hacklink Adalet.az | "AZƏRBAYCAN, MƏNİM BAXTSIZ ANAM OY..." Adalet.az | "AZƏRBAYCAN, MƏNİM BAXTSIZ ANAM OY..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"AZƏRBAYCAN, MƏNİM BAXTSIZ ANAM OY..."

13494    |   2016-05-21 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tarixdə hansı azərbaycanlı son söz olaraq "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək dünyasını dəyişib, ondan başqa? İnsan adi günlərdə yalan danışa bilər, riyakar ola bilər. Amma ölüm son həddir və o son həddə insan mütləq içindəkini - onu narahat edənləri söyləyir.
Xalqının azadlığı yanğısı içini kül edən, qürbət eldə vətən həsrəti ilə dünyasını dəyişən əsl azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə kimi...
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
O, Azərbaycan dövlət və ictimai xadimi, siyasətçi və publisist, Az?rbaycan Xalq C?mhuriyy?tinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub, Az?rbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olaraq Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX ?srd? Azərbaycanda müstəqillik hərəkatının şüarı olub və o şüar, bayrağımız dalğalandıqca daim yaddaşlarda qalacaq.
Xalqı milli azadlığa, istiqlaliyyətə səsləyən M.Ə.Rəsulzadə bildirirdi ki, camaat öz haqq və ixtiyarını, öz bacarıq və gücünü bilsə, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz. Bunun üçün isə camaatın gözlərini açmaq, ona haqq və batili ona bildirmək lazımdır. Camaatı ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə camaat özünün nə olduğunu və nə edəcəyini qana bilər. Tufana tutulan bir gəmi üçün hədəfsiz olmaq nə qədər öldürücüdürsə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər öldürücüdür...
M.Ə.Rəsulzadə milli özünüdərk prosesini xalqın tarixi yaddaşının bərpasından başlamağı təklif edirdi. Onun fikrincə, "Bir güc və qüvvət tapa bilmək üçün millətlər həmişə tarixlərindən imdad diləyərlər. Zəif düşdükləri, əzilib məhv olmağa tərəf çəkildikləri, hətta dağılıb, hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə, keçmişin qüvvətli və parlaq çağlarını yada salmaqla istiqbal üçün bir ümid bəslərlər. Keçmişini yaxşıcasına tədqiq etmiş millətlər daima keçmiş tarixin torpaqlar altında çürümüş olan qəhrəmanlarından bir ideal modeli yapıb, onu gələcəyin bir nümunəsi edirlər". O, vurğulayırdı ki, "Avropalılar bir milləti məhv edib aradan götürmək qəsdində olan siyasətlərində assimilyasiya əməliyyatını icra edərkən ən birinci fikirlərini dilə verir və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər".
Həmin siyasət tarix böyu davam etməkdədir.
Rəsulzadənin Rusiyaya münasibəti bu fikirləri ilə aydın ifadə edilir: "Bizim rus xalqına qarşı heç bir kin və ədavətimiz yoxdur. Əksinə bizim qəlbimiz ona qarşı ən xoş arzularla doludur. Bununla yanaşı, biz həqiqətən də rus imperializminin düşmənləriyik. Çünki zor və istila gücünə bizi özünə tabe etmiş rus imperializmi həyatımızı istədiyimiz kimi qurmağa, mədəniyyətimizi arzuladığımız şəkildə inkişaf etdirməyə inmkan vermir".
"Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır".
Bəli, zorla qəbul etdirilən bir şeydə qətiyyən səadət olmaz. Bunu milli liderimiz söylədiyi vaxtdan çox sular axsa da, o imperiyanın xələfləri indi daha da fəallaşaraq kölələrinin əliylə öz çirkin niyətlərini sürdürməkdədirlər.
"O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun". Bunu da o dahi insan ürək yanğısı ilə söyləyirdi. Azadlığa qovuşdu mətbuatımız, ancaq onun arzuladığı kimi yox, senzura qaldırıldığından xaosla, hərc-mərcliklə, xalqa xeyir verməkdənsə, xalqı yanlış yola sürükləməklə şəxsi mənafelərini düşünməklə.
Vətənini azad görmək ehtirası onu hər şeyindən keçməyə vadar etdi. Ailəsini, övladlarını belə, Vətənə qurban etdi milli liderimiz. Hər cür təqibə, sürgünə, ölümə məruz qalan ailə üzvləri onun ideyasına inanaraq doğru hesab edirdilər. Represiya dövründə güllələnmək, soyuqdan donaraq ölmək, vətəni tərk etmək qismətlərinə düşən əzizlərinin, qürbət eldə vətəninin dərdi ürəyində qübar oldu milli liderin.
M.Ə.Rəsulzadə vətənin gənclərini milli qürura, milli oyanışa, maariflənməyə səsləyir, azadlığın yalnız bu yolla mümkün olacağına inanırdı: "Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz!".
Böyük Azərbaycan-türk ideoloqu, Azərbaycan Cümhuriyyətinin qurucusu, Azərbaycan türkçülüyü ideyasının müəllifi M.Ə.Rəsulzadənin "İnsanlara hürriyyət, millətələrə istiqlal!" devizini bir ideal kimi qəbul edən A.İldırımın bir Azərbaycan türkçüsü qədər, turançı olması da şübhəsizdir. Onun qürbət şeirləri məsləkdaşı M.Ə.Rəsulzadənin ürəyindəkilərin eyni idi. Mən hər dəfə bu şeiri dinlərkən sanki onun A.İldırım tərəfindən deyil, M.Ə.Rəsulzadə tərəfindən yazıldığını düşünürəm:

...Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy!..
Ölməz eşqim, içimdəki dərdim oy!..

1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı... Ölərkən də dilində "Azərbaycan, Azərbaycan, Azərbaycan!" kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.
28 May tariximizə Respublika Günü kimi daxil olub. Həmin gün - 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxarılmışdı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil olmasıdır və biz buna Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə nail olduq.
Bu gün "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.
Türk hürriyəti, islam mədəniyyəti və müasir azadlıq ideyalarını təmsil edən bu bayraq daima başlarımızın üstündə dalğalanacaq. Bir dəfə yüksələn bayraq bir daha enməyəcək.


YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-22
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK