ANA SƏHİFƏ / YAZARLAR

HƏDİYYƏNİZ SEVGİ OLSUN!

24998    |   2016-03-05 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mart gəlişiylə sevgi, nəvaziş, oyanış, təravət, mülayimlik, ilıqlıq gətirir - təbiətə də, insanlara da. Təbiətin dirçəlişiylə qan qaynamağa - özüylə ürəyə sevgi daşımağa başlayır. Bu ayın zərif məxluq olan qadınlara gətirdiyi Qadınlar Günü də, Bahar Bayramı da xalqımızın ən sevdiyi bayramlardandı. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub.
Doğrudu, indi 8 Mart bayramını güclü cinsdən sevməyənlər ola bilər ki, bu da anlaşılandı. Amma qadın qəlbini bir xoş kəlmə, bir gül ilə də fəth etmək olar. Yetər ki, dürüstlüklə, sədaqətinizlə onların qəlbini ələ ala biləsiniz! Həmişə zərif və zəif adlandırdığımız qadınlar əslində ən güclü xarakterə malikdirlər. Onların həyatı duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Qadın yalnız sevəndə zəif olur. Sevilən qadın güclü olur. Maddi çətinliklərdə də, psixoloji durumlarda da səbir, dözüm məsələsində kişilərdən üstün olsalar da, zərifdilər. Və bu zərifliyi qiymətləndirmək əks cinsin borcudur! Amma "qadına gül uzatmaq" kimi bir jest o qadını daha da zərifləşdirir, bircə güllə onun həyatını işıqlandıra, ruhunu təzələyə bilərsiniz! Bir qadına sizin sevginizdən önəmli nə lazım ola bilər ki... Qadınlar onları anlamağı, dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Bu günlər kişilər sevdikləri qadın üçün nə alacaqlarını, onları necə sevindirəcəklərini, ürəklərini necə fəth edəcəklərini düşünür, romantiklər isə müxtəlif fantaziyalar uydururlar.
Amma imkanı çörək puluna güclə çatan kişilərimiz daha çoxdu. Qadınlar, onlara qarşı duyarlı olun! Bugünkü vəziyyətdə onları qınamamaq, pərt eləməmək, kimlərisə nisbət göstərib sındırmamaq lazımdı. Unutmayın ki, ən gözəl hədiyyə sevdiklərinizin sağ-salamat yanınızda, ailənizin, uşaqlarınızın başında olmasıdı... heç bir hədiyyə, maddiyat insanın - sevdiklərinizin varlığı qədər qiymətli ola bilməz...
Çalışın ilkin məramını dəyişərək sevgi, hədiyyə bayramına çevrilmiş 8 Martda ən gözəl hədiyyəniz xəyanətsiz, dözümlü sevgi olsun!..
V.Belinski deyir ki: "Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır". Doğrudan da uşaqlıqda əziyyətini, qayğını çəkən, gəncliyində həyatın ən mənalı vergisi olan sevgini sənə yaşadan, qocalıqda ən sadiq "qulaq yoldaşı" və təsəlli verənindi qadın. Ona görə də bir gülü əsirgəməyin qadınlardan, kişilər! Həmin gün heç olmasa, bir sevgi etirafı, bir kəlmə xoş söz söyləyin onlara. O zaman baş verəcək möcüzənin şahidi olacaqsız!
Bu bayram münasibətilə bütün qadınlarımızı, o cümlədən bütün müəllimələrimi, cəbhə zonasında yaşayan həmkəndlilərimi təbrik edirəm! Əzizlərim, müharibə-bayram və müharibə zamanı bayramın nə demək olduğunu siz hamıdan yaxşı bilirsiniz və bayramlar keçirməyə ən çox sizin haqqınız çatır. Atılan toplardan pəncərələrinizin şüşələri cingildəyərkən körpələrin gözləri qorxudan böyüdüyündə, uşaqlarınız kənddən bir az uzaqlaşarkən mina təhlükəsindən həyəcanlandiğinizda, unudulub bayırda qalan, yaxud hində, tövlədə ac vəhşi heyvanlar tərəfindən tələf edilən, min bir zəhmətlə becərdiyiniz mal-qara, toyuq-cücənin itkisi zamanı keçirdiyiniz hissləri çox yaxşı anlayıram. 8 Mart günü sizin nəsə qeyri-adi hədiyyələr alacağınızı da zənn etmirəm. Sizin hədiyyəniz taleyinizə iri hərflərlə yazılmış dözüm, səbir, mətinlik, sədaqətdir. Füzuli rayonunun bir dənə belə, iş yeri olmayan Mirzənağlı kəndinin əsas aparıcı qüvvəsi olan qadınlar - Bakıdan "görünməyən" cəbhə zonasının qadınları,- evin dolanışığını, gəlirini həyət-bacadan əllərinizin zəhmətiylə çıxararkən qadın olduğunuzu unudaraq dişi aslana dönürsünüz. Özünüzü düşünməyə, sığal-tumara az vaxtınız qalır, yaxud heç qalmır. Azərbaycan qadını bütün dövrlərdə sizin kimi, öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Bineyi-qədimdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Fədakarlıq, Sevgi, Səbr və Gözəllik nədir deyə soruşarlarsa - Anamdır! - deyərəm. Bir günümdə deyil, hər günümdəsən. Hər gün, hər saniyə mənimləsən. Hər zaman mənə dəstək olan, məni düşünən, məndən sarı narahat qalan Anam! - sən mənim üçün çox önəmlisən. Üzündən nur, canından sağlıq, dilindən dualar əksik olmasın!
Anam başda olmaqla, düşmənlə üz-üzə dayanan sərhəd kəndimizin bütün mətin qadınlarını 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirəm!
8 Martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində QADIN olur - zəif, zərif, gözəl qadın... Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.



YAZARIN ARXİVİ

2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK