir anlıq nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Necə deyərlər, yer ayağımın altından, göy başımın üstündən sürüşdü. Eləcə oturduğum kürsüdən yapışdım ki, yıxılmayım. Və həmin an Tuğ kənd orta məktəbinin şagirdləri, yəni mənimlə bir sinifdə 1966-1976-cı illərdə mənimlə oxumuş uşaqlar gəldi durdu gözümün qarşısında. Onların hər biri öz uşaq təbəssümüylə boylandı mənə həmin o illərdən. Qızların saçındakı bant… oğlanların ağ köynəyi… üstəlik yaxalarda payıldayan oktyabryat ulduzu… sinif otağındakı yazı lövhəsi önündə gülüşdüyümüz anlar… ya da təbaşir tozuna batmış üz-gözümüz… coğrafiya müəlliminin uzun çubuğu… kimya müəlliminin sınaq şüşələri… və daha nələr, nələr… Tənəffüsdə bir-birinə aman vermədən sinif otağından dəhliz boyu qaçanlar… iki bir, üç bir toplaşıb nəsə pıçıldaşanlar… yazı işlərini müəllimin gözündən yayındırıb kitabdan köçürmələr… Hə, bunlar on illik bir ömür. Və o 10 ilin budanan çubuqları. İndi onlardan neçəsi dünyasını dəyişib. Və mən onlar haqqında xatirə yazıram, onların xatirəsini vərəqləyirəm. Elə bilirəm ki, həmin o 1966-cı ildən başlanan tarix bax, elə bu gün, bu an yazılır. Onu yazan da mənəm. Amma əslində mən, o yazılanların bir durğu işarəsi, bir hərfi, daha nə bilim bəlkə də bir hissəciyiyəm. Çünki yazan yerin, göyün sahibidir. Mən isə ən yaxşı halda yəqin ki, yazılanam. Onun silinməsi, pozulması da yazanın əlindədi.

İndi dünyasını dəyişmiş həmin o bizim sinifin qızını bir varlıqdan daha çox mələk kimi görürəm. Mənə elə gəlir ki, orta məktəbimizin ilk sinfinin ilk dərs günündə necə görmüşəmsə, elə o formadadı, o gözəllikdədi. Saçındakı bantlar da yerindədi… qırçınlı yubkası da, ağ yaxalığı da. Və mən onunla qarşılaşıram.

Qarşılaşdıq

və susduq -

ikimiz də…

sadəcə

bir-birimizin

gözündən

və nəfəsindən

tutduq -

fikrimizdə,

qəlbimizdə!..

sözsüz danışdıq

suallaşdıq

sonra

halallaşdıq -

və qayıtdıq

gəldiyimiz yerə

yəni

xatirələrə

ikimiz də -

içimzdə!..

***

Hərdən məni qınayırlar ki, hisslərə çox qapılıram, bədbinlik daşıyıcısıyam. Üz-gözümdən, yazılarımdan kədər tökülür. Üstəlik onu da deyirlər ki, bütün bunlar oxucunu, dinləyicini, elə ətrafımda olanları da yorur. Həmin o bədbinliyi yükləyirəm onlara. Amma inanın ki, bütün bu deyilənlərin mənə dəxli olduğu qədər də dəxli yoxdu. Çünki mən bilərəkdən, qəsdən, düşünülmüş şəkildə yaşantılarımı kimlərəsə yükləmirəm. Mən ürəyimin səsini və bir də Tanrının içimə səpdiklərini sözə çevirirəm. Ona görə də bu günah saydıqlarınız mənim alın yazımdı, mənim yaşadığım və bacardığımdı. Əgər o həqiqətən günahdısa, deməli, məni onda Allah bu günahların daşıyıcısı olmaq üçün yaradıb. Mənimsə Yaradana etiraz etmək, ona qarşı çıxmağa nə gücüm yoxdu, nə də haqqım.

Bəli, həqiqətən yaşadığım həyat bütün özəlliklərini və gözəlliklərini canıma, ruhuma hopdurur. Mən yaşadıqlarımı iç dünyama keçirirəm, onu üst-başıma bulaşdırmıram ki, çırpam, silib təmizləyəm. Deməli, əgər yazdığım, etdiyim söhbət həqiqətən kimlərəsə yük olursa, onda onun vərəqini qatlayın, oxumayın. Öz təmizliyiniz üçün, öz rahatlığınız üçün mənim yanımdan ötüb keçin. Elə hesab edin ki, heç görmürsünüz də, mən bundan incimərəm. Ən azından ona görə ki, nəyi haqq edirəmsə onu da alıram, onu da mənə verirlər. Təbii ki, söhbət haqqı qiymətləndirən Haqq sahibindən gedir və…

İndi içərisində olduğum durum yazının əvvəlində dediyimlə tam üst-üstə düşür. Həmin kədərli notun qarşısında xoş bir xəbər də dayanıb. O da ədəbiyyatımızın, Qarabağımızın, bütövlükdə sözün çox böyük cəfakeşlərindən biri olmuş və bu dünyaya çox erkən əlvida demiş, "Ədalət"in oxucularının da yaxşı tanıdığı Vahid Əlifoğluyla bağlıdı. Onun yurdunda qalan iki qız övladından birinin xoş günüylə bağlı müjdə döydü qapımı. Bax, elə o anda sizə dediyim acıyla şirinin üz-üzə dayandığını gördüm, şahidi oldum və anladım ki:

…Və bəzən

fikirlərin çoxluğu,

ağırlığı

yorur məni…

diz çökdürür,

yük olur

ağrıyan ürə

yimə

onda mən,

Allahım,

səndən

aldığım ümidi

sakitcə

yavanlıq edirəm

çörəyimə…

və belə hallarda

sığınıram

həm də

sevginin köməyinə!..

***

Hər arxada qalan günün öz səhifəsi var. İstər gündəlikdə, istər tarixdə, istərsə də elə yaddaşda. Və biz arxada qoyub gəldiyimiz o səhifənin üzərindəki durğu işarələrindən tutmuş yazılara, şəkillərə qədər hər birinə özümüzdən, ömrümüzdən, canımızdan nəsə kəsib vermişik, nəsə hopdurmuşuq. Ona görə də ona daha çox xatirə dəftəri kimi baxırıq. Xatirə, yəni xatırlamaq, xatirimzdə saxlamaq, xatirimizdə yaşatmaq kimi. Və deməli, bizi də elə həmin o arxada qalan zamana o doğmalıq, o xatirimizdə qalmaq bağlayır. Biz dünənimizi nə qədər doğramaq, körpüləri nə qədər yandırmaq istəsək də, buna nail ola bilmirik. Çünki dünəni bizdən, bizi dünəndən ayırmaq üçün bircə yol var. Onu da hamı bilir və o yolu da hamı gec-tez keçir. Yəni "ol"dan "öl"ə gedən bu yolda dağı da partlatmaq, çayın da səmtini dəyişmək, quyunu da doldurmaq, ev də tikmək, bina da uçurtmaq, ağac da əkib meşə də doğramaq mümkündü. Amma dünənlə bugünün xatirində olanları məhv etmək mümkün deyil. Ola bilsin ki, müəyyən unutqanlıq baş versin. Amma mütləq hansısa bir nöqtədə o xatırlama yenə baş qaldırır - ya kiminsə söhbətində, ya hansısa bir şəklə baxanda, ya dünəninlə hesablaşanda və sairə və ilaxır. Bax, ona görə də mən kiminsə hansısa bir söhbət əsnasında "mən hər şeyi yadımda saxlamıram", "mən pisliyi unuduram", "mən yaxşılığı yaddaşıma yazıram" və sairə sözlərini səmimi qəbul etmirəm. Çünki insan bir varlıq olaraq hər şeyi yaddaşa yazır və məqamı gələndə dedin- demədin pisliyi də içində vərəqləyir, yaxşılığı da. Sadəcə, əsl Allah bəndələri o pisliyin üstünə gəlmir, onun qisasını, cavabını ortaya qoymur, özünü unutqan kimi göstərir, daha çox yaxşılıq etməyə meyl göstərir. Və bu da kimlərdəsə əsl Allah bəndəsinin guya unutqan olduğu fikrini, təəssüratını yaradır. Əslində isə gerçək tamam başqadı.

Bəli, bütün bunları demək, yazmaq o qədər də asan deyil. Çünki bu dediklərim, yazdıqlarım hamısı mənim yaşantılarımdı, içərisində olduqlarımdı. Bax, mən bunları deyəndə, yazanda həmin o anları təkrar yaşamış oluram. Kimlərsə də məni məhz bu nüansa görə qınayırlar. Amma neyləyim, həyatım budu. Və məni elə bəlkə də yaşadan da, az-çox maraqlı edən də bəlkə budu. Mən bütün banlara bir istinad nöqtəsi kimi sığınıb şeirimi də yaşadığım kimi misralayıram və hər kəsə, hətta məni sevməyənə də açıq şəkildə deyirəm:


Gözlərimi güzgü bil

Nəfəsinlə öpüb, sil…

Dolaşsada,deyir dil -

Şam kimi əriyirəm!


Kösövdən qor olmuşam

İçimdə qovrulmuşam…

Yüyürüb yorulmuşam -

Hələ ki, yeriyirəm!


Bir künc-bucaq almışam

Odsuz ocaq almışam...…

Dərdi qucaqlamışam -

Susmuşam... kiriyirəm!..


Bəli, ömür illərlə, aylarla, günlərlə ölçülür. Amma söhbət yaşamaqdan düşəndə onda adam daxilən bir tərəddüd keçirir. Elə bil addım atmaq istədiyin məqamda kimsə "dur!" deyir. Əlini qapının dəstəyinə uzatdığın yerdə kimsə əlinin üstündən vurur. Bax, məhz onda yaşadığın ayı da, ili də dəqiq hesablaya bilirsən. Axı, ömür doğum tarixiylə ölüm tarixi arasındakı məsafə deyil. Əslində ömür bir göz qırpımıdı. Biz bəzən baş daşımıza yazılmış 60-70-80, daha nə bilim nə qədər illərin yaşanmadığının fərqinə varmırıq. Biz mövcudluqla yaşamağın fərqi barəsində düşünməyi unuduruq. Amma nahaq. Əslində ömür bir göz qırpımıdı… onu yaşamaq lazımdı.




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK