Adalet.az | RUHUMUN AZADLIĞI... Adalet.az | RUHUMUN AZADLIĞI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RUHUMUN AZADLIĞI...

Bütün savaşlar sənin üçündü

15237    |   2015-12-26 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saata baxıram... Səhərin açılmasına hələ xeyli var. Xeyli deyəndə ki, indi saat 01:25 dəqiqədir. Özünüz fikirləşin, görün səhərə nə qədər qalıb, yuxum ərşə çəkilib. Televiziyanın düymələrini dəyişməkdən barmaqlarımın ucu göynəyir. Amma tərs kimi bu gecə telekanallarda fərli, maraqlı, diqqəti çəkən heç bir şey göstərilmir. Sanki bu gecə telekanallar da mənimlə acığa durublar, dava-dava edirlər ki, səhəri bir az da zülmlə açım...
Masamın üstündəki kitablara baxıram. Oxumağa da həvəsim yoxdu. Günün qəzetlərini də topalayıb bir kənara atmışam. Bir sözlə, bu dörd divarın arasında özümə yer tapa bilmirəm. Ürəyim elə sıxılır ki, sanki kobud bir əl gülöyşə narı sıxır... Amma bu sıxılan ürəyin ağrısını özümdən başqa heç kəs duymur. Özüm də ki, bu gündə...
Durub pəncərədən boylanıram. Həyətdə heç nə görünmür. Küçə lampaları neçə gündür ki, yandırılmır. Bilmirəm uşaqlar daş atıb sındırıblar, yoxsa ümumiyyətlə, xətdə cərəyan yoxdu. Heç nə görə bilmədiyimdən bir az da öz-özümə əsəbiləşirəm, asılqandan pencəyimi götürüb həyətə çıxıram. Bax, onda hiss edirəm ki, tək-tək damcılar düşür. O qədər seyrəkdi ki, rahatca saymaq da olar. Mən bu damcıları saya-saya nəyi axtardığımı, nədən bu qədər gərgin olduğumu çözməyə, aydınlaşdırmağa çalışıram. Elə bu vaxt su şırıltısına oxşayan bir səs eşidirəm, qaranlığa diqqət yetirirəm. Məhəllənin ayağındakı ofisin xadiməsi yır-yığış edir. O da ya yatıb yuxuya qalmaqdan qorxaraq tez gəlibdi, ya da bir neçə yerdə işləyir, ona görə işini belə sahmanlayıbdı ki, problemi olmasın, iş yerini itirməsin. Bu yaşlı qadının halı ürəyimi ağrıdır. Əslində onun dincələn, istirahət edən vaxtıdır. Amma çörək pulu, ehtiyac onu gecənin bu vaxtı evdən çıxmağa, yır-yığışa məcbur edib...
Hardansa yadıma düşür, belə bir deyim var, deyirlər ki, hərənin dərdi özünə bir dağdı. Görünür, bu dünyada bizim bilmədiyimiz, görmədiyimiz neçə minlərlə dağlar var imiş...
Hə, elə dağları düşündüyüm anda içimdən sanki bir ağrı sızıb keçdi. Bu, daha çox hansısa bir telin qırılmasını xatırlatdı mənə. Özümdən asılı olmayaraq əlimi ürəyimin üstünə qoydum. Ovcumun içində onun döyüntüsünü hiss etdim və anladım ki, bu döyüntü təkcə yaşamaq əlaməti deyil. O həm də ağrıların ürək çırpıntılarına qoşulan ahəngidi. O ağrıların ki...
İndi təbii fəlakətlə bağlı ölkə mətbuatında, informasiyalarda müəyyən bilgilər verilir. Bu bilgiləri də hər kəs bir cürə qəbul edir. Mən şəxsən gün ərzində təkcə xəbərlər proqramını deyil, hətta mobil telefon vasitəsi ilə həmin ərazidə olan doğmaları, dostları da arayıb xəbər tutmağa çalışıram. Çünki doğmalarımın yaşadığı qəsəbədə böyük narahatçılıq var. Və mən də bir oğul kimi valideynlərimin bu ahıl çağında, qaçqınlığın zülmünə alışdıqları bir vaxtda təbii fəlakətlə üz-üzə gəlmələrindən, onun narahatlığını, gərginliyini yaşamalarından üzülürəm. Nə hökmüm, nə imkanım, nə də gücüm nəyisə dəyişməyə çatmır. Bax, bunun özü ürəyimin həmin o narahat duyğularının bir damarıdır. Bir az da dəqiq ifadə etsəm, bu narahatlıq ürəyimi işğal edən gərginliyin bir hissəsidir. Mən "işğal" sözünü hər dəfə kağıza köçürəndə, dilə gətirəndə kəndimizi xatırlayıram, onun işğalını xatırlayıram və onun yazın indiki çağındakı durumunu göz önünə gətirirəm. Bu da istər-istəməz sıxıntılarımı, ağrılarımı artırır. Özü də elə bir həddə gətirib çatdırır ki, ondan qurtulmaq öz canımdan qurtulmaq qədər çətin, həm də asandır. Ancaq bu asanlığın içərisində bir günah yaşamaq da var.
Gücüm çatmır öz canımı
Özüm-özümdən qurtarım.
Töküb ortaya qanımı
Dərdə dözümdən qurtarım.
Artdıqca yolun yağırı
Sevgi dəlisi fağırı
Dişlə, dırnaqla, axırı -
Tanış izimdən qurtarım.
Su tək səmtinə axanın
Özün yandırıb-yaxanın
Güzgüdən mənə baxanın
Üzün üzümdən qurtarım.
***
Çox vaxt insan öz aləminə qapılıb öz-özü ilə danışmağa, özü öz problemlərinin ip ucunu tapmağa çalışır. Bax, həmin anda o insana yaxınlaşıb, onun həmin durumuna müdaxilə edəndə hiss edirsən ki, bu tərəf-müqabilinin heç ürəyincə olmadı. Bu duyğuları mən də yaşamışam və bu gün də yaşayıram. Ərki keçənlər, sözü yerində deyə bilənlər bəzən mənə bunu irad tuturlar. Özümə qapılmağımı, bir küncə sığınmağımı özümün özümə qəsdim kimi qiymətləndirirlər. Hətta səsinin tonunu bir az qaldırıb danlayanlar da olur. Deyirlər ki, adam özü özünə düşmən olmaz, özü özünün ömrünü baltalamaz. Bu gen dünyadan könüllü əl üzməz və s. və ilaxır. Mən də bütün bunları dinləyirəm və bütün bunlara haqq qazandıra-qazandıra özümü tapdığım, özümün rahat olduğum həmin o qapalı dünyaya çəkilməyə yenə də üstünlük verirəm.
Öncə ona görə ki, o dünyamda mən özüməm... hökm verən də... icra edəndə... daş daşıyıb, qum ələyəndə... ev tikən də... quyu qazıb su çəkən də... özü-özüylə danışan da... öz-özünə gülən də... özü-özünün günahlarının ayaqlarından asan da...
İnsana bunca asudəlik, bunca azadlıq, bunca özgürlük daha harda verilib?!. Məgər biz bu azadlıqlar üçün mübarizə aparmırıq? Əgər mübarizəmiz öz azadlıqlarımıza, öz xəyallarımıza, öz arzularımıza qovuşmaq üçündürsə, onda niyə mənə irad tutursunuz? Axı, mən yalnız özümə çəkiləndə, öz dünyama üz tutanda həmin o, uğrunda mübarizə apardıqlarımıza qovuşuram, sizə xoş olsa da, olmasa da.
Hər kəsin öz dünyasının ağası olması onun ən böyük özgürlüyüdü. Bu özgürlüyün nəyin hesabına əldə edilməsi artıq o yolu seçənin haqqı və bacarığı deməkdi. Yəni seçdiyin haqqı öz bacarıqların, öz gücün hesabına əldə etməyin deməkdi. Təbii ki, bütün seçimlərə, bütün haqlara qovuşmaq olmur. Çünki sədlər, maneələr o qədərdi ki... onların hər birini aşmağa bəzən bir ömür bəs etmir... Ona görə də insanların bir çox məsələlərə laqeyd münasibət bəsləməsi, etinasızlıq göstərməsi anlaşılandı. Amma nə qədər anlaşılan olur olsun, biganə yaşamaq mənim üçün qəbulolunmazdı. Çünki mən biganələri bizlərdən biri saymıram. Hətta o nə qədər şirin, yaxın olsa belə.

Mən bir damla göz yaşı
Sil, kirpiyin qurusun.
Ayazısın qüssə-qəm -
Baxışların durulsun.
Haqqın yoxdu susmağa
Sakitcə uduzmağa...
Ürəyimi asmağa -
Dar ağacı qurulsun.
Həyat yaşıl biçənək
Yoxdu özgə seçənək...
Neçə oddan keçərək -
Ruhum sənə vurulsun.
***
İstənilən azadlıq, hətta ailə daxilində də elə-belə könüllü bağışlanılmır. Lap övladlarımıza belə onların umduqları sərbəstlikləri, azadlıqları qədərincə, idarə oluna biləcək həcmdə verməyə həmişə maraq göstərmişik. Çünki Şeyx Nizaminin dediyi "Artıq içiləndə dərd verir o da" kəlamı bizim üçün suyun önəmini heç vaxt azaltmayıb. Əksinə, onun mahiyyətini və gərəkliliyini, eləcə də qədərini müəyyənləşdirmək imkanına yetişə bilmişik. Bu mənada uşaqlarımız üçün, özümüz üçün fərqindən və mahiyyətindən asılı olmayaraq, gərəkli sayılan azadlıqları əldə etməyin mübarizədən, zəhmətdən gəlib keçdiyini zaman-zaman müəyyənləşdirmişik. Özü də bu müəyyənliyə çatmaq üçün sərf etdiyimiz zaman kəsiyi bizlər üçün həmişə şirin olubdu. Təbii ki, nəticəsinə görə.
Gecənin həmin dar vaxtında, yaşımın bu çağına kimi qazandığım azadlıqları xatırlamaq istədim. Düşündüm ki, əl-ayağın çoxdan yığışdığı, səhərin isə açılmaq istəmədiyi bu gecədə heç kəsin xəbəri olmadan mənə aid olan, daha doğrusu, mənim əldə etdiyim azadlıqlarımı barmaqlarımı qatlaya-qatlaya saymağa başlayım. Nə qədər saysam da, amma bütün bunların hamısını cəm halında ürəyimin hər an umduğu və hər an onun üçün darıxdığı o ünvanın olmamasından yarımçıq azadlıq təsiri bağışladı. Çünki insan istənilən yaşda doğma ocağının istisi üçün, doğma yuvanın ətri, qoxusu üçün qəribsəyir. Hətta qısa müddətli bir səfərdən geri qayıdanda öz evinin, öz ocağının işığı da, ətri də, bir sözlə hər şeyi sənin könlünü rahatlayır, ruhunu sakitləşdirir. Məncə, ruhun sakit olduğu məqam ən böyük azadlıqdı...
İndi necə yaşamağımdan, nədən yazmağımdan asılı olmayaraq, mənə elə gəlir ki, bu məqamda həmin o ruhun azadlığına qovuşa bilmişəm.
Nə gecə yadıma düşür, nə saat, nə də ətrafdakı bu laqeyd sükut. Çünki ruhum azaddır! Artıq istədiklərimi düşünə bilirəm... istədiyim xəyalları qururam... istədiyim misraları pıçıldayıram. Bax, elə bu misralar kimi:

Səndən sənə məsafədi
Məndən mənə gəldiyim yol.
Təkcə dilim söyləmir ki,
Ürək də deyir qurban ol -
Sevdiyinə!..

Özünü oda-közə vur
Qoyma ruhu da incisin.
Ruhum olub pərvanəsi
Pıçıldayıb, incim! - desin -
Sevdiyinə!..

Həyatın hər növrağında
Hər yerdə qoşa görünsün.
Ürək, qələm-varağına
Yalnız məhəbbət bürünsün-
Sevdiyinə!..
Hə, bütün olanlarla yanaşı, bütün olacaqlar da insan üçündü. Daha doğrusu, insanın yaşayıb qiymətləndirilməsi üçündür. Mən gördüklərimin fərqinə varmadan hamısının qədrini bilmişəm. Təbii ki, gücüm çatan qədər... görəcəklərim də nə olacaq, onu zaman göstərəcək. Onlar üçün də qollarımı açmışam. Lakin yeganə sıxıntım ruhumun azadlığı ilə bağlıdır. Ruhuma toxunanda, ruhuma laqeydlik göstərəndə, onda hər şey bir anda uçub dağılır. Mənim ruhumun azadlığı mənim yaşamağım deməkdir. Əgər yaşamağımı istəyirsinizsə, ona biganə olmayın...



YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK