ANA SƏHİFƏ / YAZARLAR

YALTAQ

11373    |   2016-02-20 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq.

Hüseyn Cavid

Sizcə insanları yaltaq, ikiüzlü olmağa vadar edən nədi? Niyə insanlar düşüncələrini içlərindən gəldiyi kimi yox, qarşi tərəfə xoş getsin deyə söyləyirlər?
Əlbəttə, kimisə, nəyisə itirmək qorxusu, kiminsə yanında pis olmaq qorxusu!
İnsanın yaranışından bu yana həmişə özündən hakimiyyətdə, mövqedə, gücdə, ad-sanda, şöhrətdə... üstün olanlara yarınmaqla yaşam tərzini qarantiyə almaq mövcud olub. Ömür payımın yarısı sovet hakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda - o dövrlə indinin müqayisəsində də yarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün... get-gedə daha da artdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir. İnsanların mənəviyyatı aşılanır - təbii ki, səbəblər müxtəlifdi, amma ən başında mənəviyyat durur.
Bu gün kənardan başqalarının gözündə çox rəzil görünən yaltaqlar əsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununla dolanışıq yollarını tapdıqlarını hesab edirlər. İkiüzlü adamların öz üzü qədər iyrəncdir ki, daha bir üzdən istifadə etməli olur. İkiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir.
Amma bu keyfiyyətlə rahat yaşaya bilmək üçün vicdanından, mənliyindən əl çəkməlisən. Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zaman yaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pis günündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq. Hamını tərifləyən adamlar isə heç kəsi qiymətləndirmirlər.
Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Amma təəssüf ki, bütün zamanlarda padşahlar, şahlar, krallar... həmişə tərif xoşlayıblar və bunun üçün saraylarında məddah şairlər, yaltaq vəzir-vəkillər, təlxəklər saxlayıblar. İndi dövran dəyişsə də, həmin forma qalmaqdadı. Yəni, paltar dəyişib xasiyyət, məziyyət qalıb və daha da püxtələşib. Kiçik bir idarədə də yaltaqlıqla başını dolandıranlar, məddahlığa görə mükafatını alanlar və düz danışdığına görə işlərini itirənlər, gözdən düşənlər var.
Bu günün tələbi budu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyini içində saxla, ürəyini deşsə də, söyləmə!
Hər kəs üzdə yaltaqlığı pisləyib-yamanlayır, ancaq yaltaqlananlara, onları öyənlərə nəninki dözür, hətta onlara rəğbət duyurlar, onların tərifləri canlarına yağ kimi yayılır, onların dediyi təriflərin həqiqi olduğunu güman edib, düzünü söyləyənlərə düşmən kəsilirlər. Düz danışanın haqlı olduğunu sinirə bilmir, üzlərinə söylədikləri doğru sözləri qəbullənə bilmirlər. Unudurlar ki, yaltağın sözü zəhər qatılmış bal kimidi. Qarşındakı səni sevən və hörmət edəndirsə, heç vaxt yaltaqlanmaz, acı da olsa düzünü söylər. Adamları layiq olduğundan az öymək paxıllıq, çox tərifləmək yaltaqlıqdı. Yaltaqlar düz adamları sıradan çıxarmaq üçün əllərindən gələni edirlər. Çünki onlardan qorxurlar. Doğruların başda olması yaltaqlara sərf eləmir. Çünki vəzifə başında olan doğru insan yaltağa meydan verməyəcək, bu isə onun süqutu deməkdir.

Harda namərd möhür vurur -
Sınır ürək, itir qürur...
Yaxşıları susub durur,
Yamanın səsi bərk çıxır!

(Bağışlasın, müəllif adını unutmuşam)
Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edər. Yalnız ən nanəcib adam üzə tərifləyib, arxasınca söyə bilər. İkiüzlü adamlar həmişə kölədirlər, biri getdisə, digərinə yarınacaqlar. Yaltaqlar nə özləri, nə də özgələri haqqında yüksək fikirdə olmadıqları üçün yaltaqlıq edirlər və onlar M.Ə.Sabirin: "Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar" deyimini çox bəyənirlər. O zaman, yaltaqların nəzərdə tutduğu mənsəb sahibləri, uğur qazanmaq istəyirsinizsə, yaltaqlardan uzaq olun! Bilin ki, yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəki maskalar cırılacaq və o zaman çox gec olacaq!
Deyir dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində
hakimiyyət, yaltaq dilində tərif.
Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını yumurmuş. Ondan bunun səbəbini soruşanda deyirdi: "Bu qulağımı müttəhim üçün saxlayıram"...
Bəli, bir qulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, sizi yersiz tərif yağışına tutmayanlar üçün saxlayın. Bəlkə söylədikləri sizi uçurumun kənarından qaytaracaq!..



YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK