Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MÜHARİBƏLƏR NƏ ÜÇÜNDÜR?!. Adalet.az | MÜHARİBƏLƏR NƏ ÜÇÜNDÜR?!. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜHARİBƏLƏR NƏ ÜÇÜNDÜR?!.

31037    |   2012-12-22 01:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim deyir ki, insan dünyaya qayğısız gəlir?! Yox, gözünü işıqlı dünyaya açmamış ağzı yemək gəzən andan başlanır onun qayğıları. İstinin-soyuğun fərqində deyil. Nə geyinəcəyinin də əhəmiyyəti yoxdur ondan ötrü - istər paltar olsun, istər əskiyə bələsinlər - ikisi də birdir. Təki qarnı tox olsun! Aclıq həyəcanından başlanan qorxular sıralanır günbəgün. İlk addımını atmaqdan qorxur, oddan, sudan, təklikdən, qaranlıqdan, anasını itirməkdən, gbaşına dəyən qapazlardan qorxa-qorxa böyüyür...

Hələ irəlidə nələr var, nələr...

Həyatı anladıqca qəlbinə dolan çeşidli duyğular, ruhunu gəmirən anlaşılmaz fikirlər, sevgi həyəcanları, sevilməmək iztirabı, itkilər, ayrılıqlar, qayğılar, üzüntülər... Bu qədər əzablı ömür varkən...

Bəs, müharibələr nə üçündür?!.

***

Bu cavan oğlan ilk qorxularını unudub artıq. Yadına salan olsa, gülər, bir az da utanar bəlkə...

Hər şeyi var-yaraşığı, sağlamlığı... Ata-anası yanındadı. Evləri, bərəkətli bostanları üstəlik. Yaşıl düzəndə otlayan at isə bu bəxətəvərliyə ayrı ovqat qatır...

Heç bu at da döyüş üçün yaranmayıb. Uzun yalını silkələyib ceyran ayaqları kimi incə ayaqları üstə səkmək yaraşır ona...

Bəs, müharibə nə üçündür?!.

***

Kilsə zəngi hər şeyi yarımçıq qoydu. Müharibə başlanmışdı! Dedilər bu zəng bir də müharibə qurtaranda çalınacaq...

Məhsul itkisi müharibədən ötə zəhər qatdı şirin ömürlərinə. Atasının ehtiyac üzündən atı bazara çəkdiyini eşidib özünü təngnəfəs yetirsə də, artıq gec idi. At hərbçiyə satılmışdı...

Ürəkdən bağlandığını, ən qiymətli olanını itirəndə nə hallara düşürmüş adam...

Düşmənə də arzulamalı qismət deyil bu...

"Onda mən də gedirəm müharibəyə" deyir başqa çarəsi qalmayan yeniyetmə. Yaşı düşməsə də, dediyini edir...

Bir-birini axtara-axtara, itirib tapa-tapa döyüşlərdən keçirlər. At da, oğlan da...

Atın yaralı ayağını gözdən keçirən baytar qərarını verir: "Onsuz da öləcək. Güllələyin!" Yox, heç kəs razı deyil bununla. Yanmış gözləri tənziflə sarınmış oğlan heç yanı görməsə də, atın qoxusunu, hənirini alır. Həmişə elədiyi kimi, fitlə onu çağırır... At qulaqlarını şəkləyib sahibinə tərəf götürülür... Bu mənzərədən təsirlənən baytar qərarını dəyişib müalicəyə başlayır...

Deyilənlərə görə, Tanrının sevə-sevə yaratdığı ən gözəl, ən təmiz heyvandı at. Bir də deyirlər ki, canlı-cansız nə varsa, hamısı bir gün gəldiyi yerə dönür. Sağalandan sonra da əldən-ələ keçir. Bu dəfə düşmən tərəfdən iki fərari onu köhnə dəyirmanda gizlədib saxlayır. Özləri tutulub güllələnəndən sonra yaxınlıqdakı evdən balaca qızcığaz atı tapıb aparır. İndi də o, bütün mehrini ata salır...

At burada da çox qalmır. Onun ardınca qız da almanların əlinə keçir...

***

Hürkmüş at yolunu azıb tikanlı məftillərə ilişir. Hörümçək toruna düşmüş kimi yumalanıb məftillərə bələnir... Ölümünü göz altına alan əsgər ağ bayraq qaldırıb atı xilas etməyə tələsir. Arxadan deyilənlərə məhəl qoymadan irəli gedir. Amma məftilləri əllə açmaq mümkün deyil. Onun da təslim olmaq fikri yoxdu. Bu zaman arxadan hənirti duyub dönür. Düşmən əsgəri əlindəki bağ qayçısını göstərir: "Bəlkə işə yaradı..." Köməkləşib məftili açırlar. Ayağa qalxandan sonra dayanıb bir-birlərinə baxırlar. Hiss olunur ki, ürəkləri doludu. Bir-birlərinə deməyə o qədər sözləri var ki... Düşmən qayçını əsgərə verir. O da, "hə, müharibədən sonra ağacları darayaram..." deyib götürür...

Müharibədən sonra... Müharibə mütləq olmalıydımı?!.

Mən "Döyüş atı" filminə baxıram və bu səhnə indiyədək gördüyüm "davalı" filmlərin ən təsirli yerlərindəndi... Cəmi yarım saat əvvəl səngərdə qarşı-qarşıya dayanıb bir-birinin qanını tökməyə hazır olan iki əsgər hər şeyi unudub atı xilas edir, bağ becərməkdən danışırlar...

Belə isə, bəs, müharibələr nə üçündür?!.

***

Yenə bazar, yenə hərrac...

Bu sondu. Bu dəfə filmimizin qəhrəmanı gəldiyi yerə qayıdacaq. İndiyəcən keçdiyi bütün yollar onu buraya gətirirdi. Döyüş və alqı-satqı meydanlarına əlvida! Oğlan da burdadı. Dostları onun xeyrinə hiylə işlədiblər; pul toplayıblar, atı alacaq və ... sahibinə qaytaracaqlar. Həyəcanlı dəqiqələr çox sürmür. Qəfildən bir qoca özünü meydana salıb yüksək məbləğlə atı alır... Məyusluq, peşmançılıq... Oğlan qocaya yaxınlaşıb məsələni anlatmaq istəyir...

- Bu mənə nəvəmdən qalan yeganə yadigardı...

- Nəvəniz indi hardadı?

- Müharibə adamların çox şeyini əlindən alır, cavan oğlan...

Oğlan məyus olub uzaqlaşmaq istəyəndə qoca atın yəhərindən açdıqları iki kiçik bayrağı ona qaytarır. Bir qədər ardınca baxıb fikirləşir, geri çağırıb, atın yüyənini də ona verir...

Mənsə filmə baxa-baxa fantaziyama güc vermişdim. Qızcığazın böyüyərək bir gün oğlanla rastlaşacağını, bir-birlərini sevib evlənəcəklərini, bu sevimli ata da birlikdə qulluq edəcəklərini xəyal etmişdim...

Amma... qız artıq yox idi...

Müharibələr də elə bunun üçünmüş...

Adamların ən qiymətli olanını əlindən almaqçün...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK