viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DƏLİLİK ZAMANI Adalet.az | DƏLİLİK ZAMANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏLİLİK ZAMANI

28916    |   2013-01-19 08:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən filmlərə ancaq ağıllı dialoqlara görə baxıram. Ağıllı vəg bütün sərt həqiqətləri ilə birlikdə həyatı, insan ömrünü təsdiq və inkar edən dialoqlara görə. Hər dəfə də özümçün yeni həqiqətlər kəşf edirəm. Bəlkə də yenisi olmur, hər dəfə təzədən öyrənildikcə təzələnir həqiqətlər. Bir də aydın olur ki, bizə öyrədilənlərin, zor-xoş beynimizə yeridilənlərin heç də hamısı gərəkli və xeyirli deyilmiş. Onsuz da, hamı heç nəyə baxmadan öz həyatını yaşayır (səhvlərlə, büdrələmələrlə dolu həyatını), onu bildiyi, istədiyi kimi qurur. Onlarsa elə bilirlər ki, həyat təkcə özlərinin yaşadıqları kimidi. Ona görə də, öz düsturlarını, modellərini ehkam kimi bizlərə yedirtmək istəyirlər. Nəyin bahasına olursa-olsun, təki nəsə öyrətməkləriynən qürurlana bilsinlər. Daha düşünmürlər ki, onsuz da ağlımız kəsəndə dünyaya öz gözlərimizlə baxacağıq. Baxmasaq da, dünya öz sifətini göstərəcək bizə. Elə buradaca onu da əlavə etsək ki, çox şeylər, (bəlkə də hər şey) bizlik deyil, ondag özümüzü və özgələri qınamağa çoxmu ehtiyac qalır?!.

Sən demə, heç nəyə qulaq asmadan, kimsəyə bənd olmadan əsl həyatını yaşayırmış adam. Öz həyatını-şəriksiz, müdaxiləsiz ömrünüg Özü yıxılan ağlamaz, demişlər. Sonda hesabat verdiyin də, qınadığın da, suçladığın da, bacarsan cəzalandırdığın da özün olursan. Elə ki, anlamağa, götür-qoy eləməyə, suyu içməmişdən qabaq üfürməyə başladın, hər şeyin dadı qaçırmış. Həyatı anlayanda onu bitirirsənmiş, demə...

***

Bizi səhvlərdən qorumağa çalışdılar həmişə. Öz həyatımızı yaşamağımız səhv imiş onlara görə. Günahlardan qorumaq ağıllarına da gəlmədi. Heç demədilər, günah etmə, həmişə səhv eləmə, dedilər. Günahları xeyirxahlıq adıynan sırıdılar düşüncəmizə. Şeytan xislətlərini pir libasında örtdülər. Bicliklə ağlın yerini dəyişdirib çaşdırdılar bizi. Saf dünyamızda mələk obrazlarını çox asanlıqla yaratdılar. Böyüyüb bir şeylər qananda gözlərimiz bərələ qaldı. Bizə öyüd, tərbiyə verənlərin keçmişi, dünəni günahların dumanında görünməz olmuşdu... Mopassanın "Həyat" romanının qəhrəmanı kimi gündən-günə deyil, saatdan-saata xəyal qırıqlığına uğradıq. Bakirə düşüncələrimizi məyusluq, peşimançılıq qoynuna aldı. Müqəddəs saydıqlarımızın, mələk donunda gördüklərimizin sevgisizliyi, xəyanəti ağlımızı başımızdan elədi. Atasının cənazəsi ortalıqdaykən bir təsadüf üzündən anasının xəyanətlərindən xəbər tutan gənc qadının keçirdiyi sarsıntı gələcək iztirablarının yanında hələ nəydi ki?!. Ərindən, rəfiqəsindən, oğlundan çəkəcəkləri saf dünyasını qaraldacaq, sevgi, ailə, sədaqət deyilən bütün gözəllikləri gözündə heçə endirəcəkdi. Bundan sonra hansı ürəklə yaşayıb, hansı duyğularla qanadlanacaqdı?! Tək qulluqçusundan savayı kimsədən etibar görməyən qadın gözlərini bu dünyanın gözəlliklərinə qapayanda xəyalında kimin surətini aparacaq, heysiz dodaqları kimin adını pıçıldayacaqdı?!.

Saflığı gözlərini tutmuşdu...

Günahsızlığı başqalarının günahlarını görməyə qoymurdu...

***

Günah bilərəkdən edilənlərdi... Başqalarının pis günü, bədbəxtliyi üçün düşünülənlər, qurulanlardı...

Ağılla pərdələnmiş günahlar daha qorxuncdu, daha təhlükəlidi...

Səhvlərimizin acıları özümüzə yönəlikdi. Bədəlini çox baha ödəyirik düzəldilməsi mümkün olmayanda...

Məcnundan üzübəri bütün sevənlərə dəli dedilər. Dəlilər təkcə sevənlər deyil, həm də dünyanı olduğu kimi - öz şəklində, öz rəngində görmək istəyənlərdi. Düzlüyü, haqqı sevənlərdi. Hər şeyi öz adıynan çağırmağı bacaranlardı...

Səhvlər hisslərin məhsuludu. Aldatmır. Başqalarının gözündə səhvdi bu. Yaşamağa qoymayan, istədiyini götürməkdən yayındıran ağıldı. Əgər səhvlər yolumuzu dəyişir, ömrümüzü yönləndirirsə, nədən qorxmalıyıq onlardan?!. Yenə "Nizami" filmindən sitat gətirməkdən özümü saxlaya bilmirəm. Xaqaninin "Kamillikdə deyil, dəlilikdədi xilasımız, şeyx!" deməsi saatlarca düşündürür məni...

Ər-arvad oğullarını yola salırlar. Ananın deyəcəkləri bəllidi: "Özünü qoru, yeməyinə fikir ver, əynini qalın elə!" Ata isə... görün nə deyir?

"Səhv elə, vuruş, sev - yaşa!"

Necə səhv eləyək, nədə səhv eləyək? Bir dolğun insan ömrü yaşayırıq ki, səhvlərimiz də olsun?! Konturlarımız dəqiq, limitlərimiz ölçüsündə, addımlarımız sayılı... Gündə neçə dəfə dodağımız qaçır, neçə dəfə gözümüzü qırpırıq, nəfəsimiz neçə dəfə gedib-gəlir - hamısı bəlli. Yeyin yeriyirik dəli deyirlər, yavaş yeriyirik səmə. Sevməyə, vuruşmağa da kimsə yoxdu. Sevməli, vuruşmalı adamlarla səhv buraxılır. Mənalı, məzmunlu səhvlər.

Başqalarının gözündə səni dəliyə çevirən səhvlər...

(Səhv eləməkdən qorxa-qorxa çoxlu səhvlər buraxdım...

Ağıllananda gördüm ki, yaddaqalan da, ömürə yazılan da elə səhvlər olurmuş...)

Dünənki səhvləriylə bu gün öyünən, qürurlanan, təsəlli tapan nə qədər adam tanıyıram...

Ağılları olub ki, bir zaman dəlilk ediblər... Özlərinə qalan da elə bu olub...

Ya ağıllı olaq, ya dəli, fərqi yoxdu, adamlar bizi özlərinin istədikləri kimi görəcəklər. Yaxşısı budu... Yox! Deyəsən, daha gecdi...

Dəlilik zamanını ötürmüşük...

Ağlımızın güdazına vermişik onu...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK