ANA SƏHİFƏ / YAZARLAR

ÜMİDDƏN ASILI DÜNYADA

Göz yaşı uçurum yaradır

26816    |   2016-03-07 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündü sözün kələfini dolaşdırmışam. Nə qədər özümü dağa-daşa vururam, oda-közə yaxıram sözün ucunu tapa bilmirəm. Elə bil basaratım bağlanıb... elə bil fəhmim azalıb... elə bil heç sözdən anlayışım yoxdu. Tamam ruhsuz, cansız qupquru bir ağacam. Amma bu quruluğun, bu fəhmsizliyin, bu basaratın bağlanmasının davamlı olacağına inanmıram. Çünki Yaradanım məni heç vaxt darda qoymayıb və mən də ağlım kəsəndən bu günə qədər özümü Yaradanımın himayəsindən bir iynə ucu boyda da uzaqda təsəvvür etməmişəm. Ona görə də o ipucunun tapılacağına və o axtardığım sözün mənim üçün "sim-sim" olacağına inanıram. Deməli...

Hə, dörd divarın arasında var-gəl etmək bir neçə səbəbdən ola bilər. Mən onları xırdalamıram. Yəqin ki, hər kəs belə bir durumda dörd divar arasını ölçməyin nə demək olduğunu və onun yozumlarını özü öz düşüncəsiylə, öz parametrləriylə müəyyənləşdirib və bu prosesdən də az və ya çox dərəcədə gəlib keçib gedib. Mən də zaman-zaman belə durumlara düşmüşəm və addımladığım bu dörd divar arası məsafənin cəmi altı addım olduğunu dünyanın harasında, hansı saatında, hansı vəziyyətində soruşsalar gözüyumulu birnəfəsə deyərəm. Üstəlik, onu da soruşsalar da, soruşmasalar da xatırladaram ki, o altı addımlıq məsafədə qapının girişindən sağ tərəfdə kitab rəfi var. Onun da addım məsafəsi altıdan iki kəmdi. Mən addımladıqca həmişə gəlib kitab rəfinin qarşısında dayanıram. Neçə illərdi bu adət məndə qalıb. Elə bil axtardığım sözün ipucu, açarı o kitab rəfindədi. Mən kitab rəfinin önündə dayanıb gözucu kitabları nəzərdən keçirirəm, sonra əlimi uzadıb istənilən birini götürürəm. Elə götürdüyüm kitabın ruhuma, könlümə yaxın olan istənilən sözü, cümləsi, misrası mənə ipucu olur, mənə açar kimi xidmət göstərir. Bax, mən indi də həmin o dediyim durumun içində olduğundan addımlayıram, ölçürəm otağı. Bilirəm ki, kitab rəfinin qarşısında dayananda yenə əlimi uzadacam, yenə kitab götürəcəm. Amma bu dəfə özümü tutub saxlamışam. Əlimi uzatmaq, kitab götürmək niyyətində deyiləm. Ona görə ki, o kitabı neçə gündü götürmüşəm və sözbəsöz oxumuşam. Bir də baxıb görmüşəm ki, həmin o oxuduğum sözlərin içində elə bir vəziyyətə düşüb qalmışam ki, ürəyimin döyüntüsü beş addım kənardan eşidilir. Bu, həmin o sözlərin məndə yaratdığı təəssüratın, həyəcanın, üstəlik içimdə qaladığı odun istisinin təsiridi. O ocaq, o təəssürat, o həyəcan məni affekt halına salıb. Güclü dalğanın sahil daşlarına çırpdığı bir canlının vəziyyətini göz önünə gətirin. Onda biləcəksiniz ki, bu halın miqyası, bu halın aurası nə boydadı və...

Dar ağacına dönər saat əqrəbi

Dözüm kəndir olar, asılı qallam.

Və yaxud:

Əlim çarpazlanar sinəmə sarı

Görərəm ürəyim əlimdə əsir.

Və yaxud:

Yaxamı dərdlərin əlinə qıyıb

Məni tənhalığa dəyişib getmə.

Bu misralar sizdə hansı hissləri oyatdı? Bu misralar sizə nələri pıçıldadı? Gəlin üz-üzə, diz-dizə oturub birlikdə alt qatına enək bu misraların. Gedək və gözlərimizlə görək, əllərimizlə toxunaq. Onda biləcəyik ki, gözləmək nə deməkdi...sevmək nə deməkdi... sevilmək nə deməkdi... həsrət nə deməkdi... tənhalıq nə deməkdi. Onda dərk edəcəyik ki, sevgimiz hansı ölçüdədi? Hansı boyda, biçimdədi? Onda bizə aydın olacaq ki, sevdiklərimiz vətəndən, anadan, övladdan, nəvədən, yardan və bir də bunların hamısını bizə bəxş edən Tanrıdan qopan zərrələr kimi necə doğulub, necə böyüyüb içimizdə... necə qollu-budaqlı xan çinara çevrilib. Və biz onun hər yarpağında bir ümid görmüşük... hər qanadında bir inam yaşatmışıq... hər budağında bir sədaqət, etibar ünvanı qazanmışıq. Çünki onun kökü də, gövdəsi də sevgidi. Və deməli, o sevgi bizə pıçıldayır ki, biz bir-birimizi Allahdan başqa heç kimə məlum olmayan hansı cizgisini, hansı xüsusiyyətini, hansı duyğusunu özümüzə hopdurmuşuq, yaddaşımızda yaşatmışıq. Onu bir-birimizə demədən qarşılıqlı şəkildə o odun, o istəyin qoruyucusuna çevrilmişik. Bu misralarda deyildiyi kimi:

Axı tək sən bilirdin

mənim qorxaq olduğumu

bu yaşımda qaranlıqdan

qorxduğumu.

Bəli, yalnız sən və yalnız mən. Sənə və mənə, bir də Allaha bəlli olan nə varsa, onun yaşadanı və qoruyanıyıq. Bu, sevginin boynumuza qoyduğu, ürəyimizə hopdurduğu əbədi və əzəli missiyadı. Deməli, istənilən halda onu biz ancaq baxışlarımızla, cizgilərimizlə və bir az kobud çıxsa da, ehtiyatlı hərəkətimizlə bir-birimizə xatırlada bilərik. Bu, xatırlatma deyil, bu, bildiyimizin unudulmadığını, yadımızda olduğunu "him" etməkdi. Yəqin ki, nə dediyimi sən artıq qəbul etdin və əlavə şərhə ehtiyac qoymadın. Ona görə də:

Gəl gedək deyirsən, bir yerinmi var?

Ha getsəm dönəcəm özümə sarı.

Dünyanın sərhədi sözdü içimdə,

Yenə dönəcəyəm sözümə sarı.

Doğrudan da biz bizdən hara çıxıb gedə bilərik? Doğrudan da sən məndən, mən səndən çıxıb hara gedə bilərəm ki? Bizim getməyə başqa bir yerimiz, bir ünvanımız varmı? Getsək bizim dünyamız dağılmazmı? Getsən sənli dünyam viran olmazmı? Getsən mənli dünyan boş qalmazmı?

Mən bu sualları elə-belə təkrar etmirəm. Mən bu sualları elə-belə qabartmıram. Çünki:

Qadın ağlayanda Allah ağlayır,

Allah ağladıqca yer-göy titrəyir.

İndi nə dediyimi, o sualları niyə təkrar etdiyimi, yəqin ki, qəbul edirsən və məni qınamırsan, məni təkrarçılıqda qınamırsan. Bilirsən ki:

Üz-üzə gəlməyə üz olmayanda

Yuyulmaz günahlar görən kimindi?

Hə, mənə görə günahsız bəndə yoxdu... mənə görə günahsız sevgi də yoxdu... mənə görə günahsız yaşam da yoxdu. Çünki şairlərimizdən biri mənim bu fikirlərimi poetik şəkildə təqribən belə ifadə edib:

Məni sevməyəni sevdiyim qədər,

Kaş məni sevəni sevə biləydim.

Bəli, bu şərhimi, bu izahımı qəbul edib-etməmək sizin öz ixtiyarınızdadı. Amma mən demək istəyirəm ki, yazının əvvəlində vurğuladığım o ipucunu, yəni sözün açarını, nəhayət ki, tapdım. Və bildim ki, bu dünyanın bütün gözəllikləri sözdə və səsdədi. İstənilən söz, istənilən səs hər şeyi təqdim edə bilir. Təki onu təqdim edən ürək olsun. Onda bu günahla bir ömrü rahat yaşamaq olar. Üstəlik, onda bilərsən ki:

İtirib gücünü daşıya bilmir

Yaşamır, sürünür aldanan qadın.

...........................................

...........................................

Gözümün önündə yadından çıxıb

Bir naşı sevənin əlində qadın!!!

Demək mən öz qənaətimdən, öz duyğularımdan və öz sevgimdən çıxış edərək bildirdim ki, hər şey sözün içindədi və bütün gözə görünən, bizə təsir edən nə varsa, sözə, söz isə sevgiyə bürünüb. Və Allahın bizə pıçıldadığı söz, bizə hopdurduğu sevgi bizim içimizdə qovuşub gözəlliyin tərənnümünə, duyğuların ifadəsinə çevrilib. Bütün bunlar isə Allahımıza, anamıza və sevdiklərimizə ünvanlanan böyük məhəbbətin, təbii ki, yarpaqlarıdı, zərrələridi, qığılcımlarıdı. Mən də onları toplum halında bu 8 Mart günündə sevən və sevilən bütün xanımlara gül çələngi kimi hədiyyə edirəm. Necə deyərlər, kasıbın olanından. Amma inanın ki, sözün içində olan hamıdan varlıdı!!! Çünki o var Allahdan gəlib.

P.S. Bir daha bütün xanımları - evimizdə, ailəmizdə, çevrəmizdə, iş yerimizdə bizimlə olan zərif cinsin nümayəndələrini və paralel olaraq şeir dünyasına üz tutduğum Sona xanım Vəliyevanı təbrik edirəm. Xanımlar, bayramınız mübarək!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK