viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QİYAMƏTDƏN SONRA Adalet.az | QİYAMƏTDƏN SONRA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QİYAMƏTDƏN SONRA

22003    |   2012-12-22 01:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu da 21 dekabr! "Qiyamət günü"! Səkkiz ildən bəri insanları narahat edən dünyanın sonunun gəlməsi xofu nəhayət ki, sona yetdi. 3361 ildə bir dəfə Yer kürəsinə yaxın keçən və Yerdən 36 milyard kilometr uzaqda olduğuna inanılan Mardukun Yer kürəsi ilə toqquşacağı iddiası dünyanı təlaşa yuvarladı. Bütün dünya əhalisinin eyni xəbərə inanması az-az hallarda mümkün olur. Əsas səbəb kimi isə Mayya təqviminin sona yetməsi göstərilirdi. Maraqlıdı, nədən məhz Mayya təqvimi? Başqa təqvimlər də varkən bu təqvimin başa çatması niyə bu qədər təlaşlandırıcı oldu? NASA-nın internet saytından: "Mayya təqvimi 21 dekabr 2012-ci ildən sonranı göstərmir. Mayya mədəniyyəti çox ağıllı idi. ... dünyanın bütün zamanlarına qədər varlığını davam etdirə bilməyəcəyini düşündükləri üçün təqvimi 2012-ci ildə sonlandırıblar ".

Bu da dünya insanlarını təlaşa salmaq üçün əsas oldu. Kim bilir bu "ağıllı mədəniyyət"in təqvim sonluğuna səbəb nə idi... Kriptoqrammı xatırladan bu təqvimin sirrini sona qədər aça bilən varmı ki?..

Bu günü təlaşla, qorxuyla, həyəcanla gözləyənlər də vardı, heç fərqində olmayanlar da. Amma ortaya atılandan bütün dünyanı lərzəyə salan bu fikir doğrudan maraqlı idi. Bu da sanki Yaradanın bir sınağı idi. Bu sınaqdan üzüağ çıxmayan insan övladı qurtulduğunu sansa da, əsl qiyamət gününün dəhşətini ağlına belə gətirmir. Bu sınaq çoxlarında xaosa qapılıb "onsuz da dünyanın axırıdı" deyərək içində saxladığı bütün çirkin əməllərini həyata keçirmək arzusu yaratsa da, içində Allah xofu olanları yalnış yoldan dönməyə, pis əməllərindən çəkinməyə, qalan "az vaxtda" xeyir əməllərlə günahlarını təmizləməyə vadar etdi. Hansılar çoxluq təşkil edirlər, gündəlik müşahidələrimizdə müqayisə etmək olur... İman sahibləri isə "qiyamət günü"nün yalnız böyük yaradana məlum olduğunu bildiklərindən gündəlik həyatlarını davam etdirməkdədirlər. Onlar üçün qiyamət günü də, ölüm də haqdı...

Xaos barədə elə -belə demədim. Banklardan külli miqdarda kreditlər götürüb dünyanın sonunadək görmədiyi əyləncələrə girişən "çoxbilmiş" kasıb indi yəqin peşman olıb. Onunçun əsl qiyamət günü bundan sonra başlayacaq - hər ay bank pulunu və faizini tələb edərkən.

Rəhbərliyin qadağalarını nəzərə almayaraq iş-gücünü atıb uzaqda yaşayan doğmalarının yanına tələsənlər işlərindən oldular. Bu, "bir yerdə olaq!"dan çox, "bir yerdə ölək!" mahnısının nəqaratı idi...

Evlərə daşınan konservlərin, suxarilərin, şamların soyuq qış günlərində ziyanı olmasa da, qeyri-adi nəsə gözləyənlərin adrenalini düşüb. "Həvəslə" dünyanın sonunu gözləyənlər sanki boşluqda qalıblar. Planlarını qiyamət gününə hesablayanlar hər şeyə yenidən başlamalı olacaqlar. Amma məyus olmayın, əsl qiyamət günü bundan sonra başlayacaq!

Bir neçə gündü rayonlara gedən avtobuslarda ayaq üstə getməyə razı olanlar olsa da, qayıdanda sərnişin qıtlığı vardı. Xəbələrə görə təyyarə reysləri də sərnişin qıtlığı çəkirdilər. Ərzaq dükanlarında, alış-veriş mərkəzlərində, tikinti materialları satışında durğunluq alıcıların alverlərini bu günə uyğun etməsi ucbatından idi. Vergidən yayınanlar, kommunal xərcləri ödəməyənlər, şəxsi borclarını qaytarmayanlar...

Bundan sonra qiymətlərin qalxmasından qorxun! Kasıb üçün qalxan qiymət elə qiyamətdi. Ona görə də onlarçün tez-tez olan o qiyamət günündən qorxmadılar. Münəccim deyir şahın sarayından iki ölü çıxmalıdı, hamı dönüb nökərin üzünə baxır. O da çarəsiz deyir, yaxşı, biri mən... Onlar hazır idilər ölümə. Başqa çarələri də yoxdu. Amma qiyamət varlı-kasıb seçmir axı. İmkanlılardan ilginc xəbərlər gəlirdi. Başqa planetə(?) uçmaq istəyən, öncəgörənlərin hansı şəhər qiyamət kabusundan salamat çıxacaq xəbərini eşidib o kəndi almaq(?) istəyənlər... Maraqlıdı, Şamaxının hansı kəndisə bu siyahıda idi. Görəsən imkanlılarımız kəndi aralarında bölüşə bildilərmi? Saysız-hesabsız villaların, yaxtaların, helikopterlərin, avtomobillərin, müxtəlif adda "obyektlərin"... daha nələrin sahibləri bir kəndə sığışa bildilərmi?.. Bəlkə qiyamət söhbəti onlara da dərs oldu - dünyanın faniliyinə inandılar. Bundan sonra sadə həyat tərzi keçirəcəklər. Varidatlarını kasıblarla bölüşəcəklər. Xeyriyyəçiliklə məşğul olacaqlar. Varlı, kasıb ayrı - seçkiliyini götürəcəklər aradan. Gözləyək, qiyamətdən sonra qiyamət qopacaqmı, yoxsa qurd quzuyla dost olacaq...

Qiyaməti atlatdıq. Mayya təqvimini arxivə göndərdik. İndi, neçə gündü umurumuzda olmayanYeni il bayramına hazırlaşmaq olar. Əlbəttə, əgər Milad təqviminin də sürprizləri olmasa!..

P.S. Qiyamət 21 dekabrda 2012-də baş verməsə də, son onilliklərdə dünyanın sonunun əlamətləri görünməkdədir. M.Araz demişkən "Yarəbbim, bu dünya sən quran deyil..."

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK