Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Kinoçu Anar haqqında yazmaq Adalet.az | Kinoçu Anar haqqında yazmaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Kinoçu Anar haqqında yazmaq

Əlisəfdər Hüseynov milli kinomuzda Anar fenomenini araşdırıb

41768    |   2015-12-26 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri, dəyərli əsərlər müəllifi Anarın bu günə kimi çap etdirdiyi kitabların adını saymaq adamdan vaxt və hünər istər. Görkəmli yazıçı haqqında da az kitab çap olunmayıb, sözsüz ki, bundan sonra da yazılacaq və dərc ediləcək. Barəsində danışmaq istədiyimiz kitab necə deyərlər, nə birincidi, nə də sonuncu. Amma tanınmış alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun qələmə aldığı "Kinomuzda Anar fenomeni"nin bir özəlliyi də var. Amma bu barədə bir az sonra...
"Mən, sən, o və Anar"

"Mənə yazıçı Anarı "Asılqanda işləyən qadın" sevdirib.
Mənə vətəndaş Anarı onun yaratdığı və uzun illər baş redaktoru olduğu "Qobustan" toplusu sevdirib.
Mənə Vətən ədəbiyyatının təəssübkeşi olan Anarı onun "Kitabi-Dədə Qorqud" dastanını və Mirzə Cəlili tədqiq və təbliğ etməsi sevdirib.
Mənimçün Anar Azərbaycan ədəbiyyatının "Ağ limanı"dı.
Anar - Azərbaycan oxucusunun iç dünyasındakı "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni onun üçün kəşf edən yazıçıdı.
Anar - "Qaravəlli"dən "Səhra yuxuları"na qədər yol gedə bilən dramaturqdu.
Anar - milli özünüdərkimizə "Qəm pəncərəsi"ndən baxmağadək yüksələn kinoçudu.
Bu kitab da məhz kinoçu Anar haqqındadı.
O, Anar ki, həm yazıçı, həm ssenarist, həm də rejissor kimi kinematoqrafa 30-dan çox bədii, sənədli və televiziya filmi bəxş edib.
O, Anar ki, milli kinomuza yeni-yeni mövzular, obrazlar, fərqli baxış bucaqları gətirib.
O, Anar ki, Azərbaycan kinosunun inkişafında müstəsna xidmətlər göstərib və göstərməkdə davam edir.
Amma... təəssüf ki, Anarın kino yaradıcılığı tam şəkildə indiyədək özünün layiq olduğu elmi tədqiqini, dərin təhlilini, dəyərini tapmayıb. Bəlkə də burada "təəssüf ki" ifadəsi yerinə düşmür. Çünki, Anarın çoxşaxəli fəaliyyətinin ayrılmaz hissəsi olan zəngin kino yaradıcılığını hərtərəfli əhatə etmək, geniş və dərin təhlilə çəkmək, bədii-estetik məziyyətlərini, sənətkarlıq xüsusiyyətlərini üzə çıxarmaq, obyektiv, layiqli qiymətini vermək heç də asan iş deyil. Bunun üçün kino ilə bərabər, ədəbiyyatı da dərindən bilmək, Anarın bütövlükdə bədii və elmi-publisistik yaradıcılığına yaxından bələd olmaq lazımdır.
Bu mənada, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Əlisəfdər Hüseynovun Anarın kino yaradıcılığına həsr etdiyi "Kinomuzda Anar fenomeni" kitabı bütün parametrləri ilə həmin meyarlara yüksək səviyyədə cavab verən dəyərli tədqiqat əsəridir.
Əlisəfdər Hüseynov bu monoqrafiyada kinoşünaslığımızda ilk dəfə olaraq Anarın kino yaradıcılığını kompleks halında araşdırır. Müəllif istər ssenarist, istər rejissor kimi, istərsə də əsərləri əsasında çəkilmiş, həm bədii, həm sənədli, həm də televiziya filmlərinin demək olar ki, hamısını, hətta xarici ölkələrdə çəkilmiş filmləri belə təhlilə çəkərək Anarın kino yaradıcılığının bitkin elmi mənzərəsini yaradır.
Və həmin mənzərə bizə aydın göstərir ki, bu kitab heç də yalnız Anar haqqında deyil, bütövlükdə Azərbaycan kinosu haqqındadır. Çünki milli kino tariximizin böyük bir mərhələsini - 50 ilini əhatə edir. Bəli, artıq 50 ildir ki, Anar Azərbaycan kinosunu yaradanlardan, onu yaşadanlardan və adını onun tarixinə əbədi yazanlardandır".
Bu dəyərli fikirlər "Kinomuzda Anar fenomeni" kitabının redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovundur. Vidadi bəy alim yoldaşının yeni kitabını oxucuya belə təqdim edir.
"Gün keçdi" "Qəm pəncərəsi"ndə, "Otel otağı"nda "Dantenin yubileyi" və ya "Üzeyir ömrü"nün "İmtahan"ı necə oldu?
Xalq yazıçısı Anarın milli kinomuzun inkişafında müstəsna xidmətləri var, onun ssenariləri əsasında bədii və sənədli filmlər ərsəyə gəlib. Anar quruluşçu rejissor kimi də adını kinomuzun tarixinə yazdırmağı bacarıb, çəkdiyi filmlər bu gün də maraqla baxılır.
"Kinomuzda Anar fenomeni" kitabının müəllifi, əvvəlcə istedadlı jurnalist, sonralar isə araşdırmaçı alim kimi imzasını tanıda bilən Əlisəfdər Hüseynov Xalq yazıçısının bu sahədəki fəaliyyətini demək olar ki, ilk dəfə sanballı şəkildə tədqiq edərək belə qənaətə gəlib: "...Anarın kinematoqrafiyası milli mədəniyyətimizin tarixində maraqlı bir səhifəyə çevrilərək ekran təfəkkürümüzün inkişafında öz missiyasını yerinə yetirməkdə davam edir. Bu gün kinoşünaslığımızda "Anarın qəhrəmanları", "Anarın ekran dili", "Anarın üslubu" anlayışları var və bu anlayışların işlənmə dairəsi təkcə kitablarla, tədqiqatlarla məhdudlaşmır. Bu anlayışlar həm də kino yaradıcılığı praktikasının müasir durumunu, inkişaf tendensiyalarını müəyyənləşdirən dəyərlər kimi düşüncə, axtarış, ifadə meyarlarına çevrilir..."
Anar kinematoqrafiyamıza ssenarist kimi gəlib. 1969-cu ildə rejissor Şamil Mahmudbəyov yazıçının ilk kinossenarisinə "Torpaq, dəniz, od, səma" adlı bədii film çəkib. 1973-cü ildə isə ekranlara yazıçının "Gürcü familiyası" adlı məşhur hekayəsi əsasında çəkilən "Gün keçdi" filmi çıxıb. Mərhum rejissor Arif Babayevin çəkdiyi "Gün keçdi" milli kinomuzun şedevrlərindən sayılır.
Sonrakı illərdə Azərbaycan kinosunun və bütövlükdə mədəniyyətinin qazandığı "Dədə Qorqud" (1957, quruluşçu rejissor Tofiq Tağızadə), "Dantenin yubileyi" (1977, quruluşçu rejissor Gülbəniz Əzimzadə), "Ötən ilin son gecəsi" (1983, quruluşçu rejissor Gülbəniz Əzimzadə), "İmtahan" (1988, quruluşçu rejissor Gülbəniz Əzimzadə), "Əlaqə" (1989, quruluşçu rejissor Cahangir Zeynalov), "Təhminə" (1993, quruluşçu rejissor Rasim Ocaqov), "Otel otağı" (1996, quruluşçu rejissor Rasim Ocaqov), "Cavid ömrü" (2006, quruluşçu rejissor Ramiz Həsənoğlu), "Sübhün səfiri" (2012, quruluşçu rejissor Ramiz Həsənoğlu) bədii filmləri lentə alınıb.
Diqqətli oxucular və kino həvəskarları sadalanan filmlərin siyahısında "Uzun ömrün akkordları " və "Qəm pəncərəsi" kimi ekran əsərlərinin adlarını görməyincə təəccüblənə bilərlər. Yox, həmi filmlər məqalə müəllifinin yadından çıxmayıb.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Anar kinossenari yazmaqla kifayətlənməyib, bədii filmlərə quruluş da verib. Xalq yazıçısı öz ssenarisi əsasında "Uzun ömrün akkordları" (1981) və "Qəm pəncərəsi" (1987) filmlərini çəkib.
Kinematoqrafçılarımız müxtəlif illərdə Anarın ssenariləri əsasında sənədli və televiziya filmləri də lentə alıblar. "Qobustan" və "Dədə Qorqud dühası" (Rejissor Oqtay Mirqasımov), "Daş saatın səsi" (Rejissor Nicat Bəkirzadə),
"Bu-Səttar Bəhlulzadədir" (Rejissor Ramiz Axundov) və digər filmləri buna misal göstərmək olar.
Yeni kitabında Anarın kinomuzdakı fenomenini araşdırmağa nail olan Əlisəfdər Hüseynov Xalq yazıçısının bu sahədəki xidmətlərini belə qiymətləndirir: "Anarın kinomuza film-duet ("Gün keçdi"), bayopik ("Uzun ömrün akkordları", "Qəm pəncərəsi", "Cavid ömrü", "Sübhün səfiri") janrlarının yaradıcısı, kameodan ilk istifadə edən rejissor ("Dantenin yubileyi"), müxtəlif təhkiyə tərzlərini (bədii, elmi, publisistik) bir üslubda sintez edən kinoçudur. Təkcə elə bu sadalananlar onun kino tariximizdəki yerinin yüksəkliyinə və əbədiliyinə zəmanətdir. Və ustadın öz orijinal ideyaları, ssenariləri ilə bundan sonra da kinomuza dəyərli töhfələr verəcəyi şəksizdir".
"Kinomuzda Anar fenomeni" kimi son dərəcə maraqlı bir kitabın müəllifi Əlisəfdər Hüseynovun bu sonuncu cümləsi görkəmli yazıçının milyonlarla oxucusunun, onun yaradıcılığını müxtəlif aspektlərdən araşdıran alimlərin də arzusu kimi qəbul edilə bilər.





YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK