ANA SƏHİFƏ / YAZARLAR

QARLI-ÇOVĞUNLU HAVA...

50971    |   2013-01-10 11:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yol polisi bu cür havayla bağlı sürücülərə xəbərdarlıq edir

Ölkə ərazisində yanvarın 9-dan yenidən havalar kəskin surətdə dəyişməyə başlayıb. Təbii ki, hava şəraitinin dəyişməsi ilə bağlı hidrometeoroloqlar öncədən lazımi qurumlara məlumat verib. O da bildirilib ki, hava şəraitinin kəskin surətdə dəyişməsi nəticəsində temperatur 8-10 dərəcə aşağı düşəcək, məmləkətin əksər yerlərində sulu qar və qar yağacaq.

Bütün bu xəbərdarlıqlar onunla bağlıdır ki, bayaq dediyimiz kimi, aidiyyəti qurumlar lazımi tədbirləri vaxtında görsün və qar yağarkən bir çox çətinliklərlə üzləşməsinlər. Ötən ilin dekabr ayının ortalarında da ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, bir çox rayonlara həddindən artıq qar yağmışdı. Xüsusən də Şimal rayonlarında vəziyyət daha ağır idi. Hətta Bakı-Quba avtomobil yolunun 69-cu kilometrliyində qarın hündürlüyü 60 sm-ə çatmışdır. Həmin günü yolun bu istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayanmış və yol istismar idarələrinin həyata keçirdiyi tədbirlər nəticəsində qartəmizləyən texnikalar yola çıxarılmış və bütün bu addımlardan sonra yol açılmışdı.

İlk növbədə qarlı-covğunlu və şaxtalı havalarda avtomobillərin hərəkəti daha da çətinləşir. Üstəlik də magistral və şəhərdaxili yollar vaxtında qardan təmizləməyəndə avtomobillərin hərəkəti birə-beş mürəkkəbləşir. Buzlu və qarlı yollarda nəqliyyat vasitələri normal qaydada hərəkət edə bilmir, sürüşür və bir-biri ilə toqquşur.

Bayaq dediyimiz kimi, ötən ilin dekabr ayında ölkə ərazisinə qar yağarkən avtomobil yollarında çoxlu sayda qəzalar baş verib. Bundan nəticə çıxaranlar da olub, çıxarmayanlar da. Elə ona görə də yanvar ayının 7-də Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin mürəkkəbləşməsi ilə əlaqədar olaraq, sürücülərə bir daha xəbərdarlıq edib. Yol polisi xəbərdarlıq edib ki, hər bir avtomobil sürücüsü hava şəraitinə uyğun sürət həddi seçməli və mövsümlə ayaqlaşan şinlərdən istifadə etməlidir. Bununla yanaşı, sürücülər təkərlərin təzyiqini aşağı salmalı və şüşə silənləri normal qaydaya uyğunlaşdırmalıdırlar. Şüşə siləni işləməyən avtomobillə yola çıxmaq çox təhlükəlidir.

Əlbəttə, mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq, həmişə yol polisi sürücülərə davamlı olaraq, xəbərdarlıq edib və onları məlumatlandırıb. Yol polisi onu da bildirib ki, mürəkkəb hava şəraitində təcrübəsi olmayan və səriştəsiz sürücülər sükan arxasında əyləşməsinlər. Çünki bu cür hava şəraitində hər hansı təcrübəsiz sürücü çətin vəziyyətdə avtomobili idarə edə bilmir və nəticədə digər nəqliyyat vasitələri üçün böyük təhlükə yaradır.

Bir faktı da qeyd edək ki, qarlı və buzlu yollarda mütləq sürücülər avtomobillərin şinlərinə dəmir zəncirlər taxmalıdırlar. Çünki enişli-yoxuşlu və sürüşkən yolları ancaq son dərəcə diqqətli olmaqla keçmək mümkündür. Bir balaca səhlənkarlıq və diqqətsizlik sonda ağır qəzaya şərait yaradır.

Qarlı havalarda Ağsu dolaylarında, İsmayıllı, Qəbələ, Oğuz, Quba, Qusar, Lerik, Yardımlı istiqamətlərdə hərəkət etmək olduqca çətindir. Təsadüfi deyil ki, dəfələrlə qar yağarkən bu yollarda sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi üzündən ağır qəzalar baş verib. Avtomobillər yoldan çıxaraq dərəyə yuvarlanıb. Bütün bunlar isə hər bir sürücü üçün bir ibrət dərsi olmalıdır.

Yəni, sürücü fikirləşməlidir ki, hava şəraiti mürəkkəbdirsə, yollar qarla örtülübsə və buz bağlayıbsa, belə bir şəraitdə sükan arxasında əyləşməyə bir o qədər də ehtiyac yoxdur. Ancaq əfsuslar olsun ki, bəzi hallarda sürücülər bu şəraiti nəzərə almır, sükan arxasında əyləşir, buzlu yollarda hətta avtomobilləri yüksək sürətlə idarə edirlər.

Biz bu məsələləri bir daha xatırlatmaqla onu demək istəyirik ki, hər bir sürücü yol polisinin xəbərdarlığına diqqətlə yanaşmalıdır. Çünki hər hansı bir hadisə olanda ilk növbədə sürücülər və hərəkət iştirakçıları yol polisini ittiham edir və bir çox halda günahı onların üstünə atırlar. Ancaq insaf naminə demək istəyirik ki, bu qarlı-çovğunlu və şaxtalı havalarda yol polisi həmişə gücləndirilmiş iş rejimində işləyib və çətin vəziyyətə düşən sürücülərə ilk yardımı da onlar ediblər.

Sadəcə olaraq, hər bir insan fikirləşməlidir ki, mən yola çıxıram və mənzil başına da sağ-salamat çatmalıyam. Fikirləşmək azdır, gərək sükan arxasında əyləşən hər bir sürücü papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir. Düşünməlidir ki, yolu qar örtəndə və buz bağlayanda hansı sürətlə avtomobili idarə etsə başı ağrımaz.

Bütün hallarda sükan arxasında əyləşən sürücülər qarlı-covğunlu və şaxtalı hava şəraitini nəzərə almalı, ona da uyğun sürət həddi seçməlidirlər. Sürət həddi həmişə hava və yol şəraitinə uyğun seçilsə, inanın, ağır qəzalar da bu qədər çox baş verməz.

Faiq QİSMƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK