ANA SƏHİFƏ / YAZARLAR

MƏNİM ƏSGƏR QARDAŞIM

35130    |   2016-04-30 01:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bir neçə gün bundan öncə mənim Füzuli rayonunun Horadiz şəhərində yaşayan nəvəm Sədaqət bizə zəng eləmişdi. Deyirdi ki, dədə, bəs müəllimiz tapışırıb ki, biz əsgərlərə məktub yazaq. Axı, neçə illərdir Horadiz şəhərində yaşayırıq və bizi də ermənilərdən bu əsgərlər qoruyurlar. Onları o qədər çox istəyirəm ki, elə bilirəm qardaşım Tunardı. Düzdü, mənim qardaşım hələ 2-ci sinifdə oxuyur. Atama da deyib ki, mənə hərbi paltar tikidir əynimə geyinim. Atam da ona hərbi paltar tikdirib və Tunar da onu əyninə geyinib Horadizdəki əsgərlərimizin yanına gedib...
Əsgərlər onu görəndə bağırlarına basıblar, öpüblər və başını sığallayıblar. O, diqqətlə əsgərlərə baxıb və deyib ki, mən də sizin kimi əsgər olacam. Uşaqları, qocaları ermənilərdən qoruyacağam. Elə ki, aprelin 1-dən 5-nə qədər ermənilər yenə biz tərəfə atəş açdılar, güllə atdılar, bax onda yenə əsgərlərimiz onların cavabını verdilər və yaxındakı yüksəkliyi, "Lələtəpə"ni işğaldan azad elədilər.
Nəvəm Sədaqət Anar qızı İsmayılova Horadiz şəhərindəki 1 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alır. Məktəbin də direktoru çox savadlı və zəngin pedaqoji təcrübəyə malik, uzun illər rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışmış Hafiz Tahirovdur.
İnanın, nəvəm mənimlə danışanda sevincindən ürəyi köksünə sığmırdı. Deyirdi ki, dədə, müəllimimiz tapşırıb ki, biz əsgərlərə məktub yazaq. Mən də tanımadığım bir əsgərə məktub yazmışam. Bilmirəm, məktub əsgərin xoşuna gələcək gəlməyəcək, onu deməkdə çətinlik çəkirəm. Nəvəmin əsgərə yazdığı məktubun bəzi sətirlərini mənə oxudu: "Salam, Azərbaycan əsgəri! Necəsiniz? Ovqatınız, səhhətiniz yaxşıdırmı? Onu bilin ha, biz şagirdlər sizi çox istəyirik. Şəxsən mən sizi qardaşım Tunardan ayırmıram. Ermənilər Horadizi atəşə tutanda, mərmilər yağdıranda biz heç birimiz evimizdən çölə çıxmadıq. Atam da dedi ki, qorxmayın, bu dəqiqə ordumuz onlara cavab verəcək. Gecənin yarısı sanki göy üzü işığa qərq olunmuşdu. Bizim qoçaq əsgərlər ermənilərin ağzını yaxşıca ovdu və biz də səhər açılanda eşitdik ki, yüksəklik əsgərlərimiz tərəfindən ələ keçirilib.
Azərbaycan əsgəri! Mən səni bayaq dediyim kimi, qardaşım qədər, anam qədər, atam qədər, Vətənim qədər çox istəyirəm. Evdəkilər üçün - atalarınız, analarınız, bacılarınız, qardaşlarınız üçün darıxmırsınız ki?! Heç darıxıb eləməyin. Horadizdəkilər sizin atanız, ananız, bacınız və qardaşınızdı. Siz bizi qoruyursunuz, Allah da sizi qorusun, Azərbaycan əsgəri! Xalq şairi Məmməd Araz çox gözəl deyib:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

İndi vətən sizə "oğul" deyir və siz də mərd oğul kimi bizi ermənilərdən qoruyursunuz. Siz olmasanız biz bir gün, bir saat Horadiz şəhərində yaşaya bilmərik, dərsə gedə bilmərik, valideynlərimiz işləyə bilməz. Sizin gücünüz və qeyrətiniz hesabına biz burada rahat yaşayırıq və oxuyuruq.
Azərbaycan əsgəri! Allah bu torpaq yolunda şəhid olan əsgərlərimizə rəhmət eləsin, onların məzarları nurla dolsun! Yaralı əsgərlərimizə isə Ulu Yaradan şəfa versin və onlar sağalıb ayağa qalxaraq yenidən gəlib vətəni müdafiə eləsinlər.
Biz sizi yuxularımızda da görürük. Yuxularımızda da bizi qoruyursunuz. Biz şirin yuxu görəndə siz soyuq səngərdə ermənilərin bir addımlığında həyatınızı təhlükədə qoyaraq hər an ölümlə üz-üzə qalırsınız. Yox, siz ölümdən qorxmursunuz! Siz erməniləri öldürərək torpaqlarımızı azad edirsiniz!
Bilmirəm sizin adınız nədir? Amma bir onu bilirəm ki, sizin hər biriniz mənim qardaşlarımsınız. Sizin hər birinizin ətrini, qoxusunu hiss edirəm. Və səngərdə olan, bizi qoruyan və eləcə də Vətənimizi müdafiə edən hər bir Azərbaycan əsgərini bağrıma basıb öpürəm!.."
Bu mənim Sədaqət balamın Azərbaycan əsgərinə yazdığı məktubdur. O məktubun yalnız bir hissəsini oxucuların nəzərinə çatdırdım. Dünən isə nəvəm yenidən mənə zəng edib sevinclə bildirir ki, müəllimimiz yazdığım əsgər məktubunu bəyənib və məktub əsgərlərə çatdırılıb. Dədə, bilirsən nə qədər sevindim?! Elə bildim dünyanı mənə veriblər! Hətta sevincimdən gözlərim yaşardı! Rəfiqələrimə, dostlarıma deyirəm ki, mənim yazdığım məktub əsgərə çatıb. Yəqin əsgər də mənə cavab yazacaq. Bax, həmin günü səbirsizliklə gözləyirəm...
Bizim hər birimiz Azərbaycan bayrağını və torpağını qoruyan, uca tutan əsgərlərimizi sevməliyik. Ən yaxşı yeməyimizi, ən yaxşı xidmətimizi onlara göstərməliyik. Əsgər gələndə və əsgəri görəndə ayağa qalxmalıyıq. Ona sevgimizi və məhəbbətimizi əməli addımlarımızla bildirməliyik.
Əgər əsgər avtobusa minirsə, hər hansı yerdə bir tikə çörək yeyirsə, biz buna görə ondan pul almamalıyıq. Bəlkə də əsgərin buna ehtiyacı yoxdur. Ancaq bizim buna ehtiyacımız daha çoxdur. Sovet dönəmində əsgərə çox böyük sevgi vardı. Hətta Bakıda başqa millətlərin xidmət edən əsgər övladlarına çox böyük qayğı göstərilirdi.
Biz bir dəfə Nasosnu qəsəbəsində "zborda" olanda əsgər paltarında stansiyada çörək yeyirdik. Çünki universiteti bitirən tələbələr 3 ay mütləq əsgərlik həyatı yaşamalı idi. Çörək yediyimiz yerdə bir kişi bizə yaxınlaşdı və heç bir söz demədən əlini cibinə salıb pul çıxararaq stolumuz üstünə 200 manat atdı. Biz o 200 manatla 4-5 dəfə həmin yeməkxanada kabab yedik, araq içdik, pivə içdik. Sözümün canı odur ki, bir vaxtlar əsgərə elə bir hörmət, sevgi vardı. Ancaq nədənsə bu sevgi bir müddət sanki sönmüşdü.
Amma aprelin 1-dən 5-nə qədər olan döyüşlərdən sonra Azərbaycan əsgərinə yenidən ümumxalq məhəbbəti birə-beş artıb. Yaxşı da eləyib! Çünki o əsgərlər Vətəni qoruyan və onun yolunda şəhid olan və şəhid olmaq istəyən hər bir igid oğul bu xalqın məhəbbətinə, sevgisinə layiqdir! Elə ailə var ki, ordan iki əsgər şəhid olub. Bax, bu ailələri, bu insanları və bu şəhid balalarını biz əlimizin üstündə gəzdirməliyik, onlara gözümüzün yağını yedizdirməliyik. Qoy o biri əsgərlər də görsünlər ki, Vətən yolunda şəhid olanları xalq və millət necə böyük məhəbbətlə yad eləyir!
Əgər biz öz əsgərimizi, öz igidlərimzi və öz ər oğullarımızı sevə və qoruya bilsək, onlar da həmişə bu Vətəni, bu insanları uca tutacaqlar və ölümün üzünə dik baxacaqlar. Onlar ölməyəcək ha! Ölüm onlardan qorxub qaçacaq.
Çünki Vətən yolunda, torpaq uğrunda, namus üstündə döyüşən oğulları Allah da çox istəyir. Allah hər an döyüşən, sinəsini güllənini qabağına verən, ölümdən qorxmayan, şəhidlərin qanını alan igid əsgərlərimizi qoruyur və hifz edir. Biz bu əsgərlərimizi sevindirməli, ruhlandırmalı və tez-tez onlara baş çəkməliyik. Heç kəs ərinib eləməsin və beş-on manatına da qızırğalanmasın. Əsgər görəndə ki, onun arxasında xalq var, millət durub, onun da ürəyi dağ boyda olur. Gəlin, o dağ boyda ürəkləri sevəyin və qoruyağın!..



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-19
2018-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (25%)
Argentina (12.5%)
İspaniya (12.5%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK