hacklink Adalet.az | ƏSKİ YARALAR Adalet.az | ƏSKİ YARALAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏSKİ YARALAR

21095    |   2013-01-12 02:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türk seriallarının birində bu adda mahnı oxunur. Elə həzin, elə incə, yandıran, göynədən bir kədər var ki, bu mahnının həm sözlərində, həm də musiqisində - dinlədikcə ayaqlarının nə zaman yerdən üzüldüyünü, dərdli başının buludlara necə dəydiyini belə duymursan. Üstəlik, göz yaşlarıng Necə rahat, necə isti-isti axır sifətinə, boyun-boğazına. Kədərin də sevimlisi, məhrəmi olurmuşg İlahi, necə qıyırsan sevimli bəndələrinə bunca ayrılıq iztirablarını, həsrət üzüntülərini... Ucu-bucağı, sonu görünməyən qüssədi bu. Üfüqlərində nöqtə boyda ümid işartısı da yox ki, dərindən bir ah çəkib ovudasan könlünü, rahatladasan dəmir qəfəsdə quş kimi çırpınan, boğulan ürəyini...

Amma nə xoş, nə məhrəm kədərdi bu. Məcnunsayağı vurulursan ona. Rəbbinə dualar edirsən ki, səni ayırmasın bu şirin, dadlı üzüntülərdən. Füzuli kimi təbibə yalvarırsan ki:

Sən can almaqla yəqin,

bir fayda verməzsən cana

Şövqı-ləlimi çıxar

mümkünsə candan,

ey təbib...

Görəsən, onun qədər bəşərə sevgi öyrədən, eşq iztirablarından zövq almağı sevdirən, cana yeridən ikinci bir şair olubmu?! Olacaqmı?!.

***

Bütün sınananlar hamı üçün deyil. Biz uşaq olanda böyüklər deyərdilər ki, ilan yuxuda məleykədi (mələk yox, məleykə!). Yol kimi, yaxın adamının gəlişi kimi yozanlar da vardı.

Mənsə... yuxuda ilan görəndə ən əziz adamımı itirmişəm həmişə.

Canımı dişimə tutub qəzet-jurnallarda, ekranda belə görəndə gözümü yumduğum bu soyuq, zəhərli varlığı xoş üzlə qarşılamağa, "qarı düşməni dost eləməyə" çalışdım...

Bir deyimi də sınamaq istədim bu ilin gəlişində. Təzə ili necə qarşılarsan, elə də başa vurarsan, demişlər. Hər bayram gecəsində dolu süfrələrin, pəncərəmdə parıldaşan fişənglərin, bayırdan gələn səs-küyün boğazıma yığdığı qəhəri boğub şən olmağa çalışdım. Bacardım da... Sən demə, mən əməlli-başlı riyakarmışam. İkiüzlülük, artistlik eləmək də gəlirmiş əlimdən. Ancaq... cəmi beş gün keçmiş qara su ilanı soyuq, boz sifətini göstərdi...

...Müəllimlər günündə zəng vurmuşdum ona. Hələ naz eləyib boynuna minnət də qoymuşdum: "Bax, sən heç mətbuat günündə məni təbrik eləmədin..." Özünəməxsus yumşaq, qılıqlı səsiynən günahını boynuna almışdı. Əslində, bu günah deyildi. Sadəcə, xəbəri olmamışdı...

Dekabrın 31-də axşamüstü zəng vurdu. Heç birimizin ağlına da gəlməzdi ki, bu onun son zəngi, bizim axırıncı söhbətimizdi. İlin son günü, son saatları və... son zəng...

Evin yıxılsın, fələk...

İnnən belə nə o həlim səsi, nə də isti "dayıqızı" kəlməsini eşitməyəcəm...

Bu şaxtalı, sazaqlı günlərdə canımdan, ürəyimdən bir parçanı kəsib ağzı yumulmayan qara torpağın soyuq qoynuna apardı...

Nə vaxtsa, hardasa bir misra şeir oxumuşdum:

Təbii sularla yumaram səni

Suyun gözlərimin qarasındadı...

Yağış damcılarının səsini eşidirəm. Tanrı da qəbrinə o ki, var nur çiləyir. Bizim göz yaşlarımızı yumaq istəyir torpağından. Ziyalıydın, axı... Nurlu adamıydın...

Ölənlər öldürür bizi...

Qoymurlar yaşamağa...

Biz insanlar özümüzü aldatmağa yaman aludəyik. Nə qədər bəzəsək də, nə qədər şəninə isti, tərifli sözlər desək də, xislətini dəyişən deyilsən...

İstər qara ol, istər ağ...

İlansan ki, ilan...

***

"Nə qədər ki, sağdı, heç kəsi xoşbəxt saymaq olmaz".

Görəsən, Balzak niyə belə deyib?!.

"Kim deyir ki, ölüm qorxuludur? Niyə sən bilmədiyin bir şeydən qorxursan? Niyə bu yad yerdən (bu dünya) çıxıb getmək səni qorxudur? Bu dünya sənin evin deyil, axı..." Bunu da qədim filosoflardan biri deyib. Heç bilmirsən, sevinəsən, yoxsa, kədərlənəsən. Nədən yad olmalıdı bu dünya bizə?! Biz gözümüzü açıb onun işığını, Günəşini, Ayını görmüşük. Anamızın qoynunu, isti nəfəsini duymuşuq. Hələ sevgimiz... Necə yad deyək ona? Varlığını, yoxluğunu bilmədiyimiz xəyali bir aləmə dəyişək onu?!. Yox, yox! Kim nə deyir-desin, ölüm dəhşətlidi, sözün özündən buz kəsir adamın ürəyini, canını. Bütün gözəlliklər bu dünyadadı. Bütün ayrılıqların başında durur O.

Ölüm... Məchulluq, qeyri-müəyyənlik...

Kimsənin dönmədiyi, xəbər gətirmədiyi bir dünya...

***

Hələ ondan da betər yaraları var ömrümüzün...

"Ölüm Allah əmridi, ayrılıq olmayaydı..." Elə o da belə deyir. Ruhumu ağrıdan o mahnının səsləndiyi serialın qəhrəmanı: "Mən ölməkdən qorxmuram. Bir də səni görməyəcəyimdən qorxuram..."

Qorxmağa dəyər...

Ən qorxulusu da odur ki, çoxları bilə-bilə ayrılığın üstünə gedir. Onu qovmaq, uzaqlaşdırmaq əvəzinə, qucaq açırlar. Boş başlarının, axmaq düşüncələrinin ucbatından dadsız bir ömürə məhkum edirlər özlərini...

Onsuz da bu dünyanın başı üstündən əbədi bir Kədər asılıb Domokl qılıncı kimi. Ölümün labüdlüyü. Qaçmaq mümkün deyil bundan. Sevdiklərimiz yanımızda olsun, barı. Ayrılmayaq, birgə qarşılayaq bu bəlanı.

Bəlkə... Ölümsüz edə bildik bu dünyanı...

***

Necə qaçaq səndən, necə qurtaraq canımızı?! Dilimiz bunu desə də, üzümüz sənə tərəfdi həmişə. Təzə yaralar incitmir ki, adamı. İsti-isti güllə yarası da ağrıtmır, deyirlər. İllər ürəyimizin üstünə tayalar kimi dərd yığır. Xəbərimiz olmur necə oyulur, necə yeyilir içimiz. Bəlkə də ən qaranlıq zindanları öz içimizdə gəzdiririk. Ən qalın divarları uçura, ən möhkəm qapıları qıra bilirik. Təkcə sinəmizdəki məhbəsdən qurtulmağı bacarmırıq.

Onu sən tikmisən, Kədər...

Bəs, niyə bu qədər əzizsən?! Başımızdan çıxarsaq, köksümüzdən atsaq, özümüz öz gözümüzdən düşərik. Niyə qorxuruq bundan? Kədərsiz, qüssəsiz yaşamağın nəyi pisdi ki...

"Şairlər dünyanın dərdlərini gəzdirir bətnində. Hökmdarlarsa dərddən qaçır".

"Nizami" filmində Xaqaninin diliylə deyilir bu sözlər.

Görəsən, hansı yaxşıdı?!

Şair olmaq, yoxsa, hökmdar?!

Siz istədiyinizi seçin. Mənsə, Çingiz Əlioğlunun fikriynən şərikəm...

Qəmlərini, kədərlərini

Yığ bir yerə,

Bir şıltaq sevinc də at üstünə.

Qoy alışsın,

Otur, qızın istisinə...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK