hacklink Adalet.az | YENİ İLDӘN GÖZLӘDİYİM Adalet.az | YENİ İLDӘN GÖZLӘDİYİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YENİ İLDӘN GÖZLӘDİYİM

Seyfəddin Altaylı

46233    |   2016-01-22 13:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyәdә mәhkәmәlәrin gerçәklәşdirildiyi mәkanlarda "әdalәt mülkün tәmәlidir” şәklindә bir cümlә ilә әdalәtin nә mәnaya gәldiyi izah olunub. Ordakı mülk isә dövlәt mәnasındadır.

Әdalәt Adәm ata vaxtından bәri bәşәriyyәtin daim axtardığı vә umumiyyәtlә mәzlumların zorbalara qarşı sığınacağı olub. Adәmin oğulları Habil ilә Qabil arasındaki ixtilafı da ilahi xarakterli mәhkәmә nәticәlәndirib, bu hamıya mәlumdur.

Dünyamız artıq mәnә görә qocalıbdır, bizimlә tәzәlәnmәlidir. Terror, hәrblәr, aclıq, yoxsulluq, әtraf mühitin çirkliyi, tәbiәtin qәtl-qarәti, bәşәr vә heyvan hüquqlarının ayaqlar altına salınıb çığnanması, insanlar vә dövlәtlәr arasında gedәn hüquqsuz rәqabәt, qolu zorluların, güclülәrin zәiflәri әzib-çığnadığı, bir sözlә artıq cәngәl qanununun hökm sürdüyü bir mәkanda vә çağda yaşayırıq. Sual verilә bilәr ki, bәs daha әvvәlki çağlarda belә şeylәr olmamışdı? Bәli olmuşdu, ancaq heç bir çağda bu qәdәr ağ elәmәmişdilәr. Qәdim vaxtların döyüş silahları ümumiyyәtlә kütlәvi deyil, fәrdi idi. Bir qolu zorlu çıxanda heç olmasa onu yәrindә oturda bilәcәk bir neçә qüvvә tapıla bilirdi. İndi isә kütlәvi qırğın silahları hökm sürür, bir düymәyә toxunmaqla milyonlarla insanı, heyvanı, tәbiәtin bir hissәsini mәhv edәcәk silahlar mövcutdur.

Yazılarımda ümumiyyәtlә öz tariximizdәn bәzәn nümunәlәr tәqdim edirәm. Sәbәbi dә mәnә görә budur. Tarix, әgәr ondan dәrs götürülürsә gәrәklidir, götürülmürsә ha tarix oxuyubsan ha nağıl kitabı heç fәrqi yoxdur.

Hәm Azәrbaycan sahәsindә, hәm dә Anadoluda yaşayan әlәvilәr arasında "boynuna torba asmaq” şәklindә bir deyim vardır. Әlәvi ziyalı dostlarımdan da, onların qocalarından da bunun mәnasını sorduğumda, "cәzalandırmaq mәnasındadır” dedilәr, ancaq bu nә cür cәzadır, niyә belә adlanıb, haçandan yaranıb, bu suallara cavab verә bilmәdilәr. Azәrbaycanlı dostlarımdan da, ağsaqqal vә ağbirçәklәrdәn dә bu deyimin әsl mәnasını bilәnә rast gәlmәdim.

Azәrbaycan Folklor İnstitutunda әziz dostum Prof. Hüseyn İsmayılovun da rәhbәrlik etdiyi tez (dissertasiya) mövzumla bağlı axtarışlar apardığımda bu dәyimin açarını tapdım.

Hun vә Göytürk dövlәtlәri zamanında bağlı atı oğurlayan, dövlәtә xәyanәt edәn, özgәsinin namusuna toxunan, nahaq yerә özgәsini öldürәn şәxslәrә ölüm hökmü kәsilәrdi vә onların başı kәsilәrәk öldürülәrdi. Halbuki qәdim Türk inamında qan müqәddәsdir vә o yerә tökülmәmәlidir. İşarә edilәn cinayәtlәri işlәyәn cinayәtkarın kәsilәn başı atasına verilәr vә atası toplum içinә çıxanda hökmәn oğlunun baş sümüyünü bir torbaya salıb boynuna asaraq eşiyә çıxmaq mәcburiyyәtindә idi. Bu da dövlәtin "törә” adlanan qanunu idi vә qanunu heç kәs poza bilmәzdi. Orxon abidәlәrindә, "el gedәr, törü bolmas” şәklindә bir ifadә vardır. Yәni, dövlәt әldәn gedә bilәr, tәnәzzülә uğraya bilәr, ancaq törә әsla, onu heç kәs poza bilmәz, xaqan olsa belә.

Qәrblilәrin, xüsusi ilә dә Avropalıların çox öyündüyü Yunan dövlәtçilik sistәminin әn görkәmli şәxsiyyәtlәrindәn biri olan Әflatun (Platon) "Dövlәt” adlı әsәrindә "oğurluğun görkәmli bir peşә” olduğunu vurğulayıb.

Bizim әdalәt sistemimizlә qәrblilәrin sistemi arasındaki fәrq dә yuxarıda işarә etdiyim nümunәvi iki örnәkdәn ibarәtdir. Bu da bizim anlayışımızla digәrlәrinin arasındakı fәrqi büruzә verir.

Sәnaye inqilabını әsrlәr әvvәlindә buraxmış, bilgisayar texnologiyasını gerçәklәşdirmiş, dünyanın bir ucundan digәr bir ucuna kimi gedib hәr hansı bir mәlumatı әldә etmәyi barmağın ucunun bir nöqtәyә toxunmasıyla әldә olunacağı bir çağda yaşayırıq. Belә ziyalı, aydınlanmış bir çağda uluslararası mәhkәmәlәr vә hüquq qlobal sәviyyәdә güclәnmiş qoluzorlu sömürüçülәrin, qarәtçilәrin, qatillәrin әlindәdir. O mәhkәmәlәrdә yәtişilәn qәrarlar obyektiv vә adil deyil, tamamilә siyasi mәqsәdә xidmәt edir.

Dünyada 190-dan artıq dövlәt var, ancaq BMT Güvәnlik Tәşkilatının (BMT Tәhlükәsizlik Şurası) beş daimi üzvü var. Yәni dünyadakı digәr dövlәtlәr dövlәt hesab olunmur. Onların öz talelәri haqda әl qaldırıb sәs vermәk, özlәrini uluslararası bir mәsәlәdә tәmsil etmәk hüququ yoxdur, dünya sәviyyәsindә hansı qәrara yetişilәcәksә ancaq bu beş dövlәt qәrar verә bilәr vә onların yetişdiyi qәrar demokratiyaya uyğundur. "Mәn belә dünyanın”…

Әdalәtin yoxa çәkildiyi bir dünyada yaşamağın özü dә bәşәrә yaraşmır. Belә bir dünyada yaşamaqdansa yaşamamaq daha yaxşıdır demirәm, ancaq әdalәtsizliyi gözümüzün içinә baxa-baxa bizә "demokratiya!” kimi tәqdim edәn qansoranların dilini kökündәn qopararaq dәrslәrini verib ilahi әdalәti bәrpa etmәk üçün çalışmaq yaxşıdır fikrindәyәm.

Qansoranları layiq olduqları yerә oturtmaq üçün dә bircә yol var, onların elmini vә texnologiyasını üstәlәmәk, sonra da tәpәlәrinә yumruğu endirib mәzlumların әmin-arxayın bir atmosferdә asudә yaşayacaqları, ömür sürәcәklәri bir dünya yaratmaqdır.

Elmdә vә texnologiyada qansoranların şәrrindәn xalqlarımızı qorumağa gedәn yolu açacaq, dövlәtlәrimizdәki tәlim-tәhsil sistemindә lazımlı rәformları hәyata keçirәcәk şәxslәr dövlәt rәhbәrlәrimiz, dövlәt böyüklәrimizdir. Tanrı onlara güc-qüdrәt vәrsin.

Yeni ildәn ancaq bunu gözlәyirәm...




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK